Ramiz Yediyarov iki ailənin on üzvünü çölə atdırır - ŞİKAYƏT VAR
Tarix: 30-09-2016, 09:55 | Çap et
Gədəbəydə baş verən və illər uzunu həllini tapmayan sosial problemlər içərisində, Əliyev Oqtay Qara oğlunun təqribən 17 aydan çox müddət ərzində üz-üzə qaldığı problem də, bu gün əksəriyyətin diqqətini cəlb edən problemlərdən birinə çevrilib. Düzdür, bu günədək yaşanan problemin əmələgəlmə səbəbləri barədə “Gündəm Xəbər” qəzetinin müxtəlif saylarında dəfələrlə açıqlamalar dərc edib, ictimaiyyəti bu yöndə məlumatlandırmışıq. Yazıb onu da qeyd etmişdik ki, hal-hazırda Gədəbəy rayon İcra Hakimiyyətinə rəhbərlik edən Ramiz Yediyarov, şəxsi maraqlarının həlli naminə vermiş olduğu şifahi tapşırıqlar əsasında, Oqtay Qaraoğluna məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və ümumi sahəsi 38,5 kvm olan obyekt, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, eyni zamanda onun yaxınlarından bir kimsə belə xəbərdar edilmədən darmadağın edilir. Atılmış belə bir qanunsuz addımlarla bağlı Oqtay Qaraoğlu tərəfindən aidiyyəti qurumlara, PA-nın yüksək çinli vəzifə sahiblərinə, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına dəfələrlə yazılı, yaxud da şifahi müraciətlər olunmasına baxmayaraq, bu gün də onun ünvanladığı müraciətlərin heç bir nəticəsi yoxdur. Şahbaz Bayramovun pərdəarxası maraqları Onu da vurğulayaq ki, o, şəxsi mülkiyyətində olan obyektini 2011-ci ildə “Rabitəbank”a girov qoyub, adı çəkilən bankdan 50 min manat kreditə pul da götürür. Məqsədi gələcəkdə sahibkarlıq fəaliyyəti genişləndirmək olur. Elə ki, 12 fevral 2015-ci il tarixdə Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyekt darmadağın olunur, o halda ona məxsus obyektin içərisindəki avadanlıqlarla bərabər, ayrı-ayrı firmalardan nisyə götürdüyü ərzaq malları da tam yarasız hala salınır və qısa müddət ərzində də itbat olunur. Belə olan halda o, firmalardan nisyə götürdüyü ərzaq mallarının pulunu ödəyə bilmir və son anda da çıxılmaz duruma düşür. Təəssüf hissi doğuran hal o olur ki, dağıntı işlərini Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini həyata keçirən Şahbaz Bayramov canbaşla yerinə yetirir. Çünki Gədəbəydəki mənbəmizin “Gündəm Xəbər”ə verdiyi məlumatlara görə o, icra başçısından aldığı şifahi tapşırığı ən yüksək səviyyədə yerinə yetirmək öhdəliyini öz üzərinə götürür və çox keçmir ki, qəti addımlarını da atır. Yəni, şəhər icra nümayəndəsi dağıntı işlərini həyata keçirməklə, həm də pərdəarxası maraqlarını güdür. Beləki, o, həmin obyektin həm avadanlıqlarını, həm ərzaq mallarını, həm də dağıntı zamanı tikinti materiallarını da ələ keçirir. O halda sual oluna bilər ki, Şahbaz Bayramov Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyektdə, hansı əsasla dağıntı- söküntü işlərini həyata keçirdiniz? Məgər bu işləri həyata keçirmək üçün sizdə məhkəmə qərarı, yaxud da hansısa əsaslandırıcı sənəd var idimi? Yaxud, ələ keçirdiyiniz avadanlıqları, ərzaq mallarını, tikinti materiallarını hansı ünvanlarda satışa çıxartdınız? Odur ki, onun atdığı addımlarla bağlı ortaya çoxsaylı suallar çıxır və belə bir suallar və problemlər də, hələ ki, həllini gözləməkdədir. Gədəbəy RİH-nin məhkəməyə müraciəti nələri agah etdi? Gülünc doğuran məqam ondan ibarətdir ki, Oqtay Qaraoğlunun şəxsi mülkiyyətində olan obyektin və əlavə dörd nəfər şəxsə məxsus obyektin söküntüsü ilə bağlı, 10 fevral 2015-ci il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı tərəfindən Gədəbəy rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunur. İddia ərizəsinin sonunda Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun daşıdığı vəzifəsi, adı və soyadı qeyd olunur. Ünvanlanmış iddia ərizəsində, məhkəmədən həmin şəxslərə məxsus obyektlərin sökülməsi ilə bağlı qətnamə çıxarılması da xahiş olunur. Faciə odur ki, iddia ərizəsində müraciətin ünvanladığı tarix 10 fevral 2015-ci il göstərilir və Oqtay Qaraoğluna məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən və ümumi sahəsi 38,5 kvm olan obyekt isə, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın olunur. Belə bir addıma görəsən nə ad vermək olar? Savadsızlıq, yoxsa naşılıq? Axı, iddia ərizəsi təqdim olunduğu günlə dağıntının həyata keçirildiyi gün arasında cəmi iki gün fərq var. Görəsən hansı tarixdə hansı məhkəmə prosesi keçirilir ki, Şahbaz Bayramov çıxarılmış məhkəmə qətnaməsini əsas tutub “haydı irəli!” komandasını verərək, dağıntı işlərini canbaşla yerinə yetirir? Bundan əlavə iddia ərizəsində o da qeyd olunur ki, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsinin təklifi nəzərə alınaraq 43 nəfər sahibkarın yeni inşa olunan ticarət mərkəzinə köçürülməsi ilə bağlı, icra başçısının 316 nömrəli sərəncamı da verilmişdir. Sərəncama əsasən 43 nəfər sahibkardan 39 nəfəri yeni inşa olunmuş ticarət mərkəzinə köçürülmüş və hal-hazırda da, onlar fəaliyyətlərini həmin ticarət mərkəzində davam etdirməkdədirlər. Belə bir açıqlama da, tamam ağ-yalan açıqlamadır. Çünki, bu gün həmin ticarət mərkəzinə baxış keçirilərsə, qeyd olunan ünvanda 39 nəfəri yox, yalnız ticarət mərkəzini ağuşuna almış ot-alaqları görmək mümkün olar. Diqqəti cəlb edən hal odur ki, Oqtay Qaraoğlu üz-üzə qaldığı problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara silsilə müraciətlərini ünvanlasa da, həmin müraciətlər tədbir görülməsi üçün Gədəbəy RİH-ə göndərilir. Adı çəkilən qurumda bir növ problemlərin həllinə cavabdehlik daşıyan vəzifə sahiblərindən olan və icra aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərov isə, göndərilən müraciətləri itbata salmaqla məşğul olur. Belə bir səbəblər üzündən də, müraciət müəllifinə heç bir halda cavab verilmir. Bu cür addımların da atılması, düşünülmüş təxribat, yaxud da yürüdülən dövlət siyasətinə kölgə salmaqdan başqa bir şey deyil. Çünki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə “yerlərdə əhali ilə işləməyi bacarın, problemlərinin həllinə çalışın, sakinləri nahaq yerə incitməyin, get-gələ salmayın” deyə lazımi tapşırıqlarını versə də, Gədəbəy RİHdə vəzifə sahibi olanların əksəriyyəti, o cümlədən Zülfüqar İsgəndərov verimiş tapşırıqlara məhəl qoymur ki, qoymur. Zülfüqar İsgəndərovun vədi Olmazın haqsızlıqlarla üz-üzə qalan Oqtay Qaraoğlu, hələ bir müddət bundan əvvəl problemlərin həllinə köməklik göstərilməsi məqsədilə, DİN-i cənab Ramil Usubova da müraciət edir. Ünvanlanan müraciətlə bağlı nazirliyə dəvət olunan və xoşagəlməz müsibətlərə düçar olan şikayətçini, nazirliyin yüksək çinli vəzifə sahiblərindən biri qəbul edir. Ümumi müzakirələrdən sonra qərara alınır ki, nazirlik əməkdaşları Gədəbəyə ezam olunsunlar və baş verən olaylarla bağlı lazımi araşdırmalar da aparsınlar. Çox keçmir ki, DİN-nin əməkdaşları Gədəbəy rayon Polis Şöbəsində olurlar və problemin araşdırılması ilə bağlı Zülfüqar İsgəndərovu da şöbəyə dəvət edirlər. Həmin gün PŞ-də olan Oqtay Qaraoğlu bizimlə söhbətində bildirdi ki, “Zülfüqar İsgəndərov izahatını yazıb “bank bilər, biz bilərik” deyə aldadıcı vədini versə də, bu gün o, adicə ünvanlanan məktublara belə cavab vermir. Hətta bu azmış kimi o, öz iş otağında, bir qədər də dəqiq desəm mənim yanımda yaxın qohumum Esmira İbrahimovaya, onun atası Rüstəm kişiyə, həyat yoldaşı İbrahimov Elman Seyfar oğluna zəng edib bildirdi ki, “biz yaxın qohumuq, bu problemin həllini Ramiz Yediyarov mənə tapşırıb, mən də problemi qanun çərçivəsində həll edib, sizə öz köməkliyimi göstərəcəyəm” vədini versə də, hələ ki, problemin həllindən söhbət belə gedə bilməz. Əksinə, bu gün elə bir vəziyyət əmələ gəlib ki, hər iki ailənin on üzvü yaşadıqları mənzildən bayıra atılmaq üzrədirlər”. İki ailənin on üzvü çölə atılır Onu da vurğulayaq ki, Oqtay Qaraoğlu 2011-ci ildə şəxsi mülkiyyətində olan 38,5kvm-lik obyektini “Rabitəbank”a girov qoyub 50 min manat kreditə pul götürərkən, banka yaxın qohumu İbrahimova Esmira Rüstəm qızına məxsus, Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzili də ikinci girovluğa qoyur. Bu günədək o, kreditə götürdüyü pulu ödəyə bilməyib. Səbəb də, yuxarıda qeyd etdiyimiz kimi, onun şəxsi mülkiyyətində olan obyektin 12 fevral 2015-ci il tarixdə darmadağın edilməsi olur. Belə olan halda bank tərəfi birinci girovluğa qoyulmuş obyektin dağıdıldığını bilir və ikinci girovluğa qoyulmuş mənzillə bağlı, Binəqədi rayon Məhkəməsinə də müraciət edir. Keçirilən məhkəmə prosesində həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan pul vəsaitinin “Rabitəbank”a ödənilməsi barədə Qətnamə çıxarılır. Çıxarılmış məhkəmə qətnaməsindən sonra, onun icrası ilə bağlı lazımi sənədlər Binəqədi rayon İcra Şöbəsinə də göndərilir. Belə olan halda “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 12 fevral 2016-cı il tarixdə Əliyev Oqtay Qara oğlunun, İbrahimova Esmira Rüstəm qızının, İbrahimova Aysel Elman qızının və Seyfarlı Aqşin Elman oğlunun yaşadıqları ünvanlara bildirişlər çatdırılır. Çatdırılan bildirişlərdə hərracın Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi-2A ünvanında keçirildiyi və mənzilin ilkin qiymət olaraq 70000 min manata qiymətləndirildiyi qeyd olunsa da, satışın 44625 manata həyata keçirildiyi bildirilir. Hərrac mərkəzində satış başa çatdırıldıqdan sonra, həmin mənzilə dair sənədlər 14 mart 2016-cı il tarixdə icra şöbəsinə qaytarılır. Hal-hazırda Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzildə yaşayan beş nəfərlik ailə üzvləri, bayıra atılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Bu da bir ailənin faciəsi deməkdir. Əgər Oqtay Qaraoğluna vurulmuş maddi ziyana görə bank tərəfindən qiymətləndirilmiş kompensasiya Gədəbəy RİH-i tərəfindən vaxtında verilsəydi, o halda belə bir problem də yaşanmazdı. Qüdrət Paşayevin vədi və sonrakı bəhanəsi Bu gün də üzləşdiyi problemlərin həllinə çalışan Oqtay Qaraoğlu, hələ ki, ümidini üzməyib. Çünki o, istəyir ki, problem