Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                 

“Ömürdən pay” klinikası ömrümüzə “qənim kəsilib”? - ŞİKAYƏT VAR
Tarix: 28-12-2016, 08:57 | Çap et
“Ömürdən pay” klinikası ömrümüzə “qənim kəsilib”?
Bərdə rayon Mərkəzi Xəstəxanasını bir növ uçuruma sürükləyən baş həkimin idarəçiliyi də, hal-hazırda tam əksəriyyəti düşündürməkdədir. Belə ki, İftixar həkimin rəhbərliyinə “vida” deyildikdən sonra, hər kəs düşünürdü ki, baş həkim “post”una sahiblənən Rəna xanım Mustafayevanın idarəçiliyinə əksəriyyət qibtə edəcək. Amma, atalar demişkən “sən saydığını say, gör fələk nə sayır” deyimi, çox keçmədi ki, Bərdə səhiyyəsində özünü təsdiqlədi. Belə ki, o, qısa zaman kəsiyində elə addımlarını atdı ki, rayonun səhiyyə ocaqlarında baş alıb gedən haqsızlığı, anarxiyanı, süründürməçilik amillərini və s. görən hər kəs, Rəna xanımın sələfinin dünyadan köçənlərinə sanki min rəhmət də oxudular. Bunun başlıca səbəbi, yuxarıda qeyd etdiyimiz kimi rayonun səhiyyə ocaqlarında bənzəri olmayan anarxiyanın, soyğunçuluq və rüşvətxorluq amillərinin tüğyan etməsi ilə bərabər, imkansız xəstələrə bəslənilən ögey münasibətlərin də varlığı oldu. Adı çəkilən rayonun səhiyyə ocaqlarında yaşananlar haqda “Gündəm Xəbər”i məlumatlandıran və hələlik adının çəkilməsini istəməyən Bərdə rayon sakini bildirir ki, “MRX-a baş həkim təyin olunan Rəna xanım, ixtisasca sanitar-gigiyena üzrə mütəxəssisdir. Onun belə bir ixtisasa sahib olması və baş həkim vəzifəsini daşıması, hüquqi baxımdan heç cür yolverilməzdir. Amma, nə etmək olar? Bu gün o, baş həkim vəzifəsini daşıyır və bir kimsə də ona “qaşın üstə qara var” deyə bilmir. Yəqin ki, bunu da özəl səbəbləri var. Düzdür, onun baş həkim vəzifəsini daşıması ciddi qanun pozuntusu olsa da, amma onu da unutmaq olmaz ki, bu gün Azərbaycan səhiyyəsində qanunsuzluğu qanuniləşdirən amillər də var. Çox böyük ehtimalla ki, belə bir amillərin varlığı da ona belə bir səlahiyyət sahibi olmağa imkan verib. Bir məqama da toxunaq ki, Bərdə MRX-da baş alıb gedən bir çox qanunsuzluqların kökündə, vaxtilə İftixar həkimin atdığı addımlar da durur. Yaşanan olaylar haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran şəxsin bildirdiyinə görə “sabiq baş həkim daşıdığı vəzifəsi ilə “saollaşdıqdan” sonra, mərkəzi xəstəxananın balansına aid olan ərazidə o, özü üçün qeyri-qanuni “Ömürdən pay” klinikası inşa etdirdi və “əlini” də adı çəkilən klinikanın üstünə qoydu. İftixar həkim marağına uyğun belə bir addım atıb “Ömürdən pay” klinikasını ərsəyə gətirməklə, əslində MX-nın balansında olan ərazinin ömrünə qənim kəsildi. Diqqəti cəlb edən hal odur ki, vaxtilə baş həkim vəzifəsini daşıyan bu şəxsin, mərkəzi xəstaxananın balansında olan ərazini “işqal etməsi” qalsın bir yana, hətta xəstəxanaya aid əksər avadanlıqları, xüsusilə də müəyyən gücə malik generatoru ələ keçirməsi də, onun qol qoyduğu qanunsuzluq əməllərindən biridir. Yaşananlarla bağlı “Gündəm Xəbər”i məlumatlandıran şəxs onu da bildirir ki, “sabiq baş həkim əyri yollarla ələ keçirdiyi bir çox avadanlıqları, xüsusilə də generatoru bu gün, birbaşa MX-nın balansındakı ərazinin ömrünə qənim kəsilən “ÖMÜRDƏN PAY” klinikasında istifadə etdirməkdədir. Faciə odur ki, xeyli müddət bundan əvvəl baş həkim “post”una sahiblənən Rəna xanım isə, bu gün də olub keçənlərə susmaqda davam edir. Adətən “susmaq razılıq əlamətidir” deyiblər.
