MİSİR MƏRDANOV BİR VƏKİLİ NECƏ GET-GƏLƏ SALIR?
Tarix: 11-12-2012, 14:36 | Çap et
TƏHSİL NAZİRLİYİNİN QANUNLARDAN XƏBƏRİ YOX İMİŞDİA.AZ: - Sumqayıt şəhər sakini Hüseynli Fərman Məhət oğlu redaksiyamıza müraciət edib. DİA.AZ-a müraciətində o, diplomunun leqallaşdırılması zamanı üzləşdiyi problemlərə toxunub. Müraciətdə deyilir:
“Mən 1984-cü il tarixdə Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olmuşam, 1992-ci il tarixdə isə Moskva Hüquq İnstitutunu hüquqşünaslıq ixtisası üzrə bitirmişəm. 1990-cı ildən etibarən müxtəlif idarə və təşkilatlarda hüquqşünas kimi çalışmışam. 1998-ci ildən isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında pullu hüquqi xidmət göstərmişəm. 2005-ci ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv olmaq məqsədilə lazım olan bütün sənədləri topladıqdan sonra Kollegiyanın Rəyasət Heyətinə müraciət etdim.
Sənədlərim yoxlanıldıqdan sonra mənə bildirildi ki, siz təhsilinizi Rusiya Federasiyasında aldığınız üçün diplomunuz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarına əsasən Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Bundan sonra mən 2005-ci ilin noyabr ayında Təhsil Nazirliyə müraciət edərək diplomumun tanınması ilə bağlı rəsmi ərizə verdim. Təhsil Nazirliyinin əməkdaşları mənə bildirdilər ki, siz diplomunuzu Rusiya Federasiyasının Təhsil Nazirliyində Apostil möhürü ilə təsdiq etdirin və sonra həmin sənədi bizə təqdim edin. Mən belə də etdim. Moskvaya gedib diplomumu Rusiya Federasiyasının Təhsil Nazirliyində Apostil möhürü ilə təsdiq etdirdikdən sonra Bakıda Təhsil Nazirliyini əməkdaşlarına təqdim etdim.
Sonra Təhsil Nazirliyinin əməkdaşları məndən hərbi biletimi və digər sənədləri də tələb etdilər. Mən də həmin sənədləri toplayıb onlara təqdim etdim. Bütün bunlardan sonra Təhsil Nazirliyinin əməkdaşları sənədlərimi geri qaytararaq bildirdilər ki, “bağışlayın, sən demə, sizin diplom heç tanınmalı deyilmiş”. Bununla bağlı mənə 04.03.2006-cı il tarixində Təhsil Nazirliyinin Xarici Əlaqələr, İnformasiya və Koordinasiya şöbəsinin müdiri M.Əliyevin imzası ilə cavab məktubu göndərilmişdi.
Məktubda bildirilirdi ki, “hal-hazırda Təhsil Nazirliyi Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarının icrası ilə bağlı 1993-cü ildən bu günə qədər xarici ölkələrin ali məktəbləri tərəfindən verilmiş diplomların Azərbaycan Respublikası ərazisində tanınması prosedurunu müvafiq qaydada həyata keçirir. Ondan əvvəlki illərdə alınan alı təhsil haqqında sənədlərə Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostifikasiya) Qaydaları şamil olunmur”.
Belə olan təqdirdə mən yenidən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etdim. Oradan mənə bildirdilər ki, Təhsil Nazirliyi tərəfindən sizə göndərilmiş məktuba imza atmış şöbə müdirinin məktubu imzalamağa səlahiyyəti yoxdur və sizin diplomunuz mütləq Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Bundan sonra mən 26.04.2006-cı il tarixində yenidən şəxsən Təhsil Nazirinə ərizə ilə müraciət etdim. Ərizəmdə mənə göndəriləcək məktuba Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli şəxsinin imza atmasını və qanunvericiliyin tələblərinə əsasən diplomumun tanınması ilə bağlı mənə köməklik edilməsini xahiş etmişdim.