Gədəbəy RİH-i tərəfindən qanunauyğun formada həll olunsun. O, bu məqsədlə 09 sentyabr günü hər iki ailə üzvlərinin iştirakı ilə Ramiz Yediyarovun qəbuluna düşmək istəsə də, icra başçısı müəyyən səbəblər üzündən həmin gün rayonda olmur. Belə olan halda Oqtay Qaraoğlu məqsədini RİH-i başçısının birinci müavini Qüdrət Paşayevə çatdırır və istəyir ki, onun qəbulunda olsun və problemlərinin varlığını onun da diqqətinə çatdırsınlar. Düzdür, ilk öncə Qüdrət Paşayev onları qəbul edəcəyi vədini versə də, çox keçmir ki, fikrindən “vaz” keçir. “Getsin, qəbul günü gəlsin” deyə köməkçi vasitəsilə Oqtay Qaraoğluna növbəti vədini çatdırsa da, son anda onun bəhanəsi o olur ki, “icra hakimiyyətində şəxslər təkrar qəbul olunmurlar” deməklə, mətləbdən yayına bilir. Bəli, belə bir yanaşmaların varlığı da, Gədəbəydə idarəçiliyin hansı qaydalarla həyata keçirildiyini göstərir. Ramiz Yediyarovun yarıtmaz kadr siyasəti Hal-hazırda təkcə Ramiz Yediyarovun tətbiq etdiyi idarəçilik deyil, həm də həyata keçirdiyi kadr siyasəti də yarıtmaz vəziyyətdədir. Çünki, yerli mənbəmizin “Gündəm Xəbər”ə verdiyi məlumatlarda o da bildirilir ki, o, vəzifəsinin icrasına başladıqdan az sonra, səriştəli kadrları, idarəetmə bacarığı olan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Onların əvəzinə iş təcrübəsi olmayan, naşı kadrları təyin etdi ki, həmin kadrların da əksəriyyəti özəl təhsil ocaqlarında təhsil alanlardırlar. Belə kadrlardan olan Əmirxan həkimin rayonun Mərkəzi Poliklinikasına baş həkim təyinatı da, hal-hazırda ciddi müzakirə olunan mövzulardandır. Çünki, tam əksəriyyətə bəllidir ki, işdə yol verdiyi ciddi nöqsanlara görə onu cənab Səlim Müslümov daşıdığı vəzifəsindən qovmuşdu. İşindən qovulmuş bir kadrın yenidən vəzifə başına təyin olunması, görəsən kimi təəccübləndirməz? Bəli, bu təyinat kimləri təəccübləndirsə də, yəqin ki, onu irəli çəkənləri heç cür təəccübləndirməyəcək. Oqtay Qaraoğlu problemini həll etməyə ünvan tapmır Hal-hazırda ailəlikcə Bakı şəhərində kirayədə yaşayan və heç bir əmək fəaliyyəti ilə məşğul olmayan, səhhətində müəyyən problemlərim əmələ gələn Oqtay Qaraoğlu bizimlə söhbətində onu da vurğuladı ki, “bu gün ailəmizin dolanışıq vəziyyəti olduqca ağır duruma düşüb. “Rabitəbank”dan kreditə götürdüyüm 50 min manat pulun taleyi, hər iki ailənin on üzvünü çoxsaylı problemlərlə də üz-üzə qoyub. Belə olan halda mən nə etməliyəm və ailəmizi necə dolandırmalıyıq? Axı, biz də bu Vətənin övladlarıyıq, bizim də yaşamaq, dolanmaq hüququmuz var! Ailəmizin üz-üzə qaldığı problemin həllini kimdən, hansı dövlət qurumundan, hansı vəzifə sahibindən tələb etməliyik? Çünki, bu günədək ünvanladığım müraciətlərin heç bir nəticəsi olmayıb və müraciətlərimə Gədəbəy RİH-i tərəfindən cavab verilmir. Belə olan halda məcburam ki, ailəlikcə Azərbaycanı tərk edib xarici ölkələrdən birinə üz tutum və həmin ölkədə də işləyib, “Rabitəbank”a olan borcumu ödəyim. Çünki bugünkü durumumuz, ümumi dolanışıq vəziyyətimiz və s. kreditə götürdüyüm pulları ödəməyə heç cür imkan vermir. Mən o haqda da düşünürəm ki, bəlkə ölkəmizin xarici işlər nazirliyinə müraciət edim ki, bizim ailənin xarici ölkələrdən birinə çıxış imkanı yaratsın”. Araşdırmamız davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|