
Amerikalı, avropalı və ukraynalı danışıqlarçılar Rusiya üçün 30 günlük atəşkəs də daxil olmaqla 22 təklifdən ibarət “fəaliyyət planı” hazırlayıblar.
“Cebheinfo.az” xəbər verir ki, bunu “NBC News” rəsmi mənbələrə istinadən yazır.
KİV-in məlumatına görə, bu sənəd Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin Ukraynanın NATO-ya daxil olmasına dəstək verməyəcəyi ilə bağlı tələbinə uyğundur.
Mənbə təkliflər barədə deyib:
“Əgər Putin çıxış yolu tapmaq istəyirsə, bu, onun çıxış yoludur”.
Mənbələr əlavə edib ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff bu təklifləri Rusiya Prezidentinə təqdim edəcək.