Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                     Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... .....                     AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü .....                     "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? .....                     Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: .....                     Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər .....                     AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... .....                     Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                     Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? .....                     Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün .....                     Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                 

Ziya Məmmədovla Abbas Abbasovun fərqi – ilginc gəlişmə
Tarix: 3-06-2019, 09:00 | Çap et
Ziya Məmmədovla Abbas Abbasovun fərqi
Sabiq nəqliyyat naziri Ziya Məmmədovla baş nazirin keçmiş müavini Abbas Abbasovun dostluq, biznes münasibətləri haqda mətbuatda çox yazılıb. Onları birləşdirən, dostluqlarına yol açan eyni komandada təmsilçilikləri ilə yanaşı, həm də biznes maraqları olub.

Abbasovla Məmmədov vəzifədə olarkən müxtəlif korrupsiya kombinasiyalarında, müştərək maraqlarına cavab verən məsələlərdə eyni mövqedən çıxış edirdilər. Ən müxtəlif tədbirlərdən birgə fotoları yayılırdı. Bu da təsadüfi deyildi. Abbasovla Məmmədov eyni “səngəri” bölüşürdülər. 2013-cü ildə Abbas Abbasovun başının üstünü “qara buludlar” alanda bu posta Ziya Məmmədovu təqdim etmək cəhdləri də bəlli idi. Lakin Abbas Abbasov “vurulandan” sonra Məmmədova baş nazirin müavini postu verilmədi. Abbas Abbasov vəzifəsindən çıxarılandan sonra ölkədən getdi. Həmin dönəmdə onun oğlu Aydın Abbasov Azərbaycanda deputat mandatı daşıyırdı. Abbas Abbasov 2013-cü ildə hakimiyyətə qarşı planda yer alandan sonra onun deputat oğlunun vəziyyəti xeyli qəlizləşmişdi. Deputatı olduğu Gəncədə istifadəsində olan xidməti maşın saxlanılmış, Aydın Abbasov maşından düşürülmüş və nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdı. Bir sıra mülkləri sökülmüş, bəziləri əlindən alınmışdı.

O dövrdə Ziya Məmmədov dostunun oğluna kömək etmək iqtidarında deyildi. Çünki özünün də durumu ürəkaçan deyildi, mətbuatda tez-tez “Ziya Məmmədov yola salınır” başlığı diqqət çəkirdi. Bununla belə, Abbasovla Məmmədovun arasında əlaqə qalırdı. Ziya Məmmədovun “vurulması”nın əsas səbəbi kimi də məhz Abbas Abbasov faktorunun rol oynadığı bəlli olmuşdu. Dəqiqləşmişdi ki, Abbas Abbasov iqtidara qarşı müxtəlif oyunlarda yer alandan sonra da Ziya Məmmədovun onunla əlaqəsi olub. Onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayıblar. Ziya Məmmədovla Abbas Abbasovun nə danışdığı, nələr barədə müzakirə aparmasının təfərrüatları bilinməsə də, aydın idi ki, bu cür hərəkətlilik hakimiyyətə xoş olmayıb. Belə iddialar da vardı ki, Ziya Məmmədov vəzifəsindən çıxarılmazdan əvvəl sorğu-sual olunarkən Abbas Abbasovla əlaqəsini etiraf edib, deyib ki, bu münasibət hakimiyyətə qarşı yönəlməyib. Ziya Məmmədovun diqqətinə çatdırılıb ki, əgər Abbas Abbasovla əlaqələri hakimiyyətə qarşı olmayıbsa, o, bu barədə əvvəldən “yuxarıları” məlumatlandırmalı idi. Bütün bunlardan sonra Ziya Məmmədovun “qələmi qırılsa” da, onu vəzifədən aldıqdan sonra həbsə göndərilmədi.

