MTN generalı “Kontakt”dan yazmağa niyə qadağa qoymuşdu? – ARAŞDIRMA
Tarix: 9-12-2016, 10:53 | Çap et
Noyabrın 30-da Qafqaznews-da “İlqar Mahmudovun Səbaildəki biznes ortaqları kimlərdir?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, Sabiq MTN başçısı Eldar Mahmudovun əmisioğlu, sabiq Səbail RPİ rəisi İlqar Mahmudovun istər Səbail rayonunda, istərsə də, Bakının digər rayonlarında bir çox biznes obyektlərinə nəzarət etməsi haqqında danışanlar az olmayıb. Lakin onun haqqında indiyə qədər yazan da çox deyildi.
Əvvəla, ona görə ki, İlqar Mahmudov MTN başçısının dost-doğmaca əmisioğlu idi və hər kəs onun DİO-da məhz “gələcək perspektivlər” naminə saxlanıldığını deyirdi. İkinci məqam isə ondan ibarətdir ki, ölkə mətbuatının başına “Gebbels” kəsilən fiqurlardan biri və hətta birincisi olan MTN başçısının müavini Elçin Əliyevlə İlqar Mahmudovun dostluq münasibətlərindən, tez-tez görüşüb yeyib-içmələrindən də az danışılmırdı.
E.Əliyev isə MTN-in Səbail Rayon İdarəsinin sabiq rəisi olub və onun biznes ortağı kimi, “Kontakt Home”un və “ABC Telekom”un sahibi Elnur Allahverdiyevin adı da az hallandırılmayıb.
Amma maraqlıdır ki, Elnur Allahverdiyev əvvəlki kimi, sərbəst şəkildə biznes fəaliyyətiylə məşğul olur və kimsə də, ondan soruşmur ki, “bu uğurlarını kimə borclusan?”…
2015-ci ilin noyabrında Qafqaznews.az-da dərc olunan bir yazıdan xatırlatma yerinə düşər: “Redaksiyamıza daxil olan məlumata görə Elnur Allahverdiyevin şəbəkəsindəki özbaşınalıqlardan bezən vətandaşlar mətbuata üz tutub onun əməllərini ifşa etmək istəyəndə, o, Elçin Əliyevə jurnalistlərdən şikayət edirdi, o da öz tutduğu vəzifəsindən istifadə edərək mətbuata təzyiq göstərib Elnur Allahverdiyevlə bağlı gedən yazıların qarşısını ala bilirdi.
Qeyd edək ki, “Kontakt Home”nin mobil telefon bazarında həyata keçirdiyi “oyunlar” nəticəsində E.Allahverdiyevin 50 milyon dollardan çox sərvət topladığı barədə də məlumat əldə etmişik.
Dekabrın 2-də Qafqaznews-da dərc olunan “Mayamidə yaşayan Azəri Yusifzadənin İlqar Mahmudovla nə əlaqəsi var?” yazıda bildirmişdik ki, əməkdaşımız Elnur Allahverdiyevin mobil telefon nömrəsini əldə edərək, dekabrın 2-də onunla əlaqə saxladı.
“Elnur müəllim, sabiq MTN başçısının müavini Elçin Əliyevlə yaxın münasibətlərinizin olması barədə məlumatlar yayılır. Bu barədə nə deyə bilərsiniz?”, – deyə soruşduq. “Bu, şayiədir. Və mən sizi şayiələrə inanmamağa çağırıram”, – deyə E.Allahverdiyev cavab verdi. “Elçin Əliyevin mətbuata sizinlə bağlı yazmamağı üçün təzyiqlər etdiyi də deyilir”, – deyə qeyd etdiksə də, sualımızı tamamlamamış, Elnur Allahverdiyev dəstəyi atdı.
Ona görə də, bu və digər iddialar barədə suallarımıza Elnur Allahverdiyevin özüylə aydınlıq gətirmək bizə müyəssər olmadı. Qeyd edək ki, E.Allahverdiyevin Sloveniya dövlətinin ölkəmizdə konsulu olduğu barədə də məlumatlar bir çox saytlarda yer alıb və böyük səs-küyə səbəb olub. Çünki “Kontakt Home”nin faəliyyəti barədə cəmiyyətdə çox şikayətlər yer eşidilir.
Davamlı olaraq, vətəndaşlar keyfiyyətsiz məhsulların satışı, qat-qat artıq “kredit” faizi tələb edilməsi, eləcə də şirkət nümayəndələrinin borclularla “reket”sayaq davranışları ilə bağlı daim narazılıq ediblər. Belə bir şirkətə rəhbərlik edən şəxsin “diplomat” kimi səhnəyə çıxması isə mətbuatın müzakirəsinə səbəb olmuşdu.
Lakin bir çox media nümayəndələri də razılaşar ki, bir zamanlar “Kontakt” və onun rəhbəri barədə yazmaq hətta “qadağan” olunmuşdu və bu “təlimat”ın da birbaşa MTN generalı, nazir müavini Elçin Əliyevdən gəldiyi vurğulanırdı. Hətta iş o yerə çatmışdı ki, “Kontakt”a borcu olan müştərilərin mobil telefonları heç bir məhkəmə qərarı olmadan bloklanırdı. Bu barədə isə vətəndaşlara bildirilirdi ki, “Kontakt Home”nin ölkədəki bütün mobil rabitə operatorları ilə razılaşması var. Maraqlıdır, belə bir qeyri-məhdud imkanlar digər sahibkarlara, iş adamlarına da yaradılırdımı?
Biz Elçin Əliyev və Elnur Allahverdiyev haqqında müzakirəni bir kənara qoyaraq, “Kontakt Home”nin fəaliyyəti barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrənməyə çalışdıq. Eyyub Hüseynov Qafqaznews-a bildirdi ki, ümumiyyətlə, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, mağazalar vətəndaşlara ancaq nisyə mal verə bilərlər. “Lakin “Kontakt Home” vətəndaşlara nisyə yox, qanunsuz şəkildə qat-qat baha qiymətə kreditə məhsul verir, nəticə olaraq, sələmçi mahiyyətli bir fəaliyyət həyata keçirir. Eyni zamanda qeyd edim ki, bu və digər formalarda fəaliyyət göstərən şirkətlər külli miqdarda vəsaiti dövlət büdcəsindən gizlədirlər.
Mobil telefon bazarında ən çox şikayətlər “Kontakt Home”dəndir. Bu mağazalar şəbəkəsi nəinki baha qiymətə məhsul satır, hətta çox zaman işlənmiş, keyfiyyətsiz malları müştərilərə sırıyır. Şikayətçilər var ki, mobil telefonun keyfiyyətsiz olduğunu görür, amma 20 dəqiqə sonra malı qaytara və ya dəyişə bilmir. Şirkətin servisində də çox kobud davranırlar və müxtəlif bəhanələrlə müştərini günahkar çıxarırlar.
Borcunu ödəməkdə çətinlik çəkənlərə qarşı kobud davranılması barədə hallara da “Kontakt Home”də üzləşmək olar. Bu və digər mobil telefon satan şirkətlərin mobil operatorlarla razılaşması barədə məlumatlara inanmar olar. Çünki istehlakçılar belə təhdidlərlə, telefonun bloklanması halları ilə az üzləşməyiblər”, – deyə E.Hüseynov vurğuladı.
Sözardı: Biz məsələ ilə bağlı “Azercell”, “Nar Mobile” və “Bakcell” mobil operatorlarına da sorğu göndərmişik, yaxın zamanlarda bu və digər operatorun mövqeyini də işıqlandırmaq niyyətindəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|