Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                     “Yapı Kredi Bank”ın gəliri .....                     Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib .....                     Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı .....                     Hindistanlı generala İrəvanda medal verildi .....                     Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın .....                     Estetik əməliyyatlar məhdudlaşdırılacaq? .....                     Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini .....                     Bakıda yeni park salınır .....                     İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                 

ELŞAD ABDULLAYEVƏ VƏKİLDƏN İTTİHAM DOLU SÖZLƏR
Tarix: 14-03-2013, 15:48 | Çap et
ELŞAD ABDULLAYEVƏ VƏKİLDƏN İTTİHAM DOLU SÖZLƏR
Keçmiş ABU-nun sabiq rektoru Elşad Abdullayev növbəti dəfə, özünün dediyi kimi, yəqin ki, sonuncu dəfə prezident İlham Əliyevə müraciət edib. Sabiq rektorun müraciətindəki bəzi məqamlarla bağlı tanınmış vəkil Ramiz Zeynalovun mövqeyni soruşduq:

- Məsələ ondadır ki, vaxtilə qanunsuz olaraq gizli çəkdiyi videoları ilə indi başqalarını şantaj etməklə məşğul olan E.Abdullayev yenə də qardaşı Mahir Abdullayevin itkin düşməsini dilə gətirir, bunu az qala milli faciə kimi qələmə verməyə çalışır... Əvvəla, mən ötən müsahibələrimdə bildirmişəm, Mahir Abdullayevin aradan götürülməsində Elşad Abdullayevin birbaşa əli var. Bunu vaxtilə aparılmış axtarış-əməliyyat tədbirləri və əməliyyat məlumatları da təsdiqləyir. E.Abdullayev keçmiş DİN müavini Z.Dünyamalıyevlə görüşəndən az sonra ona bildirilib ki, sən qardaşının yerini çox yaxşı bilirsən, yerini bizə de, biz gətirib sənə təhvil verək... Hətta bundan sonra E.Abdullayev əməliyyatçılara və onun xahişini Z.Dünyamalıyevə bildirənlərə deyib ki, onda mən razı, amma qoy Z.Dünyamalıyev də qarantiya versin ki, Mahir üzə çıxandan sonra onu həbs etməyəcəklər və s. Bundan əlavə, bilirsiniz ki, M.Abdullayevin itkin düşməsi ilə bağlı əvvəlcə Bakı şəhər Baş Polis İdarəsində itkin düşmə ilə əlaqədar cinayət işi istintaq olunub... Lakin bir müddət sonra isə iş adam öldürmə maddəsinə tövsiv olunaraq Bakı şəhər Prokurorluğunun icraatına verilib. Bu o deməkdir ki, artıq M.Abdullayevin itkin düşməsindən yox, öldürülməsindən söhbət gedir... Və E.Abdullayev 2009-cu ilin mayında Baş Prokurorluqda istintaqa verdiyi ifadəsində bildirir ki, məni və qardaşlarımı tutub Kürdəmir polis şöbəsinə gətirdilər və mənə burada qardaşım Aslanın oğlu Mübarizi təhvil verdilər, dedilər ki, Mahiri bu öldürüb... Və sair. İndi özünüz nəticə çıxarın: qardaş oğlu əmini öldürür, polis digər dələduz əmiyə qardaş qatilini təhvil verir, indi isə bu adam aləmə car çəkir ki, ay Azərbaycan hakimiyyəti, mənim qardaşımın qatilini mənə tapıb verin! Axı sənə Kürdəmir polisi bu qatili tapıb verib, niyə o vaxt susdun, Fransaya, erməni "dayı"larının yanına gedən kimi ağzın açıldı??? Məqsədin nədir: məqsədin budur ki, sən özünün digər dələduzluq və reketçilik və s. kimi əməllərindən diqqəti yayındırasan...

- Yeri gəlmişkən, E.Abdullayev etiraf edir ki, sən demə, ABU ilə bağlı hələ 2006-cı ildə cinayət işi başlanılıbmış...

- Bəli, o, indi Baş Prokuror Zakir Qaralovu hədəfə alıb və şantaj xarakterli məlumatlarını yaymaqla məşğuldur. Deyir ki, "...TQDK-nın yoxlaması zamanı ABU-da aşkar edilmiş pozuntularla əlaqədar olaraq 26 aprel 2006-cı ildə Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə başlanmış 76723 saylı cinayət işi üzrə istintaqın aparılması nəyə görə 06 sentyabr 2006-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edildi və iki gündən sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirildi? 7 ildir bu işin istintaqından nə üçün xəbər yoxdur?".

Bu dələduz və reketçilikdə beynəlxalq ad çıxarmış adam bununla da istəyir ki, özünün savadsız çıxışı ilə baş qatsın və iz azdırsın. Yalançının yaddaşı olmaz! Bu adam özünün əvvəlki ifadə və açıqlamalarında qardaşı Mahir Abdullayevin ABU-da dekan işlədiyini söylədiyini unudub. Mahir Abdullayev isə rəsmiyyətdə MTN-nin əməkdaşı və MTN Akademiyasının müəllimi olmasına baxmayaraq, ABU-da hüquq fakültəsinin dekanı idi, bütün qanunsuz tələbə qəbullarında "qara dəftər"ə o rəhbərlik edirdi... Mən başqa əməlləri demirəm. Baş Prokurorluq da həmin cinayət işində (rüşvət almadan tutmuş saxta diplom verilməsinə, vətəndaşları aldatmaya və digər çoxsaylı cinayət əməllərinə görə) Mahir Abdullayevin əməllərini nəzərə alıb bu işi həmin cinayət işinə birləşdirdi. Məndə vətəndaşların çoxsaylı ərizələri var ki, pullarını və ərizələrini Mahir və Eldəniz, bir qismini də Elşad Abdullayev qardaşları, qayınları və baldızları, qaynataları və digər qohumlar alıblar. Baş Prokurorluq nə etməli idi? Vətəndaş deyir ki, məni aldadıb pulumu almış və saxta sənəd vermiş Mahir Abdullayevi cəzalandırın. İstintaq da onun barəsində qaldırılmış cinayət işini bu biri işə birləşdirir ki, istintaq pərakəndə aparılmasın, bir işdə birləşdirilib istintaq olunsun... Bu dələduz və video-şantajçı sonra deyir ki, "...Yaxud, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində ABU-nun ali təhsil haqqında saxta diplomlarının, Təhsil Nazirliyinin blankında tərtib olunmuş saxta arayışların hazırlanması və ABU-nun vəzifəli şəxslərinin bu əməliyyatların törədilməsinə aidiyyətləri faktına görə CM-in 308.1 və 320.1-ci maddələri ilə başlanmış 99570 saylı cinayət işi 05 may 2010-cu ildə istintaqın davam etdirilməsi üçün yenə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə edilərək bir gün sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirildi...". Yenə də eyni izah. Bu dələduz bilməlidir ki, minlərlə vətəndaşın ərizəsində (özünün də yuxarıda etirafındakı kimi) həm də Mahir Abdullayevin bu cinayət əməllərində iştğirakı göstərilir, onun məsuliyyəti tələb olunur. Baş Prokurorluq nə etməlidir?

- Ramiz müəllim, E.Abdullayevin indi də istintaq orqanlarının rəhbərlərini, xüsusən də Baş prokuroru ittiham etməsi nəyə hesablanıb?

- Siz onun Prezidentə müraciətini diqqətlə oxumusunuzsa, açıq-aydın görünür ki, o, artıq qolu qandallı Azərbaycana gətiriləcəyini hiss etdiyindən dövlət başçısından özünə təhlükəsizlik təminatı istəyir. Bəli, E.Abdullayev artıq həbs ediləcəyini və ekstradisiya olunacağını gözəl başa düşür... Ona görə də yalvararaq Prezidentdən mərhəmət diləyir...

- Onun göz yaşlarına inanmaq olarmı?

- Qətiyyən! Bu göz yaşları onun əməlləri kimi saxtadır. İndiyədək on minlərlə tələbəni və onların valideynlərini gözü yaşlı qoymuş, çoxsaylı dələduzluq əməli törətmiş bir şəxs oturub Fransada hələ bir Azərbaycan dövlətini aşağılayır, erməni dayılarını sevindirən bəyanatlar verir... Fikir veribsinizmi, özü ölkə Prezidentinə yazır və etiraf edir ki, "...Cənab Prezident! Mənim sərəncamımda olan videomaterialların ictimailəşməsinin respublikamızın imicinə vurduğu ziyanın fərqindəyəm və şəxsən onların ictimailəşməsinin əleyhinə olmuşam...". Bəs dövlətimizin imicinə indiyədək vurduğun zərbənin məsuliyyətini bilirsənsə, gəl bu dövləti cinayətinə cavab ver! Yoxsa, Fransada oturub hələ bir dövlətimizi videolarınla şantaj etmək istəyirsən? Görün bu dələduz nə yazır: "Bu videoların yayılmasını istəməsəm də, mənə qarşı təzyiq və təqiblər davam edəcəksə, onları yaymağa məcbur olacam". Şantajın ən böyüyü!!! Bu dələduz indi də Prezidenti, dövlətimizi şantaj edir, hədə-qoxu gəlir. Bütün bunlar məsuliyyətdən yaxa qurtarmağa son şanslardır və suda boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyildir... Elşad Abdullayev Azərbaycana gəlməli və törətdiyi bütün cinayətlərinə başı ilə cavab verməlidir... Mən ötən müsahibəmdə demişəm, onunla çox istərdim ki, Bayıl türməsindəki 3-cü korpusun 86-cı kamerasında görüşüm, amma neyləmək olar, tezliklə Kürdəxanıdakı super təmirli, hər cürə şəraiti olan İstintaq Təcridxanasında görüşərik...
\ tezadlar \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru