“Gecələr onunla yatırdım” - Sənubər İsgəndərli
Tarix: 21-01-2016, 08:40 | Çap et
Kulisin kitabla bağlı suallarını aktrisa Sənubər İsgəndərli cavablandırır. - Uşaqlıqdan və indi oxuduğunuz kitablarda hansılar olub? Nələr qalıb yadınızda? - Mark Tvenin "Şahzadə və dilənci", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan”, Sabirin "Hophopnamə"si ilə demək olar ki, yatırdım. Bidstrup adlı karikaturaçının bir neçə cilddə kitabı vardı, saatlarla onu vərəqləməkdən doymurdum. - Sizcə aktyor ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır? - Ümumiyyətlə mütaliə insanın şəxsiyyət kimi formalaşmasında böyük önəm daşıyır. Hər oxunan kitab, həyat müşkülünün min-bir düyünündən birini açır. O ki qaldı məhz aktyorların mütaliəsinə... teatrda tamaşaya qoyulan hər bir əsəri oxumamışdan əvvəl, müəllifin bütün və ya heç olmasa, qismən, əsərləri ilə tanış oluruq. Mütaliə, hər bir aktyor üçün vacibdir, mütləqdir. - Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aktrisalar, aparıcılar sözü vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız? - Son dövrlər savadsızlıq kütləvi hal alıb. Texnika inkişaf etdikcə, insanlar geri gedir, cahilləşir... Sadəcə sosial şəbəkələrdə yazılan statusları, kommentləri oxumaq kifayətdir. Balaca bir cümlədə üç-dörd kobud səhv olur. Televiziyalar reytinq qurbanı olalı, tamaşaçılar da onların qurbanı oldu. Hər bir şey zəncirvaridir. Dəhşətlisi isə, hər kəsin öz savadsızlığına, cahilliyinə haqq qazandırmasıdır. - Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı? - Müqayisə yaxşıdır, ən azından sağlam rəqabətə yol açır... Amma bəzən də subyektivdir... Ölkə, mentalitet, nüfuz fərqi var... - Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq... - Sovet dövrünü bu gün tənqid etmək, dəb halını alıb, amma bu günümüzün fəxr etdiyimiz bir çox ziyalı insanları o dövrün yetirmələridir... Hər bir orta səviyyəli ailənin kiçik də olsa kitabxanası, evində pianinosu və ya başqa musiqi aləti vardı. Bizim sinifdə 30 şagird vardı, onlarda 20-si musiqi məktəblərində də oxuyurdu... Bu gün belə hallara az rast gəlinir. Gəlinlərin cehizinin ən önəmlisi pianino, kitablar idi. Mən özüm makulatura yığırdım qonşulardan, kitab almaq üçün. Bəzən heç vermirdilər də... (gülür) - Yeