“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                     Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq .....                     Qulağı kar adama sübut edirlər ki, eşidirsən... .....                     NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                 

Rabitə nazirliyindən MTN-ə bağlamalarda nə aparılıb? - İLGİNC
Tarix: 21-06-2017, 09:05 | Çap et
Rabitə nazirliyindən MTN-ə bağlamalarda nə aparılıb?
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 20-də zərərçəkmiş Kamal Seyfullayevin iddiası üzrə epizod çərçivəsində zərərçəkmişin həyat yoldaşı İrina Seyfullayeva ifadə verib.

Ərinin harada işlədiyindən xəbərsiz şahid

Ötən iclasda ifadə vermiş və MTN işçilərini, konkret olaraq, Füzuli Əliyevi 2 milyon manat vəsaitinin mənimsənilməsində günahlandıran zərərçəkmiş Kamal Setfullayevin ifadəsini oxucularımıza təqdim etmişik. Xatırladaq ki, müdafiə tərəfi zərərçəkmişi özünə aid olmayan vəsaitlərin nağdlaşdırılmasında və bu əməliyyatlarda maklerlik etməkdə ittiham edib.

Zərərçəkmişin həyat yoldaşı, Ukraynada anadan olmuş şahid İrina Seyfullayeva bildirdi ki, 2014-cü ilin dekabr ayının sonlarında övladlarından birinin Yeni İl bayramı üçün uşaqla birlikdə Qış bağına gedib. Kamal Seyfullayev söz verib ki, axşam gəlib onları evə aparacaq. Lakin saat 8-i keçsə də, Kamal gəlməyib və sonradan zəng vuraraq bildirib ki, onu MTN-ə aparıblar.

Şahidin sözlərinə görə, bundan sonra 3 gün ərzində molla kəbini ilə birgə yaşadığı K.Seyfullayev evə gəlməyib və özünün bildirdiyinə görə, MTN-də saxlanılıb. Evə gəldikdən sonra isə ondan 2 milyon manat alındığını deyib.

İrina Seyfullayeva vəkillərin “Ərinizdə 2 milyon manat pulun ola biləcəyini bilirdiniz?” sualına “Bəli” cavabını verib. Dövlət ittihamçısının isə “Həyat yoldaşınız harada işləyirdi və hansı işlərlə məşğul idi?” sualını İrina Vladimirovna belə cavablandırıb: “Kamalın nə işlə məşğul olduğunu bilmirdim. Evləndiyimiz gündən bu barədə soruşmamağımı tapşırmışdı”.

Vəkillərin cinayət işinin materiallarına istinadən verdikləri arayışdan məlum oldu ki, Kamal Seyfullayev MTN-ə aparıldığı gündən sonra həyat yoldaşı ilə dəfələrlə telefon əlaqəsi yaradıb və “location” məlumatlarına görə, MTN-də olmayıb, zəngləri şəhərin müxtəlif nöqtələrindən edib.

“Cinayət işinin ən zəif epizodu”

Şahidin ifadəsindən sonra vəkil Adil İsmayılov çıxış edərək baxılan epizod üzrə “Bank Technique”in xəzinədarı Əli Abdullayevin şahid qismində məhkəməyə dəvət edilməsini, bankdan həmin maliyyə əməliyyatları üzrə arayışların alınmasını və MTN-də axtarış zamanı Füzuli Əliyevin iş otağından götürülmüş sənədlərin cinayət işinin materallarına əlavə edilməsini istədi.

Təqsirləndirilən Füzuli Əliyev

Vəsatətə münasibət bildirərkən təqsirləndirilən Füzuli Əliyev dedi: “Hələ istintaqın gedişi vaxtı müstəntiq mənə demişdi ki, bütün epizodlar arasında bu ən zəifidir. Çünki burada zərərçəkmişin kim olması və istintaqın necə aparılması göz qabağındadır və sübut üçün heç bir sənəd yoxdur”.

Məhkəmə vəsatətin qismən təmin edilməsi – bankın xəzinədarının şahid qismində ifadəsinin dinlənilməsi və şahidin ifadələrindən asılı olaraq, digər tələblərin yerinə yetirilməsi barədə qərarını elan etdi.

Zərər çəkməmiş zərərçəkmiş

Zərərçəkmiş Vidadi Həsənov ifadəsində bildirdi ki, Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb və ondan təqsirləndirilənləri tanıyıb-tanımaması soruşulub. Təqsirləndirilənlərdən heç birini tanımadığını deyən zərərçəkmiş qeyd edib ki, heç kimdən şikayəti və tələbi yoxdur, zərər çəkməyib.