Abbas Abbasova, onun oğluna qarşı sərgilənən münasibət Ziya Məmmədova yönəlik baş tutmadı. Abbas Abbasovun Rusiyada hakimiyyətə qarşı fəaliyyəti onun oğlunun xaricə qaçmasına, daha sonra ölkəyə dönərkən aeroportda saxlanılmasına qədər dərinləşmişdi. 2018-ci ilin oktyabrında yayılan xəbərlərdə deyilirdi ki, Abbas Abbasovun oğlu Aydın Abbasov Bakıya gələrkən hava limanında saxlanıb. Sabiq deputatın hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun ev şəraitində nəzarət altına alındığı, hətta bəzi mənbələr istintaq təcridxanasında olduğunu iddia edirdi. Bu xəbərlərdən sonra hələ Gəncənin deputatı olduğu vaxtlardan sosial şəbəkələrdə aktiv olan, ölkədə baş verən hadisələrə münasibət bildirən Aydın Abbasov müəmmalı şəkildə “yoxa çıxdı”. Yada salaq ki, A.Abbasovun məhz sosial şəbəkədə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra yazdığı status geniş rezonans doğurmuşdu. 2 aylıq sükutdan sonra yenidən sosial şəbəkəyə qayıdan A.Abbasov oktyabrın 23-də Bakıda çəkdirdiyi şəkli özünün facebook səhifəsindən paylaşmışdı. Foto “Hilton Baku Hotel”in fonunda çəkilmişdi, Abbasovların evi o həndəvərdədir.

A.Abbasovun oğlunun Rusiya prezidenti Vladimir Putinin Bakıya reallaşan səfərindən sonra üzə çıxması da diqqətdən kənarda qalmamışdı. Rusiya prezidentinin bu cür xırda məsələyə diqqət ayıracağı real olmasa da, Ramazan Abdulatipovun rəsmi Bakıdan belə bir xahişdə buluna biləcəyi ehtimalı səsləndirilirdi. Yada salaq ki, Beynəlxalq Bank işində həbs edilənlərdən biri də Aydın Abbasovun əmisi Nadir Abbasov idi. Nadir Abbasov 2016-cı ilin iyununda Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı saxlanılmışdı. Həmin vaxt Naftalana müalicəyə gələn Dağıstan rəhbərinin Bakıdan N.Abbasov üçün xahiş etdiyi iddiası da vardı. Ramazan Abdulatipovun Azərbaycana gəlişinin ardınca Nadir Abbasov azadlığa buraxılmışdı.

Abbasovlara qarşı sərt reaksiyalar fonunda Məmmədovların ölkədə qalıb, sərbəst dolaşmaları diqqət çəkir. Düzdür, Ziya Məmədovun oğlu Anar Məmmədov hələ atası vəzifədə olarkən Azərbaycandan getmişdi. Abbas Abbasovdan fərqli olaraq Ziya Məmmədova görə qardaşları da həbsə alınmamışdı. Vəzifələrini, mövqelərini, bizneslərinin bir hissəsini itirsələr də, Məmmədovlar ölkədə qala bildilər. Hazırda isə Abbas Abbasovun dostunun yenidən dirçəlməsi prosesi gedir. Ziya Məmmədov özü vəzifəyə təyinat almasa da, qardaşı Elton Məmmədov 20 gün əvvəl Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi, ona bu imkanı tanımamışdılar...

Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmisinin vəzifəyə təyinat almasından sonra Bakıya qayıtmasını da diqqətli izləyicilər Məmmədovlara qarşı loyallaşmanın nümunəsi kimi qəbul edirlər. Qeyd edək ki, Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Onun vəkili Nihat Axundov “Yeni Müsavat”a təsdiqləyib ki, Anar Məmmədov Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət Abbasovlardan fərqli olaraq pisləşməyib, əksinə, yaxşılaşıb.

Bu gün Ziya Məmmədovun oğlu Anar Məmmədov ölkəyə sərbəst gəlir, qardaşı Elton Məmmədovu isə vəzifəyə təyin edirlər.

Eyni sözləri Ziya Məmmədovun dostu, biznes ortağı Abbas Abbasov haqda söyləmək çətindir. Baş nazirin sabiq müavini ölkəyə qayıda bilmir, oğlu Aydın Abbasov ölkəyə gələndə onu hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayırlar, qardaşı Nadir Abbasov isə kredit borcuna görə həbsdə saxlanılır. Məmmədovlarla Abbasovların fərqi maraq doğurur - biriləri həbsə, digərləri dirçəlişə doğru addımlayırlar.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru