DAHA BİR ƏYALƏT ÜSYAN PÜSKÜRÜR
Tarix: 26-11-2011, 14:23 | Çap et
İSMAYIL VƏLİYEVİN ÖZBAŞINALIQLARI NEFTÇALA SAKİNLƏRİNİN AYAQLANMASINA NƏDƏN OLUB
DİA.AZ - Hakimiyyətin bütün təyinatları heç də hər zaman uğurlu nəticə vermir. Demək olar ki, bu vaxta qədər uğurlu nəticə verməyib. Yalnız istisna olaraq bir-iki məmurun adını çəkə bilərik. Elə bu ilin fevral ayından start götürən icra başçısı dəyişikliyi də bu qəbildən hesab oluna bilər. Bir korrupsioner getdi, onun yerinə digəri təyin olundu. Neftçalada da belə oldu. Taleh Qaraşov getdi, onun yerinə İsmayıl Vəliyev gəldi.
Əslində Neftçalanın sabiq icra başçısı Taleh Qaraşov uzağa getmədi. Yəni o görəvindən alınsa da, başqa bir rayona - Astaraya icra başçısı təyin olundu. Bu isə öz növbəsində Ən azından Taleh Qaraşov üçün bir ismarıc idi. Yəni «halaldır sənə, xalqı talamaqda davam elə». Bu həm də yeni gələn başçı üçün də bir siqnal idi. Yəni «sən də Taleh Qaraşov kimi xalqı talaya bilərsən, buna görə kimsə sənə «gözün üstündə qaşın var» deyə bilməz». Cəmiyyətin isə buy er dəyişməsindən aldığı siqnal isə bu oldu: Necə etməyinizdən asılı olmayaraq, bu hakimiyyət var olduqca sizin problemləriniz də həllini tapmayacaq.
Amerikalı olmaq istəyən neftçalalıların aqibəti…
Lakin biz yenə də «lənət sənə kor şeytan» deyib, «bəlkə də nələrsə dəyişib» deyə ümsidlənib Neftçala ilə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və qarşımıza çıxan faktlar durumun daha da ağırlaşmasını sübut etdi. Hətta vəziyyət o həddədir ki, bu gün Neftçala sakinləri dünənə qədər onlara qan udduran Taleh Qaraşovun geri qayıtmasını belə arzu edirlər. Çünki yeni başçı özünün bir neçə aylıq fəaliyyəti ilə Taleh Qaraşovun bütün ölüb-itənlərinə əməlli-başlı rəhmət oxutdurmaqla məşğuldur. Beləliklə keçək faktlara…
Faktlara keçməzdən öncə bir haşiyə çıxaq. Bu yaxınlarda, daha dəqiqi bu ilin may ayını 20-də bir qrupp Neftçala sakinin Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd etdilər. Onların tələbi ABŞ-dan sığınacaq istəmələri idi. Bu tələbə düşmələrinin nədən isə rayondakı özbaşınalığın kuliminasiya həddinə çatması idi.
Amma hər zaman olduğu kimi, bu dəfə də yerli polis əməkdaşları etirazçıların «layiqli» cavablarını verdilər. Amerikadan kömək istəyən neftçalalılar yaxşıca əzişdirildikdən sonra onlardan 25 nəfəri həbs olundu. Bu da son.
Xatırladaq ki, Neftçala sakinlərinin həmin aksiyasının səbəbi bir qətl hadisəsi ilə əlaqədardır. Şikayətçilərdən biri bildirib ki, 10 ay öncə Neftçalada baş vermiş bir qətl hadisəsini zorla bu işdə heç bir günahı olmayan ailənin üzərinə qoyurlar və bu ailədən 4 nəfəri artıq 10 aydır əsassız yerə həbsdə saxlayırlar. Bu cür ədalətsizliyə dözməyən ailə üzvləri və onların yaxın qohumları öz etirazların bu sayaq bildirməyə qərar veriblər.
Son məlumatlara görə isə İsmayıl Vəliyev icra başçısı təyin olunduqdan sonra isə bu iş əməlli-başlı problemə çevrilib. Bu barədə şikayətçilərin söylədikləri: «Heç olmasa Taleh Qaraşov bizi qəbul edib dinləyirdi, İsmayıl Vəliyev bizi heç yaxın da buraxmır».
Kimsəsizlərin məktəbini talayan başçı…
Onu da bildirək ki, apardığımız araşdırmalar nəticəsində İsmayıl Vəliyevin həqiqətən də Taleh Qaraşova duaların oxunmasına nədən olduğuna bizlər də şahidlik etdik. Redaksiyamıza daxil olan məlumatlarda deyilənə görə, İsmayıl Vəliyev rayonda yeni pul «qaynaqları» formalaşdırılması üçün əməlli-başlı qollarını sıvayıb: «Yerli idarə müdirlərindən, sahibkarlardan yığılan haqqlar bir yana, əlavə gəlir qaynaqları yaratmağa başlayan yeni başçının ilk hədəfi Neftçala rayon Mehman Səfərov adına internat məktəbi olub».
Rayondakı mənbənin bildirdiyinə görə, kimsəsiz və aztəminatlı ailələrin uşaqlarının təhsil aldığı məktəbin idman meydançası və həmçinin dəmir hasarlarının sökülməsi ilə bağlı göstəriş verən İsmayıl Vəliyev ələ keçirdiyi «qənimətlə» rayonun Müşfiqabad adlanan ərazisində çimərlik qurur: «Nə internat məktəbinin rəhbərliyi, nə də yerli təhsil idarəsinin rəhbərliyi icra başçısının bu hərəkətlərinin qarşısını ala bilməyiblər».
Onu da qeyd edək ki, artıq bu məsələ ilə bağlı bir qrup rayon sakini «yuxarı» instansiyalara müraciət ediblər: «Amma hələlik heç bir reaksiya yoxdur. İnternat məktəbinin talan edilməsi isə davam edir».
Neftçaladan Bakıya yürüş
Neftçala rayonunun Mikayyıllı və Sarqamış kəndindən olan bir qrup fermer isə redaksiyamıza müraciət edərək, rayon rəhbərliyinin onlara qarşı ədalətsiz və qanunsuz davranışlarından şikayətləniblər. Şikayətçilərin bildirdiyinə görə dövlət tərəfindən onlara ayrılan yanacaq pulu müxtəlif bəhanələrlə onlara verilmir.
«Qanuna görə bizim torpaqlarımızın hər hektarı üçün dövlət 40 manat yanacaq pulu ayrılıb. Lakin Rayon Torpaq Şöbəsinin müdiri Həmzəyev Salman və Sarqamış kənd İcra nümayəndəsi Rəcəbov Malik bizim torpaqlarımızın yalnız bir hissəsini sənədləşdirməyə razılıq verirlər. Hal-hazırda mənim 25 hektar torpaq sahəm var. Amma İcra nümayəndəsi və şöbə müdiri bildirirlər ki, onlar yalnız 10 hektarın sənədlərini qəbul edə bilərlər. Bu qanunsuzluğun səbəbini soruşduqda orlar bizə heç bir açıqlama vermirlər, sadəcə yuxarıdan belə tapşırıq verildiyini bildirirlər», deyə şikayətçilərdən biri «Gündəm Xəbər»ə açıqlamasında qeyd edib.
Şikayətçilərin bildirdiyinə görə onlar bu məsələ ilə bağlı Neftçala Rayon İcra Başçısı İsmayıl Vəliyevlə görüşmək istəsələr də, başçı onları qəbul etməkdən imtina edib:
«Əslində bizim qanuni yanacaq haqqımızı hansı səbəbə görə əlimizdən aldıqlarını Neftçalada hər kəs bilir. Məsələ orasındadır ki, rayon rəhbərliyi öz yaxın adamlarının adına iki min hektardan artıq qeyri-əkin sahəsini sənədləşdirib. Bu halda bizim qanuni torpaqlarımızı da sənədələşdirdikləri təqdirdə əkin sahələri artıq çıxır. Onlar bunu yuxarı dairələrə heç cür izah edə bilməyəcəkləri üçün bizim əkin sahələrimizi sənədləşdirməkdən imtina edirlər».
Şikayətçilər onu da bildirdilər ki, əgər yaxın zamanlarda rayon rəhbərliyi onların qanuni haqqlarını bərpa etməsələr, onlar Bakıda Respublika Prokurorluğu, Kənd Təsərrüfatı Nazirliyi və Prezident Adminstrasiyası qarşısında etiraz aksiyaları keçirəcəklər.
«Artıq cana doymuşuq. Bunlar hər yeri yeyirlər, amma yenə də gözləri doymur. İndidə gözlərini bizim balalarımızın bir tikə çörəyinə dikiblər», deyə şikayətçilərdən biri bildirdi ki, lazım gələrsə günlərlə Kənd Təsərrüfatı Nazirliyinin qarşısında yatacaq, ancaq öz halal pulunu «bu acgözlərə" yedizdirməyəcək.
İcra başçısının özəl kassir idə var…
Onu da qeyd edək ki, Neftçala bu gün Ən acınacaqlı bölgələrimizdən olduğundan bu rayonla əlaqədar redaksiyamıza çox ilginc faktlar daxil olmaqdadır. Xüsusilə özünü idarə müdiri olaraq tanıdan və məlum səbəbdən adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumatlar diqqət çəkici idi.
Mənbənin bildirdiyinə görə icra başçısının birinci müavini Dilavər Əliyev rayonun bütün idarə və müəssisə rəhbərlərini yanına çağıraraq onlardan başçıya «xoş gəldin» pulu istəyib: «Əgər bu «xoş gəldin pulu» 500 manat, ya da heç olmasa1000 manat olsaydı, vermək olardı. Amma bu insafsızlar bizdən 5000 manat istəyirlər. Hər ay «aylıq pulunu» alırlar. Özləri də bilirlər ki, bu pulu vermək üçün biz evimizdən heyvan-qaramızı bazara çıxırıb satmalıyıq. Amma yenə deyirlər ki, verməlisən. Artıq əskik bir kglmə söyləyənə get ərizəni yaz, olmasa korrupsiyaya qarşı mübarizədən çıxaracağıq deyirlər. Sözün açığı mən artıq bezmişəm. Belə davam edə bilməz».
Bizimlə əlaqə saxlayan bir neçə dükan sahibi isə bildirir ki, icra başçısının birinci müavini Dilavər Əliyev hər bir dükan sahibindən 1000 manat tələb edir. Əsas kimi isə onu göstərir ki, dükanın yerləşdiyi ərazi üçün icra hakimiyyətinin sərənsamı yoxdur: «Çox qəribədir ki, həmin əraziləri bizə elə həmin Dilavər Əliyev verib. Zamanında pulunu da alıb. İndi isə deyir ki, ya 1000 manat verəcəksiniz, ya da dükanlarınız qanusuz tikili kimi söküləcək». Şikayətçilər deyirlər ki, əgər belə davam edərsə, onlar Bakıda, Prezident Adminstasiyasının qarşısında aksiya keçirərək Neftçalada baş alıb gedən özbaşınalıq və qanunsuzluğu ölkə rəhbərliyinin nəzərinə çatdırmağı cəhd edəcəklər.
Sahibkarların bildirdiyinə görə, Dilavər Əliyev həmçinin rayona gətirilən zibil yeşikləri üçün hər bir sahibkardan hər ay 10 manat tələb edir: «Bir sıra mətbuat orqanlarının bu məsələni ictimailəşdirməsinə baxmayaraq icra başçısı israrla bizdən pul tələb etməkdə davam edir».
Mənbənin sözlərinə görə, Dilavər Əliyev köhnə icra başçısından qşalma kadrdır: «O, vətəndaşların incidilməsi üzərə bir peşəkar olduğundan icra başçıları onun kimi «peşəkar»dan hələm-hələm imtina etmirlər. Bir də Dilavər Əliyev eyni zamanda Taleh Qaraşovun kassiri funksiyasını da həyata keçirib. İndi də həmin xidməti İsmayıl Vəliyevə göstərir».
«Kanalizasiya üsyanı»…
Bu faktlar da təsdiqləyir ki, Neftçalanın yeni icra başçısı İsmayıl Vəliyevin bu rayonun başına açmadığı oyun, deyəsən, qalmayacaq. Bir müddət əvvəl rayonun Müşfiq adlanan hissəsində özünə çimərlik istirahət mərkəzi qura bilməsi üçün Neftçaladakı internat məktəbini talan edən başçı, indi də rayon mərkəzinin kanalizasiya sisteminə qənim kəsilib.
Bu barədə redaksiyamızı bilgiləndirən mənbələrin sözlərinə görə, artıq İsmayıl Vəliyevin son addımı yerli sakinlərin də hiddətinə səbəb olub. Rayondakı qaynaq məlumatında qeyd edir ki, icra başçısının göstərişi ilə onsuz da problemi şəkildə fəaliyyət göstərən rayon kanalizasiya sistemi birdəfəlik olaraq ləğv edilib:
«Yaşayış evlərindən axan kanalizasiya suları isə küçələrə yönləndirilir. Bu adamın hansı məqsəd güddüyü bilinmir. Sanki məqsədli olaraq əhalini üsyana körükləyir».
Mənbə bildirir ki, havaların isti keçdiyi bir şəraitdə kanalizasiya sularının bu şəkildə küçəyə axıdılması ətrafın üfunətə qərq olması, eyni zamanda xəstəlik mənbəyinin yaranması deməkdir.
Sonda onu da bildirək ki, artıq İsmayıl Vəliyevin bütün bu əməlləri ilə bağlı yuxarı instansiyaların da hərəkətə keçdiyi söylənilir. Amma çifayda?! Hər halda, bizdə hansısa icra başçısının bir neçə ayın içində görəvdən alınması kimi bir ənənə mövcud deyil. Bu isə icra başçılarını arxayın salan məqamdır. Əgər belə bir hadisə baş verərsə, hakimiyyət bu yolla kadr siyasətindəki naşılığını da etiraf etmiş olar. Ona görə də bu məsələdə geri dönüşüm mümkün deyil. Tam olaraq irəli. Hətta Neftçalada başçını zülmündən qaçan insanların fəryadı ərşə qalxsa belə İsmayıl Vəliyev ən azından bir neçə il bu postdan tərpənəsi deyil…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
|