Qəzənfər Ağayevin bu ailədən xəbəri yoxdurmu? - "3 uşağımız var, dolana bilmirik.."
Tarix: 29-07-2017, 11:08 | Çap et
Astaranın Şiyəkəran kəndində də belə bir yoxsul ailə var. Söhbət Kərimovlar ailəsindən gedir — kəndin yeni salınan məhəlləsində alayarımçıq tikilmiş evin bir otağına sığınan 5 nəfərlik ailədən. Onlara baş çəkdiyimiz zaman, ailə başçısı Habil Kərimov evdə olmadığından, onun həyat yoldaşı Lətifə Kərimova Sputnik Azərbaycan-ın bölgə müxbirinə yaşadıqları sıxıntıları anlatdı. "3 uşağımız var, dolana bilmirik. İşləmək istəyirəm, amma işləyə bilmirəm. Uşaqlarımdan ən böyüyü — Elnur xəstədir. Onu qoyub heç yerə gedə bilmirəm. Evdə iş görəndə bir də görürsən ki, yemək istəyir və ya ayaqyoluna getmək istəyir, tək özünü idarə edə bilmir. Onu özündən kiçik olan qardaş-bacılarına da tapşıra bilmirəm, uşaqdırlar" — deyir həmsöhbətimiz.
Anasının dediyinə görə, Elnur Rusiyanın Mahaçqala şəhərində dünyaya gəlib: "Doğulanda tam sağlam uşaq olmayıb. Elnurda qıc olma xəstəliyi, yüksək beyin və göz təzyiqi və ən pisi isə əqli çatışmazlıq var. İndi də gözləri tutulub. Bir neçə dəfə təzyiqi qalxıb, qıc olması tutub, yıxılıb və kiçik müddətli komaya düşüb. İlk dəfə Elnurun qıc olması 5 yaşında tutub, indi isə 15 yaşı var. Pulumuz da yoxdur ki, heç olmazsa, dərmanlarını ala bilək". L. Kərimova Elnura dövlətin 60 manat əlillik müavinəti verdiyini deyir: "Bu pulun da hamısı gedir dərmana. Yoldaşım işləmir, daimi iş yeri yoxdur. Yəni orda-burda fəhləlik işi olanda gedir, işləyir. O da görürsən, 5-6 gün iş olur, sonra isə bekar. Bəzən 1 ay iş olmur. Evə daimi olaraq yeganə gələn pul Elnurun əlilliyə görə aldığı pensiyadır ki, o da uşağın öz dərd-sərinə güclə yetir". "Qayınatamgil olmasa, bəlkə də acından ölərik. Ən çox onlar bizə maddi yardım edirlər, bir də qardaşımgil. Nə edək? Mən işləmək istəyirəm. Əlim nə iş tutsa, edərəm, amma bacarmıram. Anayam, övladım xəstə də olsa, onu ata bilmərəm. Həyətdə-bacada əkin biçin edirəm, o da nəyə çatsın?!" — qadın danışır. Müsahibimizin dediyinə görə, həyat yoldaşı 3-4 il əvvəl Bakıda işləyirmiş: "Zibil yığan maşında işləyirdi. İşi ağır idi, maaşı da aşağı. Bir dəfə evə baş çəkməyə gəldi. Həyətdə oturmuşduq, qardaşlarım və qayınatamgil də bizdə idilər. Birdən Elnur durub harasa gedirdi, gözü təzə tutulmağa başlayan vaxtlar idi. Getdiyi yerdə, gözümüzün önündə uşaq quyuya düşdü. Quyunun da dərinliyi 10-12 metr. Yoldaşım quyudakı kəndirdən tutub özünü quyuya atdı və Elnuru çıxardı".
"Habilin əllərini kəndir kəsmişdi. Ondan sonra dedi ki, "Onsuz da düz-əməlli maaş almıram, işim də ağır. Yaxşısı budur qalım burada — balalarımın yanında". Bura da gəldi, iş yox. Bayaq dediyim kimi, olanda da 3-4 günlük iş olur, sonra isə uzun müddət bekarçılıq" — xanım bildirir. Yeni dərs ilinin getdikcə yaxınlaşdığını deyən L. Kərimovanın dərdi təzələnir: "Pulumuz yoxdur ki, bu biri uşaqları məktəbə göndərək. O vaxta kimi pul olmazsa, uşaqlarımı məktəbə göndərməyəcəm. Nə ilə göndərim? Nə kitab-dəftərini almağa pulum var, nə də əyin-başlarını. Qarnımıza çörək pulunu güclə tapırıq. Bu dəqiqə işıq pulu borcumuz var. İşıqlarımızı kəssələr, borcumuzu ödəmək üçün cəmi 20 manat pul lazımdır ki, o da yoxdur. Neyniyim, dərdimi kimə deyim, hara müraciət edim ki, yoldaşıma normal iş versinlər?"
Onun dediyinə görə, əvvəllər ünvanlı sosial yardım alırmışlar, lakin: "Keçən il sosial yardımımızı birdən-birə dayandırdılar. Düz bir ildir ki, sosial yardım almırıq, o da təsir edir dolanışığımıza, özü də kəskin formada. Bir yüngülvari ev tikdik, birtəhər köçdük bura. Nə su sistemimiz var, nə qaz var. Qarşıdan da qış gəlir. Odun almağa da pul yoxdur. İndidən qurumuş inək təzəkləri yığırıq ki, qışda yandıraq". "Dəfələrlə rayondakı qaz idarəsinə müraciət etmişik ki, buraya qaz çəksinlər. Ordan da bildiriblər ki, yaşadığımız məhəllə yeni salınıb, buna görə təkcə bizim evə qaz verilə bilməz. Bu məhəlləyə qaz çəkilməsi üçün layihə hazırlanmalıdır, smeta ayrılmalıdır. Bunun üçün də bizdən başqa məhəllədə yaşayan digər sakinlər də müraciət etməlidirlər" — evin xanımı qeyd edir. Kərimovlar ailəsinin ünvanlı sosial yardımının niyə dayandırıldığı ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara Rayon Şöbəsinə müraciət etdik. Şöbənin müdiri Elbrus Abbasov qeyd etdi ki, Nazirlər Kabinetinin sərəncamına əsasən, ünvanlı sosial yardımın dayandırılması və onun alınması üçün müraciətlər elektron formada aparılır". "Yəni ki, ünvanlı sosial yardımın dayandırılmasının səbəbini Fondun rəsmi internet səhifəsindən öyrənmək olar. Qeyd edim ki, ünvanlı sosial yardım dayandırılmasından 1 ildən artıq müddət keçibsə, yenidən müraciət etmək mümkündür" — şöbə müdiri vurğuladı. Bu haqda Kərimovlar ailəsini məlumatlandırdıq. Ümid edək ki, Kərimovların bu dəfəki müraciətlərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən müsbət baxılacaq. Çünki bu ailədə bir fiziki məhdudiyyətli və iki məktəbli yaşında olan uşaq var. Onların taleyi kimlərisə narahat etməlidir…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|