Elman Rüstəmovla Samir Şərifovun komandası gərgin vəziyyətlə üzləşib - İDDİA
Tarix: 21-02-2017, 08:36 | Çap et
Azərbaycan Beynəlxalq Bankının (ABB) həbsdə olan sabiq sədri Cahangir Hacıyevin məhkəmədəki açıqlaması Maliyyə Nazirliyinin rəhbər şəxsləri üçün problemə çevrilib. Buna əsas səbəb kimi, ABB-nin Müşahidə Şurasında Maliyyə Nazirliyini təmsil edən rəhbər şəxslərin adının bankda baş verən cinayətlərdə hallanmasıdır.
Beynəlxalq Bankın idarə olunması, böyük məbləğdə kreditlərin verilməsi və s. məsələlərdə Müşahidə Şurasının rəy və qərarları həlledici olsa da, milyonlarla kreditin Cahangir Hacıyev tərəfindən ayrı-ayrı şəxslərə təkbaşına verilməsi bir qədər şübhəlidir.
"Reytinq”in əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur.
Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova "gözün üstə qaşın var” deyən olmadı.
Məlumatda qeyd edilir ki, Cahangir Hacıyevlə bağlı istintaq başlanan zaman Samir Şərifovla Mərkəzi Bankın sədri Elman Rüstəmov bütün gücləri ilə prosesi özlərindən kənarlaşdırıb, əzəli rəqiblərini sıradan çıxarmaq üçün ABB rəhbərini yeganə təqsirkar, əsas hədəf göstəriblər.
Maliyyə sektorundan alınan məlumata görə, S.Şərifovla E.Rüstəmov hətta iri kredit məsələlərini də C.Hacıyevin onların rəyi və razılığı olmadan həyata keçirdiyini deyiblər: "O zaman ortaya sual çıxır ki, bəs niyə nazir və baş bankir vaxtında bu problemi qaldırmayıblar?”.
İddia edilir ki, hər iki şəxsin ABB-də baş verənlərdən xəbəri olub. Lakin onlar Cahangir Hacıyev və onu himayə edən güclü komandadan çəkiniblər. İstintaq başlayanda isə fürsətdən yararlanıb, C.Hacıyevin əsas təqsirkar kimi həbsində rol oynayıblar.
"Doğudur, C.Hacıyev əsas təqsirkarlardan biridir. Amma digər təqsirkarlar məsuliyyətdən kənarda qalmamalı, onlar da cinayət tərkibli əməllərinə görə cəza almalıdırlar”,-deyən mənbənin iddiasına görə, S.Şərifovla E.Rüstəmov C.Hacıyevi əsas təqsirkar göstərməklə həm əsas rəqiblərindən qisaslarını alıblar, həm də özlərini təmizə çıxarmağa çalışıblar.
ABB-də baş verən maliyyə fırıldaqlarında Cahangir Hacıyevlə yanaşı Maliyyə Nazirliyinin, o cümlədən nazir müavini Azər Bayramovun da "barmaq izləri”nin olduğu ehtimal edilir: "Onlar da gec-tez istintaqa cəlb olunmalıdır. Yəqin ki, bu, qaçılmaz olacaq”.
Məlumatda həm də bildirilir ki, Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov hakimiyyətdəki nüfuzlu bir qrupa bağlılığını hər addımda nümayiş etdirməklə, "toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır.
A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir.
Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun "təqdimatı" və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər.
Məlumata görə, ABB-də baş verənlərə A.Bayramovun zamanında təsir edə bilmədiyi barədə dövriyyəyə buraxılanlar "iz azdırmağa” hesablanmış dezinformasiyadır:
"Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da "vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri "sudan quru” çıxdı. Əlbəttə, bütün bunlar nə hakimiyyətdəki analitiklərin, nə də müstəqil ekspertlərin diqqətindən yayınmadı. Ona görə də sistemli araşdırmalar başlayıb və Samir Şərifov-Azər Bayramov cütlüyünün cəmiyyət üçün sensasiyalı əməlləri üzə çıxıb. Hələlik bunun nədən ibarət olduğunu açıqlamıram. Ancaq bu cütlüyün yaratdığı problemlər Müdafiə Nazirliyindən tutmuş, bir çox nazirlik, komitə vəiş adamlarının da narazılığına səbəb olub”.
Qeyd edilir ki, bu narazılıq fonunda ortaya çıxan real mənzərə və faktlar Samir Şərifov və onun ətrafındakı maliyyə boslarının əhatə dairəsini "daraladır”.
Samir Şərifovun ətrafında baş verən proseslərin nazirlikdəki bəzi vəzifəli şəxsləri ruhlandırdığı da bildirilir. Qeyd edilir ki, illərlə S.Şərifovla A.Bayramovun "toxunulmaz” olduğunu düşünənlər, artıq cəsarət nümayiş etdirir, hətta onlardan biri nazir olmaq iddiasını gizlətmir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
|