Kəlbəcərdə öldürülən girovun ailəsinə verilən evi “Dövlətqaçqınkom” geri aldı - Biabırçılıq...
Tarix: 7-12-2016, 09:04 | Çap et
İşğal altındakı Kəlbəcər rayonunda erməni silahlıları tərəfindən öldürülən Həsən Həsənovun ailəsinə verilən ev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən geri alınıb. Bu haqda Modern.az-a Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib. O deyib ki, Həsənin ailəsinə ev “Dövlətqaçqınkom”un sədri Əli Həsənov tərəfindən verilmişdi:
“Evi Həsənin ailəsinə Müşviqabad qəsəbəsində salınmış yeni şəhərcikdən vermişdilər. Dilqəm və Şahbazın ailəsi ilə bir qonşuluqda. Hətta evin orderinə kimi təqdim etmişdilər. Biz cənab Əli Həsənovun dəfələrlə mətbuatda həmin ailələrin öz istəklərinə uyğun yerdən evlə təmin olunacaqları barədə sözlərini əsas tutaraq, həmin mənzilin Mehdiabaddakı şəhərciyə dəyişdirilməsini xahiş etdik. Çünki Həsənin 2 qızı və yoldaşı orada tək yaşaya bilməzdi. Mehdiabadda yaxınlarımız, qohumlarımız var. Təəssüf ki, “Dövlətqaçqınkom” Həsənin ailəsini nəinki evlə təmin etdi, hətta onun ailəsinə Müşviqabad qəsəbəsindən verilmiş mənzilin başqasına verildiyini söylədilər”.
Komitədən mənzilin boş qalmasını əsas gətirərək, başqa birinə verildiyi açıqlanıb: “Biz dəfələrlə müraciət etsək də, heç olmasa Müşviqabad qəsəbəsindəki evi götürmək istədiyimizi söyləsək də, heç nə alınmır. Sadəcə olaraq bizə deyilir ki, gözləyin. Nəyi gözləyək, kimi gözləyək bilmirik. “Dövlətqaçqınkom”dan deyirlər ki, “biz gördük ki, ev 4-5 aydır boş qalıb, köçən yoxdu, onu başqasına verdik”. Cənab Əli Həsənov dəfələrlə mətbuatdakı çıxışlarında deyib ki, həmin şəxslərin ailələrinin öz istəklərinə uyğun yerdən evlə təmin olunmasını şəxsən Prezidentimiz İlham Əliyev tapşırıb. Bəs niyə həmin ailələr öz istəklərinə uyğun yerdən mənzillə təmin olunmadılar?”. Xatırladaq ki, 2015-ci ilin noyabrında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi məcburi köçkünlərə evlərinin onlardan geri alınacağı ilə bağlı xəbərdarlıq etmişdi. Xəbərdarlıq bir neçə yerdə evi ola-ola, məcburi köçkünlər üçün salınan qəsəbələrdə də qeydiyyata düşənlərə şamil edilirdi. Bildirilirdi ki, vətəndaşlar 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onların yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişləri müvəqqəti dayandırılacaq. Amma bu qərarın Dağlıq Qarabağda girov düşən və orada ölən şəxslərin ailələrinə şamil edildiyi qeyd olunmamışdı. Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Cəbrayıl sakini Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|