Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                     Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır .....                     Paşinyanla Putin telefonla danışdı: .....                     “İstəyirsən proses tez-bazar bitsin” .....                     Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi .....                     Rusvari rüsvayçılıq .....                     ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan .....                     Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır .....                     "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." .....                     “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır .....                     Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... .....                     Yeni qayda test üsulunu ləğv edəcək? .....                     Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər .....                     Ermənistan eyforiyadadır .....                     İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi .....                 

Ağsuda camaatı narazı salanlar kimlərdir? - GİLEY
Tarix: 11-02-2020, 09:34 | Çap et
Ağsuda camaatı narazı salanlar kimlərdir?
DİA.AZ: - Ağsunun Kalva kəndində sakinlərin problemi var. Onlar 2018-ci ildə baş vermiş zəlzələnin evlərinə ciddi ziyan vurduğunu söyləyirlər. DİA.AZ bildirir ki, bu barədə danışan sakinlər qəzalı durumda olan evlərində yaşamağın çətinliyindən gileyləniblər.

“Ömrümüz boyu bu kənddə yaşamışıq. Başqa bir yerə köçmək niyyətimiz yoxdur. Evlərimiz də ki, bildiyiniz kənd evləridir. Həmişə deyirdik ki, bir zəlzələyə baxır. Zəlzələ olsa, başımıza uçacaq. Elə də oldu. 2018-ci ildə kəndimizdə güclü zəlzələ baş verdi. Evimiz qəzalı vəziyyətə düşdü” – deyir, sakinlərdən Gülsənəm Hacıyeva.

Onun evi 1946-cı ildə tikilib. Sementsiz, torpaq və taxtadan istifadə edilib tikintisində. Sonradan da başqa ev tikməyə və yaxud evlərini təmir etməyə imkanları olmayıb. Gülsənəm Hacıyeva deyir ki, ailələri aztəminatlıdır. Ev almaq, tikmək, təmir etmək kimi imkanları yoxdur:

“Baxın, divarlarında iri çatlar əmələ gəlib. Döşəmə tamamilə sıradan çıxıb, iki yerə bölünüb. Bünövrəsinin daşları isə uçub, binanın altına tökülüb. Bir sözlə, evimiz yararsız, yaşanmaz durumdadır”.

Gülsənəm Hacıyeva deyir ki, dəfələrlə problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Maraqlanan, gəlib baxan olmayıb. Onlara kömək etməyiblər.

Zəlzələdə evi qəzalı duruma düşmüş daha bir kənd sakini isə Asəf Hacıyevdir. Deyir, evinin zirzəmisində evi ayaqda tutan bünövrə daşları uçub. Evinin içində gəzəndə döşəmə tərpənir, divarlar çatlayıb.

“Elə bilin ki, ev havada qalıb, bunun başqa bir adı yoxdur. Divarların dörd bir yanı çatlayıb. Yaşanmaz durumdadır. Qışdır, evi qızdırmaq da olmur. Hər yeri çatdır, soyuq hava girir. Dərd bir-iki deyil ki...”.

Asəf Hacıyev deyir ki, yenidən zəlzələ olsa, evləri başlarına uçacaq:

“Hətta güclü zəlzələyə də ehtiyac yoxdur. Elə yüngülvari bir təkan bəs edəcək evin darmadağın olmasına. Dövlət zəlzələdə, daşqında, seldə, bir sözlə, təbii fəlakətdə zərər görmüş evlərə daim kömək edir. Bir bizim kəndə baxan yoxdur deyəsən”.

Şikayətçilərdən Gülurə Ağaliyevanın da evi qəzalı duruma düşüb. Deyir, evinin divarları, pəncərə və giriş qapısı istiqamətində çatlar əmələ gəlib. Döşəmə sınıb, sökülüb:

“Ayağımızı basırıq içinə girir. Bünövrəsi zədələnib. Evlərimiz qəzalıdır. Başqa adı yoxdur. İnanın, uşaqlarla birlikdə qorxa-qorxa yaşayırıq. Dəfələrlə kənd və rayon rəhbərliyinə problemimizlə bağlı müraciətlər etmişik. Artıq bir ildən çox vaxt keçib. Gəlib maraqlanan olmayıb. Bir söz bilirlər: “siyahıda adınız var. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır”.

Sakinlər deyirlər ki, onların evləri ilə maraqlanan yoxdur. Ancaq Kalva kəndinin icra nümayəndəsi Cavid Qədirov və onun müavini Vüqar Əfəndiyev icra hakimiyyəti ilə əlbir olub, özlərinə yaxın kənd sakinlərinin qəzalı olmayan evlərini təmir etdiriblər.

“Yerli məmurlar yalnız özlərinə və qohum-əqrəbalarına aid evləri təmir etdiriblər. Hesab edirik ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi əxlaqsızlığın son həddidir. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli miqdarda vəsait kənd icra nümayəndəsi Cavid Qədirov və onun qohum-əqrəbalarına sərf edilib”.

Gülurə Ağaliyeva deyir ki, nəticədə yerli məmurların özbaşnalığı sadə insanları dövlətdən narazı salıb:

“Biz də qərara gəlmişik, evi qəzalı olan sakinlər Prezidentə müraciət edək. Elə media vasitəsilə Prezident İlham Əliyevə demək istəyirik ki, bizə kömək etsin. Cənab Prezident, bizə kömək edin. Yaşamaq üçün yararsız olan evlərimizə Fövqəladə Hallar Nazirliyinin komissiyası baxış keçirib, onların təmir edilməsinə vəsait ayrılması üçün göstəriş verin”.

Ağsu Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildirilib ki, bəli, həmin kənddə zəlzələdən sonra qəzalı duruma düşən evlər olub. Onların təmiri üçün əllərindən gələni ediblər:

“Mənim eşitdiyimə görə bir neçəsi hətta təmir də edilib. Əvvələ ən pis vəziyyətdə olan evləri salıblar. Qismən qəzalı evlər sona saxlanıb. Yəqin dediyiniz şəxslərin evi tamamilə yaşanmaz vəziyyətdə olmayıb. Ancaq qəzalı ev siyahısına daxil edilibsə, mütləq tədbir görüləcək. Narahat olmasınlar”.

İcra nümayəndəsinin ona yaxın adamlara ev təmir etməsinə gəlincə, Cavid Qədirov deyir ki, yalan məlumatdır, əsassızdır:

“Evə mən yox, FHN işçiləri baxış keçirib. Qəzalı olub- olmaması ilə bağlı rəyi də mən yox, onlar verib. Hətta komissiya ilə birlikdə evlərə o vaxtkı, mərhum bələdiyyə sədrimiz Namiq Hacıyev də gedirdi. Namiq Hacıyev şikayət edənlərdən ikisinin qohumudur. Qoyardımı ki, onlardan kiməsə qarşı haqsızlıq olsun?”

Cavid Qədirov deyir ki, zəlzələdən sonra Kalva kəndində düz 121 ev qəzalı duruma düşüb:

“Hamısının da siyahısı Fövqəladə Hallar Nazirliyində var və sıra ilə təmir, bərpa işləri aparılır. Heç kim o siyahıdan nəsə çıxara bilməz. Mən hökumətin vətəndaşlar üçün ayırdığı pulu onların əlindən ala bilərəmmi? Mən kiməm ki?”

Cavid Qədirov əlavə edir ki, komissiya evlərə baxış keçirən zaman şikayətçilərdən Gülurə Ağaliyeva evdə olmayıb:

“O, Bakıda yaşayır, qapısı bağlı idi. Evdə olmayan birinin evinə baxış keçirmək olmazdı. Gülsənəm Hacıyevanın isə evinə baxış keçirilib. Əgər siyahıya düşübsə, kömək ediləcək. Mənim bu prosesin qarşısını kəsəcək və yaxud başqa birinin evini təmir siyahısına salacaq səlahiyyətim yoxdur. Bu işləri yaradılan komissiya edir. Mən belə bir kömək edə bilərəm. Hazırda komissiya hava şəraiti ilə bağlı işini dayandırıb. Evlərə yenidən baxış keçirilərsə, xahiş edərəm, onların evlərinə bir də baxarlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10
Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05
Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02
İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00
Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
“Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56
Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54
“AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51
Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48
Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39
Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38
Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36
Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru