12 SAYLI KOLONDA XƏBƏRÇİ OVU
Tarix: 20-02-2013, 13:54 | Çap et
MƏHBUS JURNALİST ÖLÜMLƏ HƏDƏLƏNİRDİA.AZ: - Bir neçə gün öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəza Çəkmə Müəssisəsinin bir qrup dustağı dövlət başçısı İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətə, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansına müraciət göndərərək adı çəkilən Müəssisədə baş alıb gedən qanunsuzluqlardan, özbaşınalıqlardan, korrupsiyadan, dustaqlara verilən işgəncədən və onlara göstərilən qeyri- insanı münasibətdən bəhs etmişdilər. Həmin müraciət “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən mətbuatda yayıldıqdan sonra Penitensiar Xidmətin rəhbərliyi 12 saylı CÇM- də “xəbərçi” ovuna çıxıblar. Müəssisə rəhbərliyinin qəzəbinə tuş gələn məhbuslardan biri, hazırda orda cəza çəkən, şərlənərək həbs olunmuş “Qurdlar Vadisi- Ucar” mafioz dəstənin qurbanlarından olan jurnalsit Fuad Huseynovdur.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansa daxil olan məlumata görə bir neçə gün bundan əvvəl Kütləvi İnformasiya Vasitələrində yayımlanmış “12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbuslar etiraz edirlər” adlı məqalə CÇM-nin rəisi Aftandil Ağayevin qəzəbinə səbəb olub. Həmin məqalənin yazarının Fuad olduğunu düşünərək ona qarşı kobud rəftara, hədə qorxulara başlayıblar. Aldığımız məlumata görə Fuad Hüseynova qarşı təxribat hazırlanır. Məqsəd onu incitmək və başqa bir bəhanə ilə onun haqqında cinayət işi qaldırmaqdır. Hətta ona bildiriblər ki, özünü yığışdırmasan sən burdan sağ- salamat çıxmayacaqsan. Aldığımız məlumatı Fuad Hüseynovun ailəsi də təsdiqləyib. Belə ki, o bu gün çox çətinliklə olsa da evlərinə zəng edərək anası Susanə Hüseynova ilə telefon əlaqəsi saxlayıb. Fuad Hüseynov bildirib ki, bu yazının mən yazmamışam, amma yazılar çoxlu sayda məhkumların hər gün qarşılaşdığı problemlərlə bağlıdır. Son günlərdə çox çətin durumda olduğunu deyən Fuad Hüseynov artıq həmin müəssisədə qalmasını həyati təhlükə kimi qiymətləndirib.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansın koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, əvvalə onlara edilən müraciətdə Fuad Hüseynovun adı və imzası olmayıb. “Digər tərəfdən məhbus həyatı keçmiş şəxs olaraq deyə bilərəm ki, müraciətdə sadalanan problemlərin əksəriyyəti reallığı əks etdirir. Yaxşı olar ki, Penitensiar Xidmətin rəhbərliyi həqiqəti deyən və haqqını tələb edən dustaqları cəzalandırmaq əvəzinə problemlərin həlli ilə məşğul olsunlar. Biz bu məsələ ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıracayıq və Ombudsmana müraciət edəcəyik ki, Fuad Hüseynov və orda incidilən digər dustaqlarla gedib görüşsünlər. Təəssüf doğuran haldır ki, dəfələrlə etdiymiz müraciətə baxmayaraq Penitensiar Xidmətin rəhbərliyi qanuna zidd olaraq təşkilatımızın Monitorinq Qrupunun üzvlərini həbs yerlərinə buraxmırlar. Amma bu istiqamətdə biz işlərimizi davam etdirir və hüquqları tapdanan məhbusların hüquqlarını müdafiə edəcəyik.”
Keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə məqalədə göstərilən rüşvət halları azadlıqdan məhrumetmə yerlərində adi bir şeydir. Burada hər hansı böhtandan söhbət gedə bilməz; “Hamıya yaxşı bəlli olan neqativ hallara Penitensiar Xidmət təkzib verməkdənsə bu problemləri həll etmək yolunu axtarsın. Fuad Hüseynov etmədiyi bir cinayətə görə Ucar RPŞ-nin qurduğu saxta ittihamla girov götürülüb. Onun məsuliyyətə cəlb olunması, həbsi və ona qarşı aparılan qərəzli işlər hamısı sifarişlə baş verir. Əgər günahsız birini zərərçəkmiş və şahidlər gecə-gündüz müdafiə etmək üçün məhkəmələrdə dəridən-qabıqdan çıxırlarsa, mətbuat vasitəsi ilə də Fuadın cinayət etmədiklərini etiraf edirlərsə, hakimiyyət nəyə görə buna məhəl qoymur? Burada sifarişli həbsin olduğu aşkar biruzə olunur. Mən saxlanıldığım 17 saylı Cəza Çəkmə Müəssisəsi də eyni vəziyyətdə idi. Həmin müəssisənin rəhbərliyini işdən azad etməklə bəzi məsələləri həll etsələr də orda bəzilərinin rüşvət alma faktları və kinli olduqları üçün təxribatçılıq fəaliyyətləri hələ də davam edir. Buna misal olaraq Nemət Pənahlıya qarşı olan qərəzli münasibətləri göstərmək olar. Son vaxtlarda əsassız olaraq onun ardıcıl cərimə təcridxanasına salınması, haqsızlığa etiraz edərək uzun müddətli aclıq aksiyasını keçirməyə məcbur olması və hal- hazırda da onun Qobustan qapalı müəssisəsinə köçürülməsi ilə bağlı aparılan işlərə diqqət yetirdikdə vəziyyətin qənaətbəxş olmadığını görərik.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|