Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Naxçıvanda təhsilin evini elə yıxıblar ki...
Naxçıvanda təhsilin evini elə yıxıblar ki...Bu gün, 11:45 |
Naxçıvan məktəblərində büdcəyə qənaət adı altında siniflərin birləşdirilməsi şagird sıxlığına səbəb olub. Bu vəziyyət həm valideynlər, həm də müəllimlər arasında ciddi narazılıq yaradıb. Onlar “Gündəlik Naxçıvan”a bildiriblər ki, siniflərdəki şagirdlərin sayı 30-a çatdığı üçün dərs keçmək çətinləşib. Nəticədə təhsilin keyfiyyəti xeyli aşağı düşüb. Valideynlərdən S. Əhmədov deyir ki, əvvəllər övladının təhsil aldığı məktəbdə altı sinif vardı, indi isə dörd sinif qalıb: “Övladım Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin 6-cı sinfində oxuyur. Əvvəllər bir sinifdə şagird sayı 20-ni keçəndə, əlavə sinif yaradıb ikiyə bölürdülər ki, dərs keçmək asan olsun. İndi isə bunun əksini edirlər. Sinifləri birləşdirib 4 sinifə salıblar, indi hər sinifdə 27-30 uşaq var. Müəllimin 30 uşaqla məşğul olması çox çətindir. Elə şagird var ki, dərsini hazırlayır, amma sinifdə danışmağa növbəsi çatmır. Bu, uşaqlarda arxayınçılıq yaradır, onlar dərs oxumaqdan yayınırlar. Təhsil belə davam etsə, keyfiyyət tamamilə itəcək.” Həmin məktəbdə müəllim işləyən Z. B. da siniflərin azaldılmasının həm təhsilin keyfiyyətinə, həm də müəllimlərin dərs saatlarına mənfi təsir göstərdiyini bildirir: “Şagirdlərin sayı ilbəil artır, amma əlavə sinif yaratmaq əvəzinə, olan sinifləri də ləğv edirlər. Təhsil Nazirliyindən deyirlər ki, bu, guya büdcəyə qənaət üçündür. Amma əslində büdcədən pul yemək üçün belə edirlər. Təhsilə böyük zərbə vurulur. Axı 30 uşağa bir yerdə necə keyfiyyətli dərs keçmək olar? Bu vəziyyətdə təhsilin keyfiyyəti azalır, uşaqlara nəzarət etmək çətinləşir. Üstəlik, siniflərin sayı azaldıldığı üçün dərs saatlarımız da azalıb, nəticədə maaşlarımız aşağı düşüb.” Şikayətçilər bildirir ki, hazırda bu problem Naxçıvan şəhərinin bütün məktəblərində müşahidə olunur. Onlar məsul qurumlardan təhsildə yaranmış problemlərin həllini tələb edirlər. Geri qayıt |