Bugünkü baş həkimin susduğu anlardan biri də, Bərdə MRX-da həkim işləyən, eyni vaxtda və eyni zamanda “Ömürdən pay” klinikasında da rəhbərliyi həyata keçirən Elnur həkimin, iki ştatda vəzifə sahibi olmasıdır. Onun belə bir addımı atmasında, sözsüz ki, Rəna xanımın “hə” deməsi də əsas önəm daşıyır. Redaksiyamızı məlumatlandıran şəxs onu da vurğulayır ki, MX-nın ərazisinin bir hissəsinə və əksəriyyətin isə, sanki ömürünə qənim kəsilən “Ömürdən pay” klinikasında rəhbərliyi həyata keçirən Elnur həkim, Bərdə MRX-a işə getmədən əmək haqqı da ala bilir. Bu da hər ay müəyyən məbləğdə büdcə vəsaitinin ələ keçirilməsi və qanunsuz yolla mənimsənilməsi olur. Məlumatlı mənbənin bildirdiyinə görə, hələ bir müddət bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev Bərdə rayonuna səfər edərkən, rayonun bir çox sahələrində olur və bir neçə obyektlərin açlışında da iştirak edir. O, rayonun səhiyyə müəssisələrinə baş çəkərkən, Bərdə səhiyyəsinə bu gün başbilənlik edənlər tezbazar “Ömürdən pay” klinikasının ətraf ərazisini müəyyən vasitələrlə örtürlər ki, görünməz olsun. Onların belə bir addım atmalarına səbəb, yuxarıda qeyd etdiyimiz kimi, İftixar həkimin qeyri-qanuni olaraq Bərdə MRX-nın balansına olan ərazidə klinika tikdirməsi olur. Yəqin ki, adı çəkilən klinikanın vaxtilə gizlədiləməsi səhiyyə naziri cənab Oqtay Şirəliyevin diqqətini də cəlb edəcək və bununla bağlı müəyyən araşdırmaların aparılmasına o, lazımi göstərişlərini də verəcək. Rəna xanım Mustafayevanın mərkəzi xəstəxanaya rəhbərlik etməsi qanunla qadağan olunsa da, bu gün o, yenə də baş həkim vəzifəsini daşımaqdadır. Bərdə MRX-da çalışan həkimlərdən bir neçəsinin isə, digər rayonların mərkəzi xəstəxanalarında çalışmaları və belə bir addımlarının qarşılığında işə gəlmədən əmək haqqı almaları da, daxil olan məlumatlardandır. Rəna xanımın yarıtmaz idarəçiliyi haqda bir çox məlumatları redaksiyamıza çatdıran sakinlər isə bildirirlər ki, “bu gün Bərdədə təxminən 1400 nəfərdən çox şəxs güzəştli kateqoriyaya aid olan xəstələrdirlər. Baxmayaraq ki, Səhiyyə və Maliyyə Nazirliklərinin 27 fevral 2007-ci ill tarixli birgə əmrlərinə əsasən, dövlət səhiyyə müəssisələrində 141 adda dərman pulsuz olaraq, qeydiyyatda olan güzəştli xəstələrə verilməlidir. Bundan əlavə, Səhiyyə Nazirliyinin 2005-ci il tarixli 141 nömrəli əmrinə əsasən, səhiyyə ocaqlarının bütün şöbələrində təcili tibbi yardım üçün 60 adda dərman və 23 adda tibbi ləvazimatlar sakinlərə verilməli və tibb məntəqələrində mütləq şəkildə də olmalıdır. Amma təsdiq olunmuş əmrlərə baxmayaraq, Rəna xanım Mustafayevanın baş həkimi olduğu MRX-da heç bir sakinə pulsuz dərmanlar və verilməli olan ləvazimatlar verilmir. Onların bildirdiklərinə görə, baş həkim kənd tibb məntəqələrinə, həkim ambulatoriyalarına və s. müxtəlif dərman preparatları və ləvazimatları yazdırsa da, o, səhiyyə ocaqlarına heçnə verdirmir. Hələ onun dəftərxana ləvazimatlarına, ərzaq məhsullarına, geyim formalarına, yanacağa, nəqliyyat vasitələrinə ayrılan yanacağa və digər məqsədlər üçün ayrılan vəsaitlərə də “əl gəzdirməsi” olduqca müzakitrə olunası mövzulardandır. Hörmətli oxucular! Araşdırmalarımız bundan sonra da davam edəcək və yaxın günlərdə sizləri, daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləyin. Qarşı tərəfi də dinləyə bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02
Aynişanın adından dələduzluq
Bu gün, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru