GORANBOYUN İCRA BAŞÇISINA ŞOK İTTİHAM YAĞIŞI
Tarix: 1-05-2013, 12:48 | Çap et
SAHİBKAR HƏBSDƏN NƏLƏRİ YAZDI?
DİA.AZ: - Redaksiyamıza Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevə ünvanlanan və şok ittihamların yer aldığı açıq məktub daxil olub. Bildərk ki, DİA.AZ-a göndərilən məktubun müəllifi Nizaməddin Quliyevin həbsə atdırdığı iş adamı Müqayis Verdiyevdir. Həmin məktubu olduğu kimi diqqətinizə təqdim edirik və qarşı tərəfin də cavab haqqını tanıdığımızı bəri başdan bəyan edirik:
“Öz maliyyə cinayətlərini , qara əməllərini , dövlətə, Cənab Prezidentə etdiyi xəyanətlərini və dələduz oğlunun qanunsuz fəaliyyətini ört-basdır etmək üçün məni şərləyib, mənə böhtan atıb həbs etdirən “DOSTUM” Nizaməddin Quliyev!
Bu məktubu təcridxanadan sənə yazanda nədənsə ilk olaraq yadıma sənin mənə tez-tez “ Qardaş mənə kömək et, məni bu vəziyyətdən çıxart dost adama nə gündə lazımdı. Qardaş mənə bir az vaxt ver.” və sair bu kimi sözlərin düşdü. Digər tərəfdən düşünəndə ki, mən hal-hazirda sənin böhtan şər kompanyanın nəticəsində burdayam, sənin hansı şəxsi keyfiyyətlərə malik olduğunu təsəvvür etmək bir o qədərdə çətin deyil...
Bəli, mən sənin rəhbərliyinlə hazırlanan çirkin oyunun nəticəsində bu gun burdayam...
Sənin və oğlunun rəhbərlik etdiyi “Fəqan –Xidmət” MMC nin mənimsədiyi,-dövlət büdcəsindən Goranboy rayonunun abadlaşdırılması üçün ayrılmış pulun – mənimsənilmiş hissəsinin örtbastır olunması üçün burdayam... Hərçənd ki mən “Fəqan –Xidmət” MMC adlı qurumu istintaq zamanı tanımışam, ona qədər mən səni tanımışam, sənlə hesablaşmışam, ödənilən pulları oglun Ramal Quluyev, müavinin Baxış Abdullayev, sürücün Mikayıl və şəxsən özündən mən və mənə yaxın olan insanlar alıb.
Mən sənə bir daha xatırladıram ki, sən 500 min manatlıq yeyinti faktına görə Kapital Bankın Mingəçevir filialının rəhbəri vəzifəsindən çıxarılan və himayənlə bu cinayətin cəzasından xilas olan “QƏHRAMAN” oğluna məxsus «Fəqan-Xidmət» şirkətinə (guya ki) Goranboy rayonunun abadlaşdırılması işlərini həvalə edib mənidə dəvət edərək işin 256 min manatlıq hissəsini icra etməyi mənə həvalə etdin. “Qanuni” fəaliyyət göstərdiyin üçün heç bir rəsmi sənədləşmə olmadan ayrı-ayrı vaxtlarda 100 min manatlıq məbləği ödəyib pulun qalan 156 min manatlıq hissəsini iş bitdikdən sonra ödəyəcəyini bildirdin. Daha sonra isə xislətinə uyğun olaraq bu pulu ödəməkdən boyun qaçırdın. Pulumu tələb etdikdə isə müavinin Baxış Abdullayevə göstəriş verərək, onun əliylə rayonda ( guya ki) etiraz aksiyası təşkil etdirdin. Baxış Abdullayev fəhlələri İcra Hakimiyyətinin binası qarşısına yığaraq, onların 10-12 fəhlənin iştirakı ilə gülməli səslənsədə “ iğtişaş” torətdin. Bu əməli həyata keçirəndən sonra guya, mənim rayonda iğtişaş törətmək istədiyimə dair yalan məlumatları yuxarı dairələrə çatdırdın. Ardından isə mənim həbsimi təşkil etdirdin. Özüdə nə insanlıq, nə müsəlmanlıq nə də kişilik qaydalarına sığışmayan formada - anamın vefat etdiyi gün, həbs etdirdin və mərasimdə iştirakıma da imkan vermədin. Məgər sən bu cılız və iyrənc addımı atarkən mənim sənin atanın dəfnində necə iştirak etdiyimi xatırlamadınmı? Bəs sənin özünü atanın dəfni günü şərləyib həbs etsəydilər sən nə hislər keçirərdin? Sən şər-böhtan üzrə strateq olsanda, bir məsələ diqqətindən yayınıb ki, Müqayis Verdiyevi dövlətinə qarşı hakimiyyətə qarşı iğtişaş törətməkdə günahlandırmaq çox ağılsız bir addimdir.
Mən həmin Müqayis Verdiyevəm ki, 26 noyabr 1994-cü ildə keçirilmiş ümumxalq müşavirəsində cənab Ramiz Mehdiyev öz çıxışında yeganə olaraq mənim adımı vurğulayaraq (həmin vaxt mən Gəncə Quşçuluq Fabrikinin direktoru vəzifəsində çalışırdım) Surət Hüseynova tabe olmadığımı bildirmişdi. Eyni zamanda, hörmətli Ramiz müəllim hamını mənim kimi dövlətə sədaqətli olmağa çağırmışdı. Hətta bununla bağlı həmin vaxt «Azərbaycan», «Xalq» və «Respublika» qəzetlərində yazılar da dərc olunmuşdu. Maraqlıdır ki, dövlətin ən ağır vaxtlarında dövlətə xəyanət etməyən bir adam, niyə indiki əmin-amanlıq dönəmində iğtişaş törətsin? Mən həmişə öz dövlətimə, Prezidentimə sadiq olmuşam bu gündə sadiqəm və bu heç vaxt dəyişməyəcək. Sənin kimi yüz Nizaməddin Quliyevdə gəlsə məni bu yoldan döndərə bilməz!
Elə bu səbəbdən sənin 10-12 adamın iştirakı ilə mənim adımdan “iğtişaş” törətmə planın saxta və absurd olduğu üçüm fiaskoya uğradı. Sən öz müraciətində məni heç bir əsas olmadan iğtişaş törətməkdə günahlandırsanda , mənə irəli sürülən ittiham sənin mənə verməli olduğun 156 minin içərisində olan fəhlələrə ödəniləsi 24 min manatın ödənilməməsidir. Yəqin o puluda oğlun bankda mənimsədiyi 500 min manat kimi xarici ölkələrin birində kehf məclislərində xərcləyibdi. Hansı ki, o pul sənin oğlunun sürdüyü avtomobilin təkərlərinin ümumi qiymətindən az olasada onlarla fəhlənin ailəsinin çörəyidi. Onuda deyim ki, o işçilər rəsmi şəkildə bildirirlər ki məndən şikayətləri yoxdu. Hamı daş dəyən yerini yaxşı bilir.
Bilirəm indi əhvalin bir o qədərdə yaxşı deyil çox pərişansan. Hərçənd ki, Qardaş dediyin adamı şərləyib anasının rəhmətə getdiyi gün həbs etdirdiyin üçün, əllərinin qabarı ilə çörəkpulu qazanan fəhlələrin, mal sahiblərinin, mənim pulumu vermədiyin üçün olmasada -Pərişansan. Mənim müraciətimdən sonra Cənab Prezidentin göstərişi ilə Baş Prokrorluğun Goranboy rayonunun abadlaşdırılması məqsədilə ayrılmış vəsaitin istifadə istiqamətlərini və “ Fəqan- Xidmət” MMC də apardığı yoxlama nəticəsində ortaya çıxan faktlar həqiqətlər sənin kehfinə bərk soğan doğrayıb. Hətta mən istisna etmirəm ki bu yoxlama sənin rayondakı, digər qanunsuz əməllərinində üzərinə işıq salıb.
Vəziyyəti belə görən oğlunda deyirmiş ki, mən Müqayis Verdiyevi tanımıram. Mən oğlun Ramala üzümü tutub deyirəm. O məni necə tanımır ki, mənə ödənilmiş pulun bir hissəsini sənin tapşırığınla rayon Təhsil şöbəsinin qarşısında 22-AA-100 dövlət nömrə nişanlı avtomobillə gətirib mənə verərək məni Bakıya yola salan o deyildimi? O məni necə tanımır ki, mənim oğlumun toyunda qol qaldırıb oynayan o deyildimi?
Nizaməddin, özünündə müəyyən yerlərdə etiraf etdiyin kimi sən çox kobud səhvə yol vermisən! Yəqin xatirindədi mənim raynun işıqlandırılması üçün rayona 126 ədəd müasir işıqlandırma dirəyi ilə ankerləri , və rayonun girişində üzərində qlobus və Goranboy yazısı olan konstruksiyanı quraşdırdığım? Sən onların pulunun da heç 20 fazini ödəməmisən. Verdiyinidə cibindən veribsən məgər bu dövlətin ayırdıgı pul sənin cibindədimi?
Nizaməddin , sən çox ciddi səhv etdin düşünürəm görəsən heç utanırsanmı
Bu əməllərinə görə...
Mən çox inaniram ki, cənab Prezidentin nəzarəti ilə, qanunlarımızın ədaləti həqiqət bərpa olacaq və mən qıssa müddətdə həbsdəm azad olacağam. Dövlətə və dövlətçiliyə sədaqətli fəaliyyətimi davam etdirəcəyəm və prezident seçkisində ailəmlə birgə cənab prezidentə səs verməyə gedərkən sənin harda olduğun haqda düşünəcəyəm bilmək olmaz o zaman sən harda olacaqsan»...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
|