Bu ərizəmi də 29.07.2006-cı il tarixində yenidən Təhsil Nazirliyinin Xarici Əlaqələr, İnformasiya və Koordinasiya şöbəsinin müdiri Mahir Əliyev imza edərək bildirmişdir ki, Təhsil Nazirliyi Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı Qərarının icrası ilə bağlı Nazirin 749 №-li 05.08.2003-cü il tarixli Əmrinə əsasən 1993-cü ildən əvvəlki illərdə SSRİ məkanında alınmış ali təhsil haqqında sənədlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostifikasiya) Qaydaları şamil olunmur və bu diplomlar Azərbaycan Respublikasının ərazisində qüvvədədir”.
Bundan başqa, 23.05.2008-ci il tarixdə Təhsil Nazirliyi Aparatının rəhbəri İ.Pirməmmədovun, 12.05.2009-cu il tarixdə Təhsil Nazirliyi Aparat rəhbərinin müavini N.Hacıyevanın mənə ünvanladıqları məktublardan da görünür ki, 1993-cü ilə qədər MDB ölkələrinin ali məktəbləri tərəfindən verilmiş təhsil sənədləri nostifikasiya olunmadan Azərbaycan Respublikası ərazisində tanınır.
Təhsil Nazirliyinin məktubunu aldıqdan sonra mən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət etdim. Kollegiyanın sədri Azər Tağıyev bildirdi ki, birincisi, bu məktub qanunazidd tərtib olunub, ikincisi isə məktubu yenə də səlahiyyəti olmayan şəxs imzalayıb, ona görə də biz özümüz Vəkillər Kollegiyasının adından Təhsil Nazirliyinə müraciət edəcəyik.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavini 29 yanvar 2008-ci il tarixli, 16 saylı mənə ünvanlanmış məktubunda bildirir ki, onlar mənim ərizəmdən sonra Təhsil Nazirliyə müraciət etmişlər və Təhsil Nazirinin imzası ilə təsdiq olunmuş məktub almışlar. Həmin məktubda isə göstərilir ki, MDB başçıları tərəfindən 15.05.1992-ci il tarixdə imzalanmış “Təhsil sahəsində əməkdaşlıq barədə saziş”in 5-ci maddəsinə əsasən 1992-ci ilədək alınan ümumtəhsil, texniki-peşə, orta ixtisas və ali təhsil barədə nümunəvi dövlət sənədlərinə ölkə iştirakçıları tərəfindən müddətsiz tanınma 1992-ci ilədək müəyyən edilir. Elə buna görə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qəbulum mümkünsüzdür və bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etməyim tövsiyyə olunur. Vəkillər Kollegiyası tərəfindən mənə göndərilmiş məktubun məzmunundan belə görünür ki, Təhsil Nazirliyi altı ilə yaxındır ki, mənim diplomumu tanıyaraq Şəhadətnamə vermək əvəzinə məni dolandırmaqla məşğul olmuş və diplomumun tanınması ilə bağlı müvafiq tədbirlər görməmiş, əvəzində isə mənə heç bir hüquqi qüvvəyə malik olmayan lüzumsuz məktublar göndərmişdir.
08 noyabr 2012-ci il tarixdə mən Təhsil Nazirliyinə təkrarən yazılı müraciət etdim, 04 dekabr 2012-ci il tarixdə mənə cavab gəldi ki, Təhsil Nazirliyinə dəvət olunuram. Mən də Təhsil Nazirliyinə getdim və 3 saat gözləsəm də, çağıran olmadı. Bundan sonra Təhsil Nazirinə teleqram vurub diplomumla bağlı məsələnin həlli üçün məni şəxsən qəbul etməsini xahiş etdim. Lakin teleqrama heç bir cavab verilmədi.
Hörmətli redaksiya,
Diplomu leqallaşmalı olan hüquqşünasın diplomunun tanınması 7 il çəkirsə, başqalarından nə demək olar?! Yəqin ki, “səbəb” nazirliyin əməkdaşlarının “bığlarının altından” keçməməyimdir.
Sizdən xahiş edirəm ki, diplomları tanınması ilə bağlı yaradılan süni və əsassız problemləri işıqlandırmağa kömək edəsiniz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
|