Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                 

Ekologiya işçiləri böyük məbləğdə rüşvət alıb? - 10 hektar meşə ərazisinin satılması faktı təsdiq olundu
Tarix: 13-12-2023, 09:00 | Çap et
Ekologiya işçiləri böyük məbləğdə rüşvət alıb?
Masallıda hektarlarla meşə ərazisinin istirahət mərkəzinə satılması faktı təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzToday.az-a daxil olan məlumata görə, Masallı rayonun Qəriblər Meşəbəyliyində 10 hektara yaxın ərazininin zəbt olunması ilə bağlı müvafiq dövlət qurumları yoxlama aparıb. Yoxlamalar zamanı ərazinin dövlət meşə fonduna aid olması müəyyən olunub. Lakin yoxlama lazımi akt tərtib etməyib.

Yoxlama zamanı müəyyən olunub ki, yerli ekologiya idarələrinin “razılığı” əsasında meşə ərazisində təbii bərpanın məhv edilməsi faktı ilə yanaşı ərazidə əsaslı tikinti işlərinin aparılması qeydə alınıb.

İddialara görə, ekologiya işçiləri yanaşı başqa dövlət qurumlarına da meşə fondunun ərazisinin zəbt olunması üçün böyük məbləğlərdə rüşvət verilib.

Qeyd edək ki, ərazidə əsaslı tikinti (beton tökülüb, “besetkalar” və digər tikililər tikilib) işləri aparılıb. Həmin yer “Türkan” istirahət mərkəzi kimi tanınır.

Bundan əlavə, ərazinin Viləşçay çay yatağı hissəsində bir il öncə hamarlama işləri aparılan zaman buldozerlərlə torpağın üst münbit qatı da kürünüb. Qüvvədə olan Meşə Məcəlləsinin tələblərinə görə, meşə ərazisində əsaslı tikinti işlərinin aparılması və torpaq qatının kürüməsi qadağandır.

Amma iş adamı Ağayev Əkbər Etibar oğlunun nümayəndəsi, vəkil Vüqar Kazımov AzToday.az saytında dərc olunmuş “Muxtar Babayevin diqqətinə: 5 hektar meşə ərazisi qanunsuz şəkildə istirahət mərkəzinə satılıb” başlıqlı məqalədə səslənən iddialara etiraz edib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi Ağayev Əkbər Etibar oğluna qarşı zəbt edilmiş 10 ha meşə fondu sahəsini boşaldaraq, əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbilə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edib:

“Bu iddianın qanunsuz və əsassız olması barədə məhkəməyə etirazımız təqdim olunub.

Birincisi, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Əkbər Ağayevin zəbt etdiyi kimi göstərdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınıb. Bu fakt onu təsdiq edir ki, Əkbər Ağayev qeyd edilən torpaq sahəsinin qanuni mülkiyyətçisidir və hər hansı zəbt iddiası tamamilə əsassızdır.

İkincisi, Ə.Ağayevin xüsusi mülkiyyətində olan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır və bu fakt da hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınıb, çıxarışda da öz əksini tapıb.

Qeyd edildiyi kimi, iddiaçının Ə.Ağayevin zəbt etmiş olduğu ərazi kimi təqdim etdiyi torpaq sahəsi 29.10.2021-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərindəki 3796,7 kv.m. daşınmaz əmlak isə eyni tarixdən Shirinzade Orkhan adlı Amerika Birləşmiş Ştatları vətəndaşının xüsusi mülkiyyətindədir. Mülkiyyət hüquqları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındığından və dövlət tərəfindən qorunduğundan iddiaçının irəli sürdüyü iddia tələbi tamamilə qanunsuz və əsassızdır.
Bundan başqa, iddiaçının meşə fondunun torpağı kimi təqdim etdiyi və Ə.Ağayevin mülkiyyətində olan torpaq sahəsi 1959-1960-cı illərdən etibarən meşə fondunun balansından çıxarılaraq müxtəlif hüquqi şəxslərin əvvəlcə istifadəsinə, sonradan xüsusi mülkiyyətinə keçmişdir.

10 mart 2008-ci ildə bağlanmış 1184 nömrəli müqavilədən görünür ki, 10 ha torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən “Emil” firmasına satılmış və bu barədə firmaya çıxarış və Texniki Pasport verilmişdir.

17 oktyabr 2021-ci il tarixdə “Emil” firması ilə Ağayev Əkbər Etibar oğlu, Shirinzade Orkhan arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi onların mülkiyyətinə keçmişdir. Bundan sonra onlara Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamənin 3-cü bəndinə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət həyata keçirir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından biri AzToday.az-a verdiyi açıqlamasında bildirmişdi ki, iş adamı Ağayev Əkbər Etibar oğlunun həmin ərazi üzərində mülkiyyət hüququ yoxdur. Həmin torpaq sahəsi dövlət meşə fondunun ərazisidir:

“Qarşı tərəfin sənədlərində mülkiyyət hüququna dair çıxarış yoxdur. Nazirliyə təqdim olunan sənədlər meşə ərazisinin istismar olunmasına imkan vermir. 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi Ağayev Əkbər Etibar oğluna qarşı zəbt edilmiş 10 ha meşə fondu sahəsini boşaldaraq, əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbilə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etməsindən məlumatım yoxdur. Amma məhkəməyə müraciət olunubsa, Mərkəz tələblərinin yerinə yetirilməsini məhkəmədən tələb etməlidir. Amma biz bunu müşahidə etmirik. Həqiqətən, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi meşə fondu ərazisinin zəbt olunmasının qarşısını almaq istəyirsə, qarşı tərəfin meşə fondu ərazisində əsaslı tikinti işlərinin aparmasına mane olmalıydı. Amma məhkəməyə müraciət etməklə bir növ məsuliyyəti üzərindən götürüb. Bu metod çoxdandır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində merkantil maraqlar üçün tətbiq edilir. Belə ki, meşə fondunun ərazisinin zəbt olunmasına imkan yaradılır və qəsdən məhkəməyə müraciət edilməklə prosesə mane olmurlar. Həmçinin, məhkəmədə prosesin uzun müddət dondurulmasına çalışılır ki, meşə ərazisini qanunsuz zəbt etmiş işbazlar işlərini rahatlıqla görsünlər. Buna aid onlarla məhkəmə prosesi var. Məhkəməyə gedən işlərin əksəriyyəti həmin işbazlara sərf edir. Eyni proses burada da gedir”.

Adının çəkilməsini istəməyən nazirlik əməkdaşının dediyinə görə, Masallı rayonun Qəriblər kəndi yaxınlığında “İsti su” adlanan ərazidə hektarlarla meşə fondu ərazisinin zəbt edilməsində kifayət qədər şübhəli məqamlar var: “Bu şübhəli məqamları hüquq-mühafizə orqanları araşdırmalıdır. Mənə çatan məlumatlara görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 qurumunun əməkdaşları qarşı tərəfdən böyük məbləğdə rüşvət alıblar. Və bu səbəbdən də meşə fondunun ərazisinin zəbt edilməsinin araşdırılmasında maraqlı deyillər, hətta buna mane də olurlar”…

Mənbə: AzToday.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru