Sələmçi vətəndaşın iki mənzilini necə ələ keçirib... - Özbaşınalıq...
Tarix: 28-01-2017, 09:43 | Çap et
“60 min manat borcun müqabilində iki evi əlimdən aldı”.
Bu sözləri aldadıldığını iddia edən Elçin Sofiyev deyib. Redaksiyamıza şikayət edən vətəndaş bildirib ki, 2011-ci ildə qayınanası Sofiyeva Simuzər Aslan qızına məxsus olan Şəmsi Bədəlbəyli 106, mənzil 74 ünvanında yerləşən mənzili Rəşidov Rövşən Baba oğlundan faizlə götürdüyü 60 min manatın müqabilində onun adına keçirib. Müqavilə bağlanıb və şərt kəsilib ki, borc ödənildikdən sonra mənzil Simuzər Sofiyevanın adına geri qaytarılacaq.
Elçin Sofiyev deyir ki, iş adamı olduğu üçün həmişə evi girov qoyub bankdan pul götürüb, vaxtında ödəməsini edib evi girovdan çıxarırmış. Növbəti dəfə banka gedəndə kredit götürmə işi alınmadığından bank vasitəsi ilə faizlə pul götürməsi üçün Rövşən Rəşidova yönləndirilib.
Tərəflər razılaşıb və Elçin Sofiyev 60 min manat borc alaraq qayınanasına məxsus evi notariusda formal bir alqı-satqı ilə Rövşən Rəşidovun adına keçirdib: “Sənəddə göstərilir ki, şəhərin mərkəzində yerləşən 110 kvadratmetrlik arxitektur binadakı ev 60 minə satılıb. O evin real qiyməti isə 300-350 min manat idi. Biz 2013-cü ilin noyabr ayına qədər Rövşən Rəşidova hər ay 3500 manat faiz ödədik. Gecikmə olduqda belə əlavə faiz ödəyirdik. Nəhayət, 2013-cü ilin noyabrında qayınanam evi satmaq qərarına gəldi, ev təcili satılmalı idi. O zaman mən Rövşənə dedim ki, sənə 60 min manatın müqabilində 90 min manat faiz vermişəm. Evi Simuzər Sofiyevanın adına keçirt. Rövşən isə razı olmadı, dedi ki, 60 min manatı tam şəkildə gətir, ondan sonra evi qaytarım. Bizim isə o vəsaiti ödəməyə imkanımız yox idi. Evimizdəki əşyalara qədər satmışıq, Rövşənin faizini vermişik. Məcbur qalıb hazırda yaşadığımız evi, Nərimanov 51/53, mənzil 22 -ni onun adına keçirib, qayınanamın evini girovdan azad etməyə qərar verdik. 2013-cü ilin noyabrında evimizi notarial qaydada alqı-satqı müqaviləsi ilə Rövşən Rəşidovun adına keçirdik. Heç bir pul əməliyyatı aparılmadı. Rövşən bizi inandırdı ki, 3 gün sonra qayınanamın evini öz adından çıxaracaq. Əsas gətirdi ki, eyni gündə iki əməliyyatın keçirilməsi diqqət çəkə bilər. Lakin həmin 3 gün uzanıb bir həftə oldu, həftə aya döndü, Rövşən evi qayınanamın adına keçirmədi. Bu günə qədər də hər iki mənzil Rövşənin adındadır”.
Şikayətçinin sözlərinə görə, daha sonra o, Rövşən Rəşidovu çağırıb söhbət edib ki, artıq faizi verə bilmirik: “Dedik faizi dayandır, bizə aid olan mənzili sataq, sənin 60 min manatını qaytaraq, özümüzə başqa bir ev alaq. Həmin dövrdə bizim mənzilin real qiyməti 200-220 min manat idi. Artıq 2014-cü ilin aprel-may ayları idi. Biz alqı-satqı işi ilə məşğul ikən bizim başımızın qarışmasından istifadə edən Rövşən Rəşidov xəbərsiz şəkildə işi məhkəməyə verib. Mayın 29-da Yasamal Rayon Məhkəməsindən bizə çağırış gəldi. İddia da belə idi ki, guya o bizdən mənzili alıb, lakin biz mənzili boşaltmırıq. Ona zəng vurduq ki, bu nə məsələdir? Rövşən isə bizi əmin etdi ki, narahat olmayın, bu formal xarakterli bir məhkəmədir, sizi heç vaxt evinizdən çıxartmaram. Biz növbəti dəfə ona inandıq. Heç bir iştirakımız olmadan həmin məhkəmələrdə uduzduq. Sonradan biz özümüzü sığortalamaq üçün alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etdik. Məhkəmə uzandı. İş Ali Məhkəməyə gedən mərhələdə yenidən Rövşən Rəşidovla danışıq apardıq. O mənə dedi ki, 20 min manat gətir , bu söhbəti bağlayaq. Evlərin ikisini də sənin adına keçirim. 2014-cü ilin dekabrında 18 min manat düzəldib Rövşənə verdik ki, səhəri gün notariusa gedib evləri adımıza keçirək. Pulu alandan sonra Rövşən yenə itdi. Sonra bizi tanış edən adamın vasitəsilə Rövşən Rəşidovu tapdıq. O dedi ki, bizdən istədiyi 20 min manatın müqabilində ona 18 min manat ödədiyimiz üçün mənzilləri qaytarmaqdan imtina edir. Bu ərəfədə məhkəməni də uddu, Ali Məhkəmə mənzilin boşaldılması ilə bağlı qərar verdi”.
Elçin Sofiyev deyir ki, Apelyasiya Məhkəməsinə müraciət etsələr də qərarı dəyişdirməyə nail ola bilməyiblər: “Hazırda bununla bağlı icra işinin dayandırılması üçün yuxarı instansiya məhkəməsində şikayətimiz araşdırılır. Ancaq yanvarın 24-də icra məmurları gəldi. Heç bir xəbərdarlıq etmədən gəlib söhbət etmək adı ilə bir dəstə adamla içəri girdilər. Biz icranı çətinliklə saxladıq. Bizə köçməyimiz üçün 2 gün vaxt verdilər. Həmin iki gün isə artıq bitib. Ədliyyə Nazirliyinin qaynar xəttinə də müraciət etdik. Oradan da bildirdilər ki, iş məhkəmədə ola-ola icra hərəkətinin olması mümkün deyil”.
Həmsöhbətim bildirdi ki, məsələ ilə bağlı Respublika Prokurorluğuna etdikləri müraciət də bir fayda verməyib: “Notariuslarda araşdırma apardıq. Bəlli oldu ki, Rövşən Rəşidovun adına 2011-ci ildən bu günə kimi bizim kimi 17 alqı-satqı müqaviləsi aparılıb. Hamısı da eyni fırıldaqçılıqla aparılıb. Dövlətdən xahiş edirik, bizi üzləşdiyimiz dələduzluqdan xilas etsinlər”.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
|