Ən uğursuz model olan TƏBİB-in əlində qalan səhiyyə sistemimiz... - Zorla deyil ki... ALINMIR!
Tarix: 23-12-2020, 09:43 | Çap et
Koronavirus xeyli can alsa da, ölkəmizdə nəinki COVID-19-dan müalicə oluna, hətta test belə etdirə bilməyən xəstələr var. Bu barədə hər gün sosial platformada ciddi narazılığı əks etdirən məlumatlara rast gəlinir. Kimisi koronovirusa görə test olunmaq üçün sahə poliklinikasına etdiyi müraciətə günlərlə cavab verilməməsindən, kimisi də COVID-19 xəstəliyindən müalicə olunmaq üçün xəstəxanada yer olmadığından şikayətlənir.
Bu məsələ Milli Məclisdə də müzakirəyə çıxardılaraq deputatlar tərəfindən sərt tənqid olunub. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dünyada 300-ə qədər test növü var. Test sahəsində monopoliyaya son qoyulmalıdır. Sahibkarlara imkan vermək lazımdır ki, ölkəyə ekspress testlər gətirsinlər və insanlar bu testləri alıb evdə yoxlaya bilsinlər.
Deputat həmçinin koronovirusla mübarizəyə özəl klinikaların da qoşulmalı olduğunu söyləyib. Komitə sədri bildirib ki, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb edilməlidir:
"Hər bir koronavirus xəstəsinin müalicəsi dövlətə 100-150 manata başa gəlir. Özəl kilinikalarda xəstələrin müalicəsi üçün bu vəsaitin bir hissəsi sığorta vasitəsilə ödənilə bilər, bir hissəsini imkanı olan şəxs özü ödəyə bilər. Yəni, imkanlı şəxslər özəl klinikalarda müalicə alsa digər xəstəxanalarda yerlər boşala və imkanı olmayan şəxslərin müalicəsi üçün istifadə oluna bilər". Milli Məclisin deputatı Əli Məsimli isə Azərbaycanda koronavirus testlərinin qiymətinin aşağı salınmalı olduğunu bildirib.
Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, sahə poliklinikaları əksər hallarda test çubuqlarının olmamasını bəhanə edərək test götürməkdən imtina edir. Özündə koronavirus xəstəliyinin simptomlarını hiss edən xəstələr günlərlə sahə poliklinikalarından test olunmalarını gözləməli olurlar. Bu müddətdə onlarda temperatur, halsızlıq baş verir, xəstəxanalar isə koronovirus testinin nəticəsi olmadığından, həmin xəstələri qəbul etmirlər. Çarəsiz qalan xəstələr paytaxtdakı özəl laboratoriyalara üz tutmalı olurlar. Laboratoriyalarda isə test qiymətləri 100 manat civarındadır.
"İnci" laboratoriyasından Sputnik Azərbaycan-a bildiriblər ki, onlarda koronavirus testinin qiyməti 100 manatdır. Əgər laboratoriyadan gedib xəstənin evində test götürürlərsə, bu qiymətin üzərinə 30-50 manat da əlavə olunur. "Baku Klinik"-in laboratoriyasında da testin qiyməti 100 manatdır. Xəstədən yaxma evdə götürülürsə, bu qiymət 138 manat təşkil edir. Məsafəyə görə qiymət arta da bilər. N.Tusi klinikasında isə testin qiyməti 70 manatdır.
Laboratoriyalardan onu da bildiriblər ki, ekspress testlər TƏBİB tərəfindən qəbul edilmədiyindən, onlar polimeraz zəncir reaksiyası (PZR) testlərindən istifadə edirlər.
Bəs görəsən Azərbaycanda necə, ekspress testlərdən istifadə mümkündürmü?
Bununla bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir:
"Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib".
Bununla belə, TƏBİB ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağanın qoyulmadığını da qeyd edir.
"Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyyətində deyil", - TƏBİB bildirib. Bu gün problem təkcə testlərin qiymətinin baha olması deyil. COVID-19 xəstəliyinin müayinəsi və müalicəsi üçün dövlət xəstəxanalarında yer tapmayan xəstələr özəl klinikalarda da fantastik qiymətlərlə qarşılaşırlar. Son günlər özəl klinikalarda KT müayinəsinin qiyməti 120 manatdan 150 manatadək bahalaşıb. Müalicə isə xəstənin durumu və xəstəxanadan asılı olaraq iki mindən beş min manatadək dəyişir.
Paytaxtda xəstəxanalarla əlaqə saxladıqda onu da öyrəndik ki, klinikaların mütləq əksəriyyəti koronovirus xəstələrini depozitsiz qəbul etmir. Xəstələrin yaxınlarından 1000-1600 manat depozit qoymaq tələb olunur. COVID-19 xəstələrinin müalicə qiyməti isə xəstənin vəziyyətindən asılı olaraq dəyişir.
Dövlət tibb müəssisələrindən isə test və xəstəxanada yer çatışmazlığı qəti inkar olunur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
|