"Bilsəydim Bakı buradı, gəlməzdim" - Sakinlər fəryad edir...
Tarix: 14-10-2016, 08:58 | Çap et
Bu yaxınlarda saytımıza müraciət edən Məhəmmədi qəsəbəsi sakinləri onlara qarşı diqqətsizlikdən gileylənərək, xüsusən də qış aylarında çox əziyyət çəkdiklərini bildiriblər.
Moderator.az - ın əməkdaşı həmin müraciətin izinə düşərək şikayətçi olan sakinlərlə görüşüb. Bir çox yerlərə baxış keçirdikdən sonra belə qənaətə gəldik ki, Bakı qəsəbələrindəki sosial vəziyyət hardasa ucqar bir rayon kəndindən heç nə ilə fərqlənmir. Biz hər dəfə həmin qəsəbələrdə sakinlərlə görüşüb, oxucularımızı yaranmış problemlərlə tanış edəcəyik.
Metronun “Koroğlu” stansiyasından çıxıb 217 saylı xətt üzrə hərəkət edən Məhəmmədi qəsəbə avtobusuna əyləşərək yola düşürük. Avtobusta sakinlərlə söhbətimiz zamanı məlum olur ki, Məhəmmədi qəsəbəsi çox qədim kənddir. Tarixini dəqiq deyən olmur. Sakinlər bildirirlər ki, məscidlərin tarixini bilirik, onu da qəsəbədə yaşayış olandan sonra sakinlər tikdirib. Qəsəbəyə çatdıqda biz də digər sərnişinlər kimi düşürük.
“Qışda qrunt suları evlərimizin altına dolur...”
Dayanacaqda əyləşmiş iki yaşlı kişiyə yaxınlaşıram. Jurnalist olduğumu dedikdə ürəkləri açılır. Problem qəsəbədə yol və kanalizasiya sistemidi:
“İşığımız, qazımız, suyumuz var, amma yolumuz və qəsəbədə kanalizasiya sistemi olmadığı üçün qışda qrunt suları evlərimizin altına dolur”.
Ağsaqqalllar istiqamət verir ki, qəsəbədə ən çox əziyyət çəkən yeni yaşayış massivinin sakinləridi. Bura getmək üçün isə Kürdəxanı qəsəbəsinə gedən 173 saylı xətt üzrə hərəkət edən avtobusa minirik. Yeni yaşayış massivi Məhəmmədi qəsəbəsinin tərkibində olsa da, Kürdəxanı qəsəbəsinə daha çox yaxındı. Elə buranın sakinləri də evlərinə Kürdəxanı qəsəbəsinin avtobusu ilə gedirlər.
“Tovuzdan gəlməyimə it kimi peşmanam...”
Əslən Tovuz rayonundan olan Yeni yaşayış massivinin sakini əlindəki bel ilə yoldakı sulara çuxur açarkən rastımıza çıxır. Zahid Rzayev Tovuz rayonundandı, indi isə Bakıda işləyir. İş yerini yazmamağımızı deyir, qorxur ki, buna görə işindən də olar: “Tovuzdan gəlməyimə it kimi peşmanam, oğul. Uşaqlar gəldi, mən də məcbur olub onlarla gəldim. Payızda və qışda burda suyun içində oluruq. Evlərimizin zirzəmisi hamısı qrunt sularıdı. Adi ötən həftə yağan yağışın suyundan biz hələ ki, canımızı qurtara bilməmişik. Evdə körpə nəvələrim var, vallah bu suyun içində yaşamaq əməlli – başlı xəstəlikdi. Allah bilir axırda nə xəstəliyi tutacağıq. Dəfələrlə qəsəbə bələdiyyəsinə bildirimişik ki, biz bu zülmdəyik, amma baxan yoxdu.”
Elə bir neçə sakinin evlərinin zirzəmisinə də baxırıq. Gerçəkdən adamı vahimə basır. Bildirdiklərinə görə evin zirzəmisinə ancaq rezin çəkməylə girmək mümkündü. Yeni yaşayış massivində bir – iki ailəni çıxmaq şərti ilə qalanları hamısı bura rayonlardan pənah gətiriblər. Elə bura pənah gətirənlərdən biri də Nadir Əhmədovdu. Nadir əslən Beyləqan rayonundandı:
“Vallah rayondan kimsə gəlib bizi burda görsə, gülər...”
“Uzun zaman Rusiyada yaşadım. Sonra yaxınlarım mənə dedilər ki, gəl sənə Bakıda torpaq alaq ev tik. Mən də razılaşdım. Bilsəydim Bakı buradı, gəlməzdim. Vallah rayondan kimsə gəlib bizi burda görsə, gülər. Deyər gül kimi rayonu qoyub bu palçıqda niyə batmısan. Evlərimizin zirzəmisini torpaq gətirib doldururuq ki, su döşəməyə qalxmasın. Biz doldururuq, su qalxır. Bu çıxış yolu deyil axı, bura kanalizasiya çəkilməlidi. Yollarımız o qədər su olur ki, səhər işə gedə bilmirik”.
“Gələn ancaq torpaq satıb pul qazanır...”
Əslən Astara rayonundan olan Nuranə Mirzəyeva da adı çəkilən problemlərdən şikayətçidi. Bir neçə ildir aldığı torpağa görə torpaq sahibi ilə Məhəmmədi bələdiyyəsinin əlindən zülm çəkdiyini deyir:
“Sizə deyilən problemlərin hamısı düzdü. Mən də bir qonşu kimi qonşularımın dediyi problemlərdən əziyyət çəkirəm. Azyaşlı uşağım var. Qızım bu il birinci sinifə gedir. Bu yol ilə məktəbə uşaq aparmaq olar? Kürəyimdə aparıram uşağı asfalta qədər. Bu torpağı da qonşumdan alıb ev tikdim. O da başıma bəla oldu. Neçə ildir ki, bələdiyyə deyir torpaq mənimdi, torpağı mənə satan deyir torpaq mənimdi. Ortada mənim əsəblərim korlanıb. Bələdiyyə sədrimiz Vaqif Nəbiyev idi. Deyilənə görə onu da işdən çıxarıblar. Təzə bələdiyyə sədri gəlib. Amma, heç bilmirik kimdi. Guya bilib neynəyəcəyik. Heç kim bizimlə maraqlanmır. Gələn ancaq torpaq satıb pul qazanır. Axı prezidentin qərarı var ki, Bakı ətrafı kənd və qəsəbələrdə yolları bələdiyyələr təmir etməlidi”.
“Bizə müvafiq qurumların da köməyi lazımdı ki...”
Sakinlər bildirir ki, məcbur olub özləri – özlərinə gün ağlayırlar. Pul yığıb yolarını təmir edirlər. Bu işi isə sakinlərdən biri Ceyhun Allahverdiyev öz üzərinə götürüb:
“Bir neçə dəfə yollarımızı təmir etmək üçün sakinlərlə öz aramızda pul toplamışıq. Siz gördüyünüz bu yolun indi hələ yaxşı vəziyyətidi. Burdan vaxt olub nə maşın ilə, nə də piyada keçmək mümkün olmayıb. Gördüyünüz bu daş tozunun bir Kamazını 50 manata gətirib yollara yayırıq ki, keçmək mümkün olsun. Bizə müvafiq qurumların da köməyi lazımdı ki, şəraitimizi yaxşılaşdıraq. Bizdə də o qədər vəsait yoxdu axı hər şeyi özümüz həll edək.
Vallah o gün təcili yardıma zəng vurduq gəlib burdan o yana keçə bilmədi. Onları da qınamalı deyil. Yollarımızda o qədər böyük çalalar var ki, böyük maşınlar da batır. Hamımızın xeyrimiz - şərimiz var, belə olmaz axı. Gərək bir şey fikirləşsinlər. Sabah bu yolu biz düzəldəndən sonra bələdiyyələr öz adlarına çıxacaqlar ki, guya yolları bunlar təmir edib”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|