Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                 

Zakir Quliyev bilməmiş olmaz: 10 günə bir milyonluq iki tender... - “Koordinat Construction” MMC MÖCÜZƏSİ?..
Tarix: 9-12-2024, 12:00 | Çap et
Zakir Quliyev bilməmiş olmaz: 10 günə bir milyonluq iki tender...
Son günlər xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edərək milyonlarla manat pul vəsaitlərini Azərbaycana qaytarmayan bəzi sahibkarların məsuliyyətə cəlb edilmələri barədə Baş Prokurorluq bir neçə məlumat yayıb. Bildirilir ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, xarici ölkələrə müxtəlif məhsulları ixrac edərək pul vəsaitlərini ölkəyə qaytarmayan sahibkarlarla yanaşı dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan sahibkarlar da var. Məsələn Dövlət Gömrük Komitəsinin 26 Aprel 2017-ci ildə yaydığı məlumat da buna bənzəyir. Məlumatda bildirilir ki, bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək, idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə, dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışmaları barədə məlumat yayıb. Bu cür faktların araşdırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib. Həmin məlumatda dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər siyahısı açıqlanıb. Sözügedən siyahıda fiziki şəxs Abasov Şənlik Fəxrəddin oğlunun da adı keçir. O, 52003,80 manat vəsaiti gömrük orqanlarından gizlətməyə çalışıb. Dövlət Gömrük Komitəsinin həmin ilin 21 fevralında açıqladığı məlumatda isə Abasov Şənlik Fəxrəddin oğlunun 30064 ABŞ dollarını gömrük orqanlarından gizlətməyə çalışdığı bildirilir.

Aktualinfo.org bu məlumatları “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında araşdırma apararkən elektron mediadan əldə edib. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə “Koordinat Construction” MMC oktyabr ayında iki satınalmanın qalibi olub.

Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 489.983,2 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 17.10.2024 -cü il tarixdə dərc edilib.

Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu ilə keçirilmiş açıq tenderin nəticəsi açıqlanıb. Müsabiqənin qalibi “Koordinat Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 659.999,96 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 29.10.2024 -cü il tarixdə dərc edilib.

Göründüyü kimi MMC oktyabr ayında 10 fərqlə Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların keçirdiyi tender üzrə ümumi dəyəri 1 149 982 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.

Amma “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.

Bəs Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri lisenziyası belə olmayan bir MMC ilə bir mənbədən satınalma metodu ilə müqaviləni hansı əsaslarla bağlayıblar. “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir il əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə satınalma müqaviləsi bağlamışlar ki, bu da satınalmada qanun pozuntusuna yol verildiyinə əsaslı şübhələr yaradır. Sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığı, ixtisas göstəriciləri, texniki və maliyyə imkanların, işçi qüvvəsi, uyğunluğun meyarı tələbləri ilə üst-üstə düşürmü?

Bütün bunlara aydınlıq gətirilməsi məqsədi ilə Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinə ünvanladığımız sorğular cavabsız qaldı. “Koordinat Construction” MMC-nin dövlət qeydiyyatına alındığı 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya isə cavab gözləyirik.

Qeyd edək ki, Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Regional Su Meliorasiya Xidmətinə tabeli qurumların satınalmalarda yol verdikləri bu qədər qanunsuzluğa, uyğunsuzluğa rəğmən gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan Şənlik Abasova məxsus şirkət on günə bir milyon manatdan çox dəyəri olan tenderləri necə udub? Bəlkə, Zakir Quliyev bilir.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru