Xarici donorların Azərbaycan QHT-lərinə ayırdığı gizli və aşkar qrantlar - Kimlər alır...
Tarix: 11-10-2017, 09:14 | Çap et
Xarici donorlar uzun müddətdir Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük həcmlərdə qrantlar ayırır, müxtəlif QHT-lərin layihələrini dəstəkləyirlər.
Maraqlıdır, hazırda xarici donorlarla bağlı reallıq nədir? Qeyri-hökumət təşkilatları donorlarla necə işləyir?
Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, xarici donorlarla işləyən qeyri-hökumət təşkilatlarını bir neçə qrupa bölmək olar:
“Birinci qrup leqal şəraitdə işləyənlərdir. Məsələn, Avropa İttifaqı böyük donordur və iki istiqamətdə, yəni sosial sahənin inkişafı və təhsil sahəsində Azərbaycan hökuməti ilə müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən, onlar qrant müsabiqəsi elan etdilər və müsabiqədə vətəndaş cəmiyyəti iştirak etdi. Düzdür, burada daha çox beynəlxalq qeyri-hökumət təşkilatları həmin qrantların sahibi oldular. Yeri gəlmişkən, bu da bir problemdir. Bəzi hallarda Azərbaycan üçün olan qrantlarda beynəlxalq qeyri-hökumət təşkilatları iştirak edir və çox asanlıqla bu qrantlara sahib olurlar. Çünki onların təcrübələri daha böyükdür. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bu proseslərdə üstünlük yerli qeyri-hökumət təşkilatlarına verilməlidir. Təəssüf ki, bəzi hallarda elə şərait yaradılır ki, beynəlxalq qeyri-hökumət təşkilatları uğur qazanırlar. Halbuki? Azərbaycanın qeyri-hökumət təşkilatları da ciddi layihələr təklif etmişdilər”.
Ə.Nuriyev xarici donorlarla işləyən qeyri-hökumət təşkilatlarının digər formalarından da söz açıb:
“İkinci başqa istiqamət yenə də leqal formadır. Ayrı-ayrı beynəlxalq donorlar, hətta səfirliklər qeyri-hökumət təşkilatları ilə xidməti müqavilələr imzalayırlar. Xidməti müqavilə imzalayan donorların Azərbaycanda filial və nümayəndəlik yaratmasına ehtiyac yoxdur. Bu baxımdan qeyri-hökumət təşkilatları istənilən donora birbaşa müraciət edib, qrant almaq imkanlarına malikdir. Başqa leqal istiqamətlərdən biri də odur ki, bir çox qeyri-hökumət təşkilatlarının nümayəndələri fiziki şəxs olaraq donorlarla müqavilə imzalayır və qrant ala bilir. Eyni zamanda, əvvəllər qanunvericilik publik hüquqi şəxslərə, həmçinin təhsil müəssisələrinə imkan vermirdi ki, onlar qrant ala bilsinlər. Amma qanunvericilikdəki dəyişiklikdən sonra onlar birbaşa qrant almaq hüququ əldə etdilər. Düşünürəm ki, bu dəyişikliklər qeyri-hökumət təşkilatlarına da aid edilsə, daha yaxşı olar. Biz artıq bu istiqamətdə təkliflər hazırlamışıq. Digər tərəfdən qeyri-leqal formada qrantlar əldə edən qeyri-hökumət təşkilatları da var. Azərbaycanda bir çox qeyri-hökumət təşkilatları, onların səlahiyyətli nümayəndələri və ya ayrı-ayrı şəxslər xarici donorlardan birbaşa çox böyük vəsaitlər alırlar. Bunun da müxtəlif formaları var. Onlar qonşu ölkələrdə qeyri-hökumət təşkilatı yaradır və orada tez bir zamanda qeydiyyatdan keçirlər. Həmin təşkilatlar vasitəsilə qrant alırlar. İkinci tərəfi onlar birgə koorperasiyaya girib , məsələn, Gürcüstanın, Ukraynanın və digər bölgələrin qeyri-hökumət təşkilatları ilə tərəfdaş olaraq, bir layihədə iştirak edirlər”. Müsahibimiz qeyd edib ki, Azərbaycana ayrı-ayrı donorlar tərəfindən qeyri-leqal yol ilə də vəsait daxil olur:
“Hətta bu vəsaitin 1 milyondan çox olduğunu da bilirik. Amma onun kimlərə verildiyi məlum deyil. Bu baxımdan deyə bilərik ki, qanunvericilikdə boşluq var. Bu gün bəzi donorlar Azərbaycana yönəlik milyonlarla vəsait ayrır. Amma onun çox kiçik hissəsi leqal yolla ölkəyə gəlir. Qalan vəsaitlər ya ayrı ayrı şəxslərə, onların xaricdə yaratdığı qeyri-hökumət təşkilatlarına, yaxud digər ölkələrin qeyri-hökumət təşkilatlarının hesabına yönləndirilir. Bilirsiniz, 2013-2014-cü ildə qanunvericilikdə müəyyən dəyişikliklər oldu. Bu, hər şeydən əvvəl bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərindəki qeyri-şəffaflıq və bəzi donorların yalnız müəyyən təşkilatlara donor verməsi ilə bağlı idi. Düzdür bu dəyişiklik işə yaradı. Amma hazırda ölkə maraqlarından çıxış edən vətəndaş cəmiyyəti üçün müəyyən çətinliklər var. Düşünürəm ki, Azərbaycanda QHT-lər haqqında qanunvericiliyi yenidən nəzərdən keçirmək lazımdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|