KƏRƏM HƏSƏNOV METAL BİZNESİNƏ GİRİŞİB
Tarix: 5-11-2012, 14:07 | Çap et
KOMİTƏ SƏDRİ KİMƏ FIRILDAQ GƏLİB?
GUNDEMINFO.AZ Metal biznesi sektoru Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun monopoliyasından çıxarılır. 20-yə yaxın kiçik poladəritmə müəssisəsinin sahiblərindən zorla alınaraq “Baku Steel Kompany”nin icraçı direktoru Rasim Məmmədovun idarəçiliyinə verilməsi komitə sədrinin patronajlığında olan metal biznesinin əlindən alınması prosesinin başlanğıcı idi. Bu barədə məlumatlı mənbələrdən məlumat daxil olub.
Mənbənin iddiasına görə, poladəritmə müəssisələri ayrı-ayrı şəxslərə məxsus olsa da, onlar bəlli şərtlər (gəlirin bir hissəsini himayədara verməklə) əsasında K.Həsənovun çətiri altında işləyirdilər. Şərti olaraq Bakı qrupuna daxil olan K.Həsənov metal bazarının bu seqmentini şəriksiz idarə edirdi. Ancaq biznes elitasında bazarların yenidən bölüşdürülməsi uğrunda gədən rəqabət nəticəsində bu seqment Naxçıvan klanının nəzarətinə keçib. K.Həsənov həmin müəssisə rəhbərlərinin etirazını təşkil etməklə buna müqavimət göstərməyə cəhd göstərsə də, məqsədinə nail ola bilməyib.
Qaynağın bilgisinə görə, 20-yə yaxın metaləritmə müəssisəsinin ardınca K.Həsənovun idarəetməsində olan “Azəralüminium” ASC (tərkibinə “Gəncə Gil-torpaq istehsal sahəsi”, “Sumqayıt Alüminium”, Daşkəsən “Zəylik Alunit” istehsalat sahələri daxildir) və “Azərboru” ASC-lər kimi nəhəng müəssisələr də onun əlindən alınıb. Buna səbəb Kərəm Həsənovun həmin müəssisələrin gəlirlərini gizlətməsi, siyasi rəhbərliyi aldatması olub. Pul məsələsində qeyri-dəqiqliyi bağışlamayan siyasi rəhbərlik onun “ümumi kassa”ya ödənişi azaltmasını həzm etmək niyyətində deyil. Bu baxımdan K.Həsənovun siyasi elitadakı mövqeyi xeyli laxlayıb. Xüsusilə də kiçik poladəritmə müəssisələrinin təhvil-təslimi zamanı K.Həsənovun müəssisə rəhbərlərinin dili ilə müqavimət göstərməsi hakimiyyətin üst qatında qıcıq doğurub. Hakimiyyətin yazılmamış qanunlarına görə, ictimai etiraz çox böyük siyasi səhv sayılır və buna adekvat olaraq sanksiyalar işə düşür.
Qaynaq iddia edir ki, gələn ildən K.Həsənovun qardaşı Malik Həsənovun sahibi olduğu “Azinko-holdinq”ə verilən dövlət sifarişləri də kəskin şəkildə azalacaq (Qış bulvarı layihəsində bir neçə yüz milyon manatlıq əsas dövlət sifarişi məhz bu holdinqə verilmişdi, eyni zamanda Heydər Əliyev Mərkəzinin tikintisi ilə bu şirkət məşğul idi). Çünki holdinqin də “ümumi kassa”ya ödənişlərində ciddi şübhələr var. Holdinq nəhəng dövlət sifarişlərinin icrasından başqa, şəhərin mərkəzi ərazilərində çoxmərtəbəli elitar yaşayış binaları inşasını həyata keçirir.
Son illər siyasi hakimiyyətin ən çox etimad göstərdiyi kadrlarından olan K.Həsənov indi narahat günlərini yaşamaqdadır. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin etibarlı kadrlarından sayılan K.Həsənov onun həbsindən sonra nəinki karyerasını qoruya bildi, hətta daha da yüksəldi - F.Əliyevin əzəli rəqibi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyi ilə dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi funksiyası nazirlikdən alınaraq müstəqil quruma verildi və K.Həsənov quruma rəhbər təyin edildi.
Az sonra onunla rəqabət aparan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovu da bitirdi - xidmət Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyinə verildi. Bir çox müşahidəçilər bunu təəccüblə qarşıladılar. Bir neçə hakimiyyət dönəmində vəzifəsini qorumağı bacaran təcrübəli A.Qaraşovun K.Həsənova uduzmasının gerçək səbəbləri indi də bəlli deyil. Hakimiyyət elitasında “odda yanmaz, suda batmaz” imicini qazanmış K.Həsənovun 2010-cu ilin parlament seçkisində qardaşı Malik Həsənovu deputat seçdirməsi də müşahidəçilərin təəccübünə səbəb oldu. Çünki M.Həsənovun Cəlilabadın 67 saylı şəhər seçki dairəsindəki əsas rəqibi əslən bu rayondan olan, Biləcəri Çağırış Məntəqəsinin uzun müddət rəisi olmuş Aydın Həsənov idi (A.Həsənov 2005-2010-cu illərdə həmin dairədən deputat olub).
A.Həsənov Cəlilabadda yüksək nüfuz sahibi olmaqla yanaşı, K.Həsənovun himayədarlarından biri olub. Məlumatlara görə, F.Əliyev haqda siyasi qərar qəbul edilərkən məhz A.Həsənovun vasitəçiliyi ilə K.Həsənov K.Heydərovla görüşüb və batan gəmidən xilas ola bilib. Ancaq K.Həsənov himayədarını qurban verərək qardaşını YAP-ın siyahısına sala və deputat seçdirə bildi. Az sonra K.Həsənov başqa bir himayədarını - Kəmaləddin Heydərovu da sataraq Bakı qrupuna transfer etdi.
Eyni zamanda qısa müddət ərzində ölkənin ən iri oliqarxlarından birinə çevrildi - metal və daşınmaz əmlak və tikinti sektorunda monopolist mövqeyə sahib çıxdı. İndi metal biznesi əlindən alınıb, tikinti biznesi də laxlamaq üzrədir. Bir sözlə, indi K.Həsənov yüksəliş yox, eniş dövrünü yaşayır. Maraqlıdır, hazırda mövqeləri möhkəm olan Bakı qruplaşması K.Həsənovu xilas edə biləcəkmi?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
• Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19 |
|
|
|
• Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16 |
|
|
|
• "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05 |
|
|
|
• Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58 |
|
|
|
• Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55 |
|
|
|
• Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54 |
|
|
|
• "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52 |
|
|
|
• Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46 |
|
|
|
• Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45 |
|
|
|
• Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44 |
|
|
|
• “Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12 |
|
|
|
• Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07 |
|
|
|
• "Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03 |
|
|
|
|