Londonda növbəti “qurban” sabiq nazirin oğlu ola bilər - Adını hələ demirlər
Tarix: 5-06-2019, 11:01 | Çap et
1 ildən artıqdır ki, London və Bakıda diqqətlə izlənilən proses yeni çalarlarla genişlənməkdədir. Əcnəbi zənginlərin sorğulanmasına, Londonda aldıqları mal-mülkə xərclədikləri vəsaitlərin mənbəyi haqda məlumat verməyə onları mükəlləf edən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində araşdırmalar davam edir.
Bu qanun veriləndən sonra araşdırmalara ilk cəlb edilən Azərbaycan vətəndaşı, Londonda məskunlaşan Zamirə Hacıyeva oldu. Böyük diqqətlə izlənilən araşdırmalar zamanı Zamirə Hacıyevanın həbsi məsələnin çox ciddi olmasını ortaya qoymaqla medianın gündəminə gətirib. Hər kəs bu araşdırmaların sonucunun necə olacağını gözlədiyi bir məqamda “İzahedilməz Sərvət Sərəncamı” yeni “qurban”a şamil olunub. Həmin şəxsin kimliyi açıqlanmasa da, onun Azərbaycandan ola biləcəyi ehtimalları geniş yayılıb. Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadan britaniyalı istintaqçılar növbəti “qurban”dan Londonda illər əvvəl aldığı və ümumilikdə 80 milyon funt-sterlinq dəyərində olan 3 daşınmaz əmlaka xərclənən pulların mənbəyini istəyir. Hüquq-mühafizə orqanları güman edirlər ki, əmlak qanunsuz yollarla əldə edilən vəsait hesabına alına bilərdi. Bundan əlavə, məhkəmə əmlakın üzərinə həbs qoyub: istintaqın getdiyi dövrdə onu satmaq, bağışlamaq və ya bölmək olmaz. Söhbətin hansı obyektlərdən getdiyini və onların sahibinin kim olduğu açıqlanmır. Yalnız o bildirilir ki, əmlak “ciddi cinayətlərdə iştirakının olmasında şübhəli bilinən, siyasi cəhətdən əhəmiyyətli şəxs”lə bağlıdır. Bildirilir ki, hər 3 obyekt Londonun “nüfuzlu rayonları”nda yerləşir, ümumi qiyməti 80 milyon funt-sterlinqdir və ofşordan idarə olunub.
Britaniyanın Cinayətkarlığa qarşı Milli Agentliyinin (NCA) məlumatında deyilir ki, ilk dəfə order 2018-ci ilin fevral ayında verilib və həbs edilmiş azərbaycanlı bankir Cahangir Hacıyev və onun arvadı Zamirənin mülkiyyətində olduğu hesab edilən Londondakı 2 yaşayış sahəsinə aiddir. NCA-in tərkib hissəsi olan Milli İqtisadi Cinayətlər Mərkəzinin baş direktoru Qrem Buqqarın sözlərinə görə, elit daşınmaz əmlakın alışı əksər hallarda pulların yuyulması üçün istifadə olunur.
Zamirə Hacıyeva və Azərbaycandan olması ehtimalı səslənən, hələlik kimliyi rəsmən açıqlanmayan yeni “qurban” xərclədikləri pulların mənşəyinin qanuniliyini sübut etməlidirlər.
NCA rəsmiləri yeni “qurban”ın kimliyini açıqlamağa tələsmirlər. Onların bu susqunluğu Zamirə Hacıyevanın məhkəmədə adının açıqlanmaması ilə bağlı iddiasının rədd edilməsi ilə ziddiyyət təşkil edir. Belə ki, Zamirə Hacıyeva araşdırmalara cəlb olunduqdan sonra Britaniya məhkəməsinə müraciət edərək adının açıqlanmamasını, prosesin şərti adı “Cənab və xanım A” olaraq aparılmasını istəyib. Zamirə Hacıyeva məhkəmə qarşısında bildirib ki, böyük bir haqsızlıqla üz-üzə qalıblar. O, həyat yoldaşının qanunlara sadiq adam olduğunu, ortada böyük bir ədalətsizliyin varlığını və özlərinin qurban olmalarını isbatlamağa çalışıb.
“Həyat yoldaşım Azərbaycan Beynəlxalq Bankında işləməzdən əvvəl də bacarıqlı bir iş adamı olub və özü var-dövlət qazanıb” – deyə britaniyalı hakimləri adlarının açıqlanmamasına qərar verməyə səsləyib. Amma qərar Zamirə Hacıyevanın istədiyi kimi olmayıb və onun da, həyat yoldaşı Cahangir Hacıyevin də adları ictimiyyətə açıqlanıb. Yeni “qurban”la bağlı isə fərqli gedişat müşahidə edilir. Bunun səbəbi izah edilmədiyindən ən müxtəlif versiyalar ortalıqdadır. Artıq Bakıda iş üzrə yeni “qurban”ın kimliyi ilə bağlı müxtəlif iddialar dolaşır. Bildirılir ki, iş bağlanacaq və əmlaka qoyulan həbs götürüləcək. Əks təqdirdə NCA məhkəmədən mülklərin müsadirə edilməsini xahiş edəcək, sonra da onları satacaq.
Bu və digər məsələlərlə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik.
Hüquqşünas deyir ki, hazırda Böyük Britaniyada araşdırmaların 2-dən artıq şəxslə bağlı getdiyini ehtimal edir: “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində geniş, hərtərəfli araşdırmalar aparılması planı açıqlanıb. Kimlər ki, Londonda sahib olduqları əmlakların əldə olunmasına sərf etdikləri vəsaitlərin mənbəyini açıqlaya bilməyəcəklər, əmlakları əllərindən alınacaq. Güman edirəm ki, Zamirə Hacıyeva bu məsələdə tək deyil. Onun kimi Londonda Azərbaycandan xeyli şəxs var. Bu məsələdə diqqətçəkən məqam araşdırmalara cəlb olunan şəxsin Azərbaycandan olmasıdır. Bu ölkəmiz üçün nə deməkdir? Böyük Britaniya illərdir ki, Azərbaycandan olan oğrular üçün ən yaxşı, ən prestijli yer sayılırdı. Ölkədən çıxardıqları pulları ora daşıyır, orada daşınmaz əmlaka yatırırdılar. Məlum qanunun qəbulu isə həmin pulların əllərindən alınması anlamına gəlir. Azərbaycanlı oğrular Londona qaçırdıqları sərvətləri itirmək təhlükəsi ilə üz-üzədirlər".
Əkrəm Həsənov ehtimal edir ki, yaxın gələcəkdə Zamirə Hacıyeva kimi “qurbanlar”ın sayı kəskin artacaq: “Azərbaycan bu prosesdən qazana bilər, bu, ölkə üçün müsbət haldır. Çünki Azərbaycandan oğurlanan pulları bizə heç kim və heç vaxt qaytarmayacaqdı. Bu qanunun qəbulu həmin pulların bir qisminin ölkəyə qayıtmasına yol açmış ola bilər. Azərbaycandan bundan sonra xaricə pul qaçıranlar anlayacaqlar ki, canları və malları üçün ən təhlükəsiz ölkə elə buradır - Azərbaycan. Böyük Britaniyanın arxasınca digər Avropa ölkələrinin də eyni praktikaya müraciət edəcəkləri gün uzaqda deyil. Artıq xarici ölkələr oğruların cənnətindən sürətlə cəhənnəminə çevirilməkdədir”.
Əkrəm Həsənov deyir ki, xaricdə var-dövləti olan şəxslər Azərbaycan hökuməti ilə danışıqlar aparmaqla pullarını xilas edə bilərlər: “Ölkədən pul qaçıran həmin şəxslər hökumətə müraciət etməklə əmlaklarının tanınmasını istəyə bilərlər. Şərt də belə olar ki, bunun müqabilində həmin əmlakların satışından əldə olunan pulların bir hissəsi ölkəyə qaytarılar. Buna görə də dəfələrlə təklif etmişəm ki, Azərbaycan maliyyə amnistiyası verməlidir. Əslində bütün inkişaf etmiş ölkələr bu yolu keçiblər. Sadəcə, elan olunmalıdır ki, bu günə qədər kim nə qədər oğurlayıbsa, gətirib xaricdə və daxildə olan həmin əmlakları bəyan etsinlər. Həmin əmlaklara görə büdcəyə 10-20 faiz vergi ödəsinlər. Dövlət bunun müqabilində həmin əmlakları tanısın. Bundan sonra əmlakları onların əllərindən ala bilməyəcəklər. Maliyyə amnistiyası verilməklə yanaşı, bəyan edilməlidir ki, bundan sonra belə bir addımlara yol verənlərə qarşı cinayət təqibi başlanacaq. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə məmurun uzağı 1 milyonu ola bilər. Bu qədər pulu yaradıcı işlə məşğul olmaqla qanuni şəkildə qazanmaq olar. 1 milyondan artıq pulu varsa, deməli, ortada şübhələnmək, araşdırma aparmaq üçün əsaslar var. Azərbaycanda isə 1 milyondan artıq pulu olanlar çoxdur. Belə şəxslərə qarşı addımlar atıb onları qorxutmaq da olmaz. Ən yaxşı halda onlar xaricdəki pullarını ölkəyə gətirməyəcəklər. ”İzahedilməz Sərvət Sərəncamı" Azərbaycan üçün bir şansdır, bu qanundan maksimum yararlanmaq lazımdır".
Qeyd edək ki, Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva hazırda Londonda ev dustaqlığındadır. O, 500 min funt-sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdirilib. Şərtlərə əsasən, xanım Hacıyeva saat 21:00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
|