ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... .....                     Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi .....                     Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... .....                     Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? .....                     Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir .....                     Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                     Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı .....                     "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" .....                     Arxitektura Komitəsinin nə marağı var ki... .....                     `Azercell` xaricdə də müştəriyə problem yaradır .....                     Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... .....                     Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin .....                     "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" .....                     ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım .....                     İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... .....                     Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? .....                     Aleksanyandan Vardanyanla bağlı sensasiya .....                     Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                 

FERMERLƏRİN PLASTİK KARTLARI MƏNİMSƏNİLİR
Tarix: 16-04-2013, 12:33 | Çap et
FERMERLƏRİN PLASTİK KARTLARI MƏNİMSƏNİLİR
İCRA ORQANLARINDAN ŞİKAYƏT VAR

Azərbaycan kənd təsərrüfatı ölkəsi hesab edilsə də hələ də bir sıra məhsulları xarici ölkələrdən idxal etmək məcburiyyətindədir. Baxmayaraq ki, rəsmi strukturlar dəfələrlə bəyan ediblər ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək iqtidarındadır, ancaq ölkələrin inteqrasiyası mal mübadiləsini labüd edir. Bu baxımdan ölkədə kənd təsərrüfatinin inkişafı dövlətin prioritet sahələrindən hesab olunur. Dövlət isə kənd təsərrüfatı sahəsində özəl sektorun inkişafını daim diqqətdə saxlayır. Təkcə son müddət ərzində dövlət tərəfindən fermerlərə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilib ki, onun da 83 faizi bölgələrin aqrar sektoruna ödənilib. Məhz bunun nəticəsidir ki, artıq Azərbaycanda dünya bazarına çıxarılacaq ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsulu istehsal edən kifayət qədər fermer təsərrüfatları mövcuddur. Məsələ orasındadır ki, bəzi üzdəniraq məmurlar fermerlərin sərbəst fəaliyyətinə süni məhdudiyyətlər yaradırlar. Öz məqsədlərinə müxtəlif yollarla nail olmaq cəhdində bulunan məmurlar hətta dövlət tərəfindən fermerlərə ayrılan subsidiyalara göz tikirlər. Vəziyyət o həddə çatıb ki, bu sahəyə cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi özü “subsidiya əməliyyatı”na girişib. Adıçəkilən nazirlik yeni yaradılan iri fermer təsərrüfatlarına dəstək olmaq əvəzinə onlardan maksimum qoparmağa çalışır. Hansı ki, belə iri fermer təsərrüfatlarının yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına sözün həqiqi mənasında töhvə verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyəti belə fermer təsərrüfatları tərəfindən təmin edilir. Eyni zamanda, fermer təsərrüfatlarının inkişafı ölkədə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Belə bir şəraitdə məmurların fermerlərə ayrılan vəsaitə göz dikmələri qətiyyən başa düşülən deyil. Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda əsas diqqəti məhz bu məsələyə yönəltdi: “Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 faiz çatsın.

Ona görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyib. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!” Göründüyü kimi məmurların fermerlərə ayrılan vəsaitin hansı səviyyədə və hansı yollarla məninsəmələri dövlət başçısına dəqiqliyi ilə bəllidir. Dövlət başçısınin mövcud problemləri açıqlığı ilə deməklə məmurlara üzlərini yığışdırmaları üçün bir mesaj kimi də qəbul etmək olar.



İqtisadçı alım Vüqar Bayramov bildirib ki, sahibkarların problemləri sırasında dövlət tərəfindən onlara verilən subsidiyaların bəzi hallarda ünvanına çatmaması, sahibkarlara ayrılan kreditlərdən səmərəli istifadə edilməməsi kimi nöqsanlar mövcuddur. Təkcə 2012-ci ildə sahibkarlara 218 milyon manatlıq kredit verilib, eyni zamanda, fermer təsərrüfatlarına subsidiyalar təklif olunub. Bu subsidiyalar Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən əkin sahələrinə uyğun verilir. Belə ki, adi kənd təsərrüfatı məhsulu istehsal edən fermerə hər hektara görə 40 manat, buğda və taxıl məhsulları kimi strateji məhsullara görə isə 80 manat verilir.: “Təəssüf ki, bu subsidiyaların verilməsində ciddi problemlər var. Ötən il Azərbaycan fermerlərinə 60 milyon manata yaxın subsidiya ayrılıb. 2007-2012-ci illər ərzində fermerlərə ayrılan cubsidiyaların həcmi 400 milyon manata yaxındır. Göründüyü kimi burada söhbət kifayət qədər böyük məbləğdən söhbət gedir. Buna baxmayaraq, bəzi hallarda fermerlərin malik olduqları torpaq sahələrinin həcmi artıq göstərilir və dövlət büdcəsindən daha çox vəsait ayrılır. İcra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılan komissiya tərəfindən həmin vəsaitin bir qismi mənimsənilir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən fermerlərdən subsidiya kartları yığılır ki, guya hansısa dövlət əhəmiyyətli tədbir üçün istifadə ediləcək. Apardığımız monitorinqlər deməyə əsas verir ki, bəzi rayonlarda fermerlərə ayrılan cubsidiyalar bankomatlardan gecə saat 3-4 radələrində çıxarılır. İcra hakimiyyətləri yerli əhalidən qorunmaq mıəqsədilə pulu bankomatdan gecə saatlarında çıxarır. Bu isə onu göstərir ki, bəzi rayonlarda fermerlərə ayrılıb subsidiyalar ünvanına çatmır, məmurlar tərəfində mənimsənilir. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da göstərdi ki, belə fırıldaqlara əl atan məmurlar mövcuddur. Bütün bunlara baxmayaraq, hələ də subsidiyaların verilməsində problemlər qalmaqdadır”. Ekspert hesab edir ki, mövcud problemin aradan qaldırılması üçün ictimai və dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac var: “İctimai nəzarətin gücləndirilməsi ona görə vacibdir ki, subsidiyaların verilməsindəki nöqsanları aradan qaldırmaq mümkün olsun. Həm də mətbuatın subsidiyaların verilməsinə müşahidə imkanları genişləndirilməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06
Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59
Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57
Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru