Nazirə işçilərindən şikayət var - Narazılıq VAR
Tarix: 1-11-2016, 08:55 | Çap et
Oktyabrın 27-də Qafqaznews.az saytında “Ədliyyə Nazirliyinin Kürdəmirdəki icraçıları nə işlə məşğuldur?” başlıqlı yazı dərc olunmuşdu.
Bakı sakini Rafiq Atamxan oğlu Məmmədov Qafqaz Xəbər Agentliyinə bildirmişdi ki, Kürdəmir rayon Mollakənd kənd sakini Mirabdulla Mirələm oğlu Abdullayevdən 3530 manat tutulub ona verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin qətnaməsi 9 aya yaxındır icra olunmur və Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra Şöbəsi bu istiqamətdə ciddi bir addım atmır.
Oktyabrın 31-də yenidən Qafqaz Xəbər Agentliyinə müraciət edən Rafiq Məmmədov bildirdi, məsələ ilə bağlı ədliyyə naziri Fikrət Məmmədova da (surəti Göyçay Regional Şöbəsinin rəisi Ruslan Osmanlıya da göndərilməklə) yazılı müraciət ünvanlayıb.
Həmin müraciətin mətnini Qafqaznews.az oxucularına təqdim edirik:
“Azərbaycan Respublikasının Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Fərrux oğlu Məmmədova
Surəti: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə Şöbəsinin rəisi Ruslan Tufan oğlu Osmanlıya
MÜRACİƏT
Cənab Nazir!
Yazıb bildirirəm ki, Kürdəmir Rayon Məhkəməsinin 7 yanvar 2016-cı il tarixli qətnaməsi 9 aydır icra olunmur.
Ədliyyə Nazirliyinin Kürdəmir Rayon İcra Şöbəsinin icraçıları tərəfindən öz işimə qarşı göstərilən laqeydlikdən narazıyam.
Kürdəmir rayon Mollakənd sakini Mirabdulla Mirələm oğlu Abdullayev 15 yanvar 2015-ci il tarixdə mənə müraciət edərək, pul ehtiyacının olduğunu bildirib və məndən 20 gün müddətinə qaytarmaq şərti ilə üç min beş yüz manat pul aldı. Mirabdulla Abdullayev məni inandırmışdı ki, tezliklə mal-qara ticarətiylə məşğul olaraq, mənim pulumu qaytaracaq. Hətta o, bu işlərdə mənə “şərik” olmağı da təklif etmişdi. Mirabdulla Abdullayev məndən aldığı pula dair öz xətti ilə “dilindən kağız” da yazaraq, imza atmışdı. Aramızda olan dostluq münasibətinə görə, mən onun vədlərinə aldanaraq, bu pulu verdim. Lakin Mirabdulla Abdullayev bu pulu aldıqdan sonra, mənimlə əlaqəni kəsdi və uzun müddət onu tapa bilmədim. Mən məcbur olaraq, 2015-ci il noyabrın 15-də Kürdəmir Rayon Məhkəməsinə müraciət etdim. Bu il yanvarın 7-də Kürdəmir Rayon Məhkəməsinin hakimi Rafiq Bağırovun sədrliyi ilə keçirilən iclasda qərara alındı ki, Mirabdulla Abdullayev həqiqətən də mənə 3500 manat borcludur və ondan məhkəmə rüsumu ilə birlikdə 3530 manat tutulub mənə verilməlidir.
Hörmətli Fikrət Məmmədov!
Bu iş Kürdəmir Rayon İcra Şöbəsinə tapşırılsa da, 9 aydır ki, Kürdəmir Rayon Məhkəməsinin 7 yanvar 2016-cı il tarixli, 2(041)-62/2016 nömrəli qətnaməsi icra olunmur.
Qəribədir ki, Mirabdulla Mirələm oğlu Abdullayev məhkəmə qətnaməsini yerinə yetirməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb olunmur. Özüm Bakıda yaşadığıma görə, Kürdəmirə tez-tez getmək imkanım yoxdur. Bundan əvvəl dəfələrlə Kürdəmir Rayon İcra şöbəsinə zəng etsəm də, işin icrasıyla kimin məşğul olduğunu öyrənə bilməmişdim. Lakin bu yaxınlarda Kürdəmirə getdim və öyrəndim ki, bu işin icrası iyul ayından bəri Hikmət Quliyevə tapşırılıb. Ondan əvvəl isə işin Vüqar adlı icraçıda olduğunu, onun isə bu yaxınlarda Hacıqabul rayonu İcra Şöbəsinə göndərildiyini öyrəndim. Hikmət Quliyev mənə dedi ki, bu işi icraata təzə götürüb, amma məşğul olacaq. Lakin bu aylar ərzində heç bir tədbir görülməməsi məndə narahatlıq yaradıb.
Ona görə də, bu məsələnin tez bir zamanda həll olunması üçün, Sizə müraciət etməyi lazim bildim.
Eyni zamanda, Qafqaz Xəbər Agentliyinə də müraciət edərək, işin icraatındakı ləngimənin səbəblərinin araşdırılmasını xahiş etmişəm. Təəssüflər olsun ki, Kürdəmir Rayon İcra Şöbəsindən jurnalistlərə də tutarlı bir səbəb bildirilməyib. Belə məlum olur ki, bu aylar ərzində iş icraatda yox, sadəcə “icrasızlıq”da olub.
Qeyd edim ki, mən yaxın aylara qədər bir xarici şirkətdə tərcüməçi işləmişəm, lakin sözügedən şirkət bağlandıqdan sonra, işsiz qalmışam və yaşlı valideynlərimin olması, onların səhhətindəki problemlər məni çıxılmaz vəziyyətə salıb.
Cənab Nazir!
Sizdən xahiş edirəm ki, Kürdəmir Rayon İcra Şöbəsindəki laqeydliyin aradan qaldırılması və Mirabdulla Abdullayevin məsuliyyətə cəlb olunması üçün, mənə kömək edin.
İnanıram ki, Siz bu məsələni öz nəzarətinizə götürsəniz, problem qısa bir zamanda həll oluna bilər.
Hörmətlə, Rafiq Atamxan oğlu Məmmədov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|