Makarenko adına Gimnaziyada dövlət vəsaiti belə “yuyulub içilir” - İTTİHAM
Tarix: 12-02-2020, 10:20 | Çap et
“Azərbaycanda satınalmalarla bağlı yeyinti yüksək səviyyədədir və qanunda nəzərdə tutulan hallar həyata keçirilmir”. Bunu bir müddət əvvəl mediaya açıqlamasında hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, qanunda nəzərdə tutulan hallar həyata keçirilərsə, tenderlər şəffaf olarsa, bu sahədə olan yeyintinin səviyyəsini xeyli aşağı salmaq mümkündür. Hüquqşünas deyir ki, ilk olaraq elektron satınlalma sistemini həyata keçirmək lazımdır. “Elektron satınalma odur ki, bütün satınalmalar e-tender.gov.az saytında yerləşdirilir. İndi qısa məlumat verilir ki, tenderi kim keçirir və nə haqqındadır. Amma təfsilatlı heç bir məlumat mövcud deyil”. Tendrlərlə bağlı ictimai rəyin də yumşaq desək birmənalı olmaması hər kəsə bəllidir… Mütəxəssislərin, müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Bir müddət əvvəl deputat Vahid Əhmədov da dövlət satınalmaları ilə bağlı narahatlığını bildirdi: “Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur”. Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var. “Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”. Dövlət başçısı 9 ayın yekunlarına həsr olunan iqtisadi müşavirədə də dövlət vəsaitlərinin xərclənməsi istiqamətində problemlər olduğunu, xərclərin şişirdildiyini vurğuladı. Bu və bu kimi narahatlıqlar, həyəcan dolu yanaşmalar başadüşüləndir. Söhbət büdcə vəsaitindən, dövlətin pulunun necə xərclənməsindən gedir.
Dövlət vəsaiti su pulu adı ilə belə xərclənir Redaksiyamıza bu istiqamətdə yeni məlumatlar daxil olub. Məlumatlarda Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın texniki və içməli suyun satın alınması ilə bağlı dövlət vəsaitinin xərclənməsindən bəhs olunur. Daha doğrusu bir sıra suallara yol açan detallar sadalanır. Bəlli dairələrdən daxil olan məlumata görə Gimnaziyanın su təminatı ilə bağlı 23.01.2020-cil tarixdə müqavilə bağladığı “SANTORQ” MMC-nin nəinki lazımı baza və maddi-texniki imkanları yoxdur, ümumiyyətlə bu şirkəti “tanıyıram” deyən bir kimsə tapmaq müşkül məsələdir. Xatırladım ki, A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziya“SANTORQ” MMC ilə bir gündə iki müqavilə bağlayıb. Birinci müqavilə ilə şirkət təhsil müəssisəsini 10800 manat qarşılığında texniki su ilə, ikinci müqavilə ilə isə şirkət təhsil müəssisəsini 21500 manat qarşılığında içməli su ilə təmin etməlidir… Əldə etdiyimiz məlumata görə müqavilədə müddət göstərilmir. Başqa sözlə bəhs olunan su təminatı bir il də ola bilər, yarım il də… Maksimum bu müqavilələrin bir illik olduğunu nəzərə alsaq, bu rəqəmlər yumşaq desək təəccüblü görünmürmü? Bir orta təhsil məktəbi il ərzində texniki suya 10800 manat, içməli suya isə 21500 manat dövlətin pulunu xərcləyir(?) Nəzərə alsaq ki, ilin üç aya yaxını bu məktəb fəaliyyətsiz olur, onda təəccübümüz birə beş artmış olur. Əcəba, söhbət hansısa populyar şadlıq sarayından deyil, orta təhsil məktəbindən gedir… *** Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır. Biz də müəyyən suallara cavab almaq səbəbindən “SANTORQ ” MMC ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olan şirkət haqqında internet üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu. Nə bir əlaqə vasitəsinə, nə bir “izinə-tozuna” rast ola bilmədik. İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirmək istəyi ilə ötən ayın 31-də və bu ayın 3-də A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü Gimnaziyanın direktoru cənab Murad Əlizadəyə online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə sorğumuza cavab ala bilmədik. Telefon cəhdlərimiz də nəticəsiz oldu… Səbəb bizim üçün anlaşılmaz olaraq qalır: cənab Murad Əlizadə tərəfindən mətbu sayqısızlıqmı?, yazılası cavabın yoxluğumu, yoxsa…? Mövzu diqqətimizdədir. //bizimdovr.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
|