“Yaxşı olardı ki, desinlər, adımı kim verib MTN-ə ki, mənim telefonumu dinləyiblər. Bilim ki, dostum kimdir, düşmənim kim”, - V.Həsənov deyib. Bununla da, onun ifadəsi başa çatıb.

Teymur Quliyevin ailəsini gəzdirmiş “Jaguar” avtomobili kimindir?

Şahid qismində ifadə verən “R.İ.S.K.” Elm-İstehsalat Şirkətinin Direktorlar Şurasının həmsədri Anar Əligülov bildirdi ki, sabiq MTN generalı Teymur Quliyevlə dostdur və şirkətə məxsus olan avtomobilləri sürücüsü ilə birlikdə zərurət yarandığı zaman təqsirləndirilən T.Quliyevin ailəsinə xidmət etmək üçün yollayırmış.

Təqsirləndirilən Teymur Quliyev

Şahid həmin avtomobillərin bir neçə ədəd olduğunu, o cümlədən “Jaguar” markalı maşının sürücü Eynulla Kərimi ilə göndərilməsi faktlarını təsdiqləyib.

MTN əməkdaşlarını haradan tanıması ilə bağlı sualı cavablandırarkən şahid qeyd edib ki, rəhbərlik etdiyi şirkət ölkənin bir çox nazirlikləri ilə sıx əməkdaşlıq edir və bunda qəribə heç nə görmür.

Vidadi Zeynalovun MTN-ə göndərdiyi bağlamalarda nə olub?

Prosesdə şahid qismində ifadə vermiş Ramil Əliyev bildirib ki, uzun illər ərzində MTN generalı, təqsirləndirilən Sübahir Qurbanovun xidməti sürücüsü olub. Şahidin sözlərinə görə, S.Qurbanovun tapşırığı ilə dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə gedərək həmin nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla görüşüb və ondan bağlamalar alıb.

Dövlət ittihamçısının və vəkillərin suallarına cavab olaraq şahid qeyd edib ki, bağlamalarda nə olduğunu heç vaxt görməyib və hər dəfə onları olduğu kimi Sübahir Qurbanovun otağına qoyaraq çıxıb.

Digər şahid Eynulla Kərimi isə “R.İ.S.K.” şirkətində sürücü işlədiyini, arabir rəhbərinin tapşırığı ilə Teymur Quliyevin ailəsinə xidmət etdiyini deyib. Şahidin sözlərinə görə, bir neçə dəfə rabitə nazirliyinə gedərək, Vidadi Zeynalovla görüşüb və ondan Teymur Quliyevə çatdırmaq üçün bağlama alıb. Belə hallardan birində bağlamanın avtomobildə açıldığını və içərisindən qələm düşdüyünü deyib.

Daha sonra məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizə xidmətinin əməkdaşları ifadə verib və məhkəmənin işinə real kömək edə biləcək faktlar göstərə bilməyiblər.

500 manat maaş, 1000 manat “zərf”

Şahid qismində çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun köməkçisi Səlim Həşimov bildirib ki, onun əsas vəzifəsi aparat rəhbərinə çay vermək, telefon zənglərini qəbul etmək və digər texniki məsələlərin həlli olub.

Şahid qeyd edib ki, işinə görə 500 manat maaş və aylıq 1000 manat da əlavə “zərf”də pul alıb. Onun bildirdiyinə görə, Vidadi Zeynalovun zərflərdə təqdim etdiyi pulları hər ay şöbə müdirləri yaxınlaşaraq ondan alıblar, lakin kimə konkret olaraq nə qədər pul veriıldiyini bilməyib.

MTN-dən sürücülərin hər ay maaşlar verildikdən 2-3 gün sonra Vidadi Zeynalovun qəbuluna gəldiyini bildirən S.Həşimov əlavə etdi ki, onların aparat rəhbərindən nəsə alıb-almadığından xəbəri yoxdur. O ki qaldı MTN-dən general Sübahir Qurbanovun və nazirliyin kuratoru olan general Teymur Quliyevin quruma gəlib-getməsinə, şahid bunu heç zaman görmədiyini deyib.

Növbəti məhkəmə iclası cümə axşamı, iyunun 22-də keçiriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru