Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır - Fırıldaq
Tarix: 26-01-2017, 08:29 | Çap et
Türkiyəli loğman, kimyacı professor İbrahim Adnan Saracoğlu, Türkiyə ictimaiyyətində olduğu kimi, Azərbaycanda da tanınır. Şərq təbabətinə, təbii müalicəyə üstünlük verənlər bu loğmanı sevə-sevə dinləyir və tövsiyələrinə əməl edirlər. Onun Türkiyədən kənar ölkələrdə, o cümlədən də Azərbaycanda rəsmi destribütoru fəaliyyət göstərir.
Alıcıya “gəl-gəl” deyən təqdimat
Heydər Əliyev Sarayının yaxınlığında yerləşən professor Saracoğlunun bitki məhsullarının satış nöqtəsində biz də olduq. Səliqəli dizaynlı satış mərkəzində müalicəvi əhəmiyyətli bitkilərdən hazırlanmış məhsullar xüsusi qablaşdırılıb. Satışda bitki tərkibli şampunlar, gellər, kosmetik vasitələr və digər məhsullar da var. Qurudulmuş bitkilərin xüsusi, gözəgəlimli qablaşdırmada təqdimatı alıcını özünə çəkir. Amma qiymətlər fantastik şəkildə bahadır.
1 manat 30 qəpik hara, 70 manat hara?
Məsələn, Türkiyədə Testere dişli Aslan pəncəsi kimi tanınan (latınca adı Alcemilla vulgaris) bitkisinin xüsusi şəraitdə qurudulmuşunun qiyməti 70 manatdır. Adətən, müxtəlif qadın xəstəliklərində tövsiyə olunan bu bitkini Türkiyədə ixtisaslaşmış bitki məhsulları dükanından 40 qramını 3 lirəyə (təxminən 1 manat 30 qəpik) əldə etmişdik. 70 manatlıq qutudakı çəkiylə maraqlandıq. Qutunun üzərində məhsulun neçə qram olması haqda məlumat yoxdur. Satıcı qız dedi ki, içərisində 30 ədəd paket var, amma məhsulun çəkisi haqda məlumat verilmir və bəzi qadın xəstəliklərinin müalicəsində geniş istifadə olunan bu məhsuldan çox hallarda 1 qutu deyil, 2 qutu alınması məsləhət bilinir. Ona görə də bir kurs müalicə üçün 2 qutu alınmalıdır, yəni 140 manat xərclənməlidir.
Qiyməti Saracoğlu özü müəyyənləşdirir
Bu qədər baha olmasına səbəb nədir? Satıcı xanım dedi ki, bu məsələ birbaşa professor Saracoğlunun səlahiyyətindədir və məhsulların başqa ölkədən gətirilməsi, gömrükdən keçirilməsi, vergi xərcləri də qiymətə öz təsirini göstərir: “Aslan pəncəsinin qiyməti əvvəl daha baha idi. Bir qutusu 94 manata. Bu bitkiylə alıcılar çox maraqlanır, əsasən də qadınlar. Amma alıcılıq qabiliyyəti aşağıdır. Ona görə buradan Saracoğlu ilə danışıqlar aparıldı ki, qiymətlərdə endirim etsin. O da dedi ki, yalnız bitki məhsullarının qiymətini endirə bilər. Belə də oldu, yalnız dərman bitkilərinin qiyməti aşağı salındı”.
Dərman bitkilərinin adları belə tərcümə olunmur
Satıcının əczaçı olub-olmaması ilə maraqlandıq, dedi ki, bəli, əczaçıyam. “Aslan pəncəsinin Azərbaycan türkcəsində adı nədir” sualımızın cavabında çiyinlərini çəkib, bilmədiyini söylədi. Türklərin “Kiraz çöpü” dediyi qara gilasın saplağının son vaxtlar müxtəlif xəstəliklərdə istifadəsi “dəbə düşüb”. Onun qiymətilə maraqlandıq. Qutunun üzərində 34 manat yazılıb. Tez-tez efirlərdən 39,90 qəpiyə reklam olunan, tərkibi əsasən bağayarpağından ibarət olan sinirotu isə 70 manatdır. Çöllərimizdə, bağ-bağatlarımızda olan bu bitkiləri, meyvələri, yarpaqlarını emal edib, satışını təşkil etmək bu qədərmi çətin prosesdir?
