MTN-Ə QARŞI İTTİHAM
Tarix: 5-12-2011, 18:10 | Çap et
TƏCRİDXANADA VƏFAT ETMİŞ ZEYNALOVUN QOHUMLARINA TƏZYİQ EDİLİR
Bu ilin avqustunda Naxçıvan Muxtar Respublikası (NMR) MTN-in İstintaq Təcridxanasında vəfat etmiş Turac Zeynalovun doğmaları onun işgəncələr nəticəsində öldüyü qənaətindədirlər və obyektiv araşdırma aparılmasında və təqsirkarların cəzalandırılmasında israr edirlər. Onlar həmçinin Azərbaycan hakimiyyətindən təhlükəsizliklərinin təmin edilməsini xahiş edirlər, belə ki, MTN işçiləri şikayətlərini geri almaları tələbi ilə onlara təzyiq göstərirlər.
Təzyiqlərə son qoyulmadığı üçün mərhumun atası Şuriyə Zeynalov və Turac Zeynalovun dul qalmış həyat yoldaşı Gülnar Ağayeva Bakıya gəlmək məcburiyyətində qalıblar. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda keçirdikləri mətbuat konfransında onlar ailələrinin başına gələn fəlakətlərdən danışıblar.
Ş.Zeynalov qeyd edib ki, oğlu Turac Naxçıvan aeroportunda sürücü işləyirdi. Noyabrın 24-də onu saxlayaraq, NMR MTN-ə aparıblar. Növbəti gün doğmalarını MTN-ə çağırıblar və Turacın dövlətə xəyanətdə ittiham olunduğunu deyiblər. Onlara Turacı günahını boynuna almağa və ifadə etməyə razılaşdırmaq təklif olunub. T.Zeynalovun atasına və həyat yoldaşına onunla bir neçə dəqiqəlik görüş veriblər.
Həyat yoldaşının sözlərinə görə, həyat yoldaşı hansısa sənədləri imzalamaqdan imtina edərək, heç bir təqsiri olmadığını deyib. “Açıq-aşkar görünürdü ki, Turacı döyürdülər. O, hərəkət edə bilmirdi. Başında yaralar var idi. Müstəntiqdən Turacın bu vəziyyətdə olmasının səbəbini soruşduqda o dedi ki, “onu tərbiyə etmək məqsədilə iki şillə vurublar”. “Amma şillədən insan hərəkət etmək qabiliyyətini itirə bilməz”, deyə Ağayeva bildirib.
Noyabrın 28-də məlum olub ki, Turac ölüb. Ş.Zeynalovun sözlərinə görə, yalnız yerli jurnalistlərin və hüquq müdafiəçilərinin səyləri sayəsində oğlunun cəsədini MTN-dən almağa müvəffəq olub. Verilmiş rəyə əsasən, T.Zeynalov “ağ ciyər arteriyalarının trombundan” dünyasını dəyişib.
Lakin jurnalistlərə mərhumun cəsədinin videokadrları nümayiş olunub. Bu görüntülərə baxarkən sarsılmamaq mümkün deyil. Mərhumun cəsədində zorakılıq izləri açıq-aşkar görünür. Boynunun ətrafında ip izləri görünür. Doğmaları hesab edir ki, Turacın başına sellofan torba keçirib boynunda bağlayaraq işgəncə verirdilər.
Bundan başqa, mərhumun bütün cəsədi qançır-qançır idi. Bədəninin müxtəlif hissələrində səthi dəliklər – elektrik cərəyanı ilə işgəncənin izləri var.
T.Zeynalovun ölümündən dərhal sonra doğmalarına təzyiqlər başlayıb. Atasını və həyat yoldaşını narazılıqlarının olmadığı və guya T.Zeynalovun onkoloji xəstəliyi olduğu barədə sənədlər imzalamağa məcbur ediblər.
Doğmalarına həmçinin sentyabrda Naxçıvana gələn hüquq müdafiəçiləri ilə görüşdən imtina etmələri üçün təzyiq göstərilib. Lakin bir müddət sonra özlərinə gələn qohumlar ədalətə nail olmağa başlayıblar.
Buna cavab olaraq Turac Zeynalovun qardaşlarını həbs etmək, 6 yaşlı oğluna təzyiq göstərmək, digər qohumlarını işdən qovmaqla hədələyirlər.
Doğmaları bildiriblər ki, T.Zeynalovun NMR MTN-in rəsmi məlumatında deyildiyi kimi onkoloji xəstəliyi olmayıb. Bundan başqa, ölümündən bir ay əvvəl o, tibbi müayinədən keçib və onun heç bir problemi yox idi.
Mərhumun atası və həyat yoldaşı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya ailənin təhlükəsizliyini təmin etmək və T.Zeynalovun ölümündə təqsirli olanları cəzalandırmaq çağırışı ilə müraciət ediblər.
Ailənin hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edəcək. Ailə mərhumun cəsədinin müstəqil tibbi ekspertizasının keçirilməsini tələb edir.
T.Zeynalovanın atası və həyat yoldaşı həmçinin Naxçıvan jurnalistlərinin və hüquq müdafiəçilərinin təhlükəsizliyini təmin etməyə çağırıblar. Onların sayəsində MTN bu işi ört-basdır edə bilməyib.
Xatırladaq ki, T.Zeynalovla birlikdə aeroportun daha 4 sürücüsü həbs edilmişdi. Onların hamısı İranın xeyrinə casusluq etməkdə ittiham olunurdular. Sonradan 3 nəfər azad edilib, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47 |
|
|
|
• GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35 |
|
|
|
• Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30 |
|
|
|
• Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28 |
|
|
|
• Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23 |
|
|
|
• "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17 |
|
|
|
• İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13 |
|
|
|
• Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03 |
|
|
|
• ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57 |
|
|
|
• Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48 |
|
|
|
• Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06 |
|
|
|
• Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03 |
|
|
|
• "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30 |
|
|
|
• “Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23 |
|
|
|
• Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19 |
|
|
|
• Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04 |
|
|
|
• NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43 |
|
|
|
• Şəhid atası vəfat etdi
Bu gün, 04:42 |
|
|
|
• Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36 |
|
|
|
• Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32 |
|
|
|
• Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28 |
|
|
|
• Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22 |
|
|
|
• “Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18 |
|
|
|
• 'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13 |
|
|
|
• “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09 |
|
|
|
• “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06 |
|
|
|
• Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01 |
|
|
|
• “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59 |
|
|
|
• 4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56 |
|
|
|
• Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52 |
|
|
|
• İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16 |
|
|
|
• "Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13 |
|
|
|
• Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11 |
|
|
|
• Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09 |
|
|
|
• PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58 |
|
|
|
• "Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02 |
|
|
|
• “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00 |
|
|
|
• Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58 |
|
|
|
• “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53 |
|
|
|
• “İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42 |
|
|
|
• "Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37 |
|
|
|
• Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34 |
|
|
|
• 20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30 |
|
|
|
• “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28 |
|
|
|
• Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:22 |
|
|
|
• Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Dünən, 17:15 |
|
|
|
|