Aslan pəncəsinin Azərbaycan türkcəsində adı Şehdurandır
Məsələ ilə bağlı Mərkəzi Nəbatat bağının baş aqronomu Asif Mehrəliyevlə danışdıq. Baş aqronom öncə Aslan pəncəsinin Azərbaycan türkcəsində adını tərcümə etdi. Dedi ki, bu bitkinin bizdə adı Şehdurandır və bitki Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında yayılıb: “Daşkəsən rayonu, Gəncəbasar, Quba, Qusar rayonlarının dağətəyi hissələrində yayılıb. Bizim Nəbatat bağında da var. Sarılı, yaşıllı çiçəkləri aprel ayından iyuna qədər açır. Çiçəkləmə zamanı bütün olaraq toplanır, sonra isə yalnız yarpaqları. Əlbəttə, bu bitkini qurudub, tədarük etmək çətin proses deyil. Azərbaycanda bitki emal edən firmalar var və onlar bu işlə məşğul ola bilər”.
300 kilometr radiusa daxil olan bitkilərdən faydalanın!
Mütəxəssis onu da dedi ki, 300 kilometr radiusa daxil olan ərazilərin bitkisindən istifadə daha faydalı sayılır: “Bir halda ki, Şehduran bitkisinin Azərbaycanda geniş arealı var, emal edib, tədarükünü təşkil etmək mümkündür, niyə xaricdən idxal etməliyik? Bunları araşdırmaq üçün Bakıda şəfalı bitkilərin biznesilə məşğul olan loğman müəssisələri var, onlarla əlaqə saxlasanız daha yaxşı olar”. Azərbaycanda şəfalı bitkilərin satışı ilə məşğul olan bir neçə satış nöqtəsilə əlaqə saxladıq, onlar da bu bitkini xaricdən, əsasən də Türkiyədən idxal etdiklərini dedilər.
Professor Adil Qeybulla: Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır
Professor Adil Qeybula bildirdi ki, Türkiyədə təbabətlə bağlı həm xidmət, həm məhsullar, dərmanlar Azərbaycanla müqayisədə bahadır: “Türkiyədə dərman preparatlarının hazırlanması üzrə ixtisaslaşma bizim ölkədən çox-çox yüksəkdir. Hər halda, dərman bitkisi də birbaşa qurudulub istifadə olunmur, müəyyən qədər sterilzasiya edilir, rafinasiya olunur, xüsusi şəraitdə qurudulur və sair. Çox təəssüf ki, Azərbaycanda dərman maddələrinin hazırlanması üçün xammal bazası olduğu halda xaricdən gətirməli oluruq. Bunlardan ekstraktlar, müxtəlif cövhərlər və sair almaq mümkündür. Bu gün şərq reseptləri ilə hazırlanan Almaniya istehsalı olan xeyli dərmanlar var. Onların qabı üzərinə baxanda görürsən ki, bu dərman bitkilərinin böyük əksəriyyəti Azərbaycanda var. Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır. Şərq təbabətinin sınaqdan çıxmış reseptlərindən istifadə oluna bilər. Əlbəttə, başqa ölkələrdən məhsul gətirən dərman firmaları öz ölkələrinin parametrlərinə uyğun bura qiymətlər qoyurlar. Üstəlik, gömrükdən keçəndə bu məhsullara qoyulan vergilərin baha başa gəlməsi də qiymətlərə təsir göstərir”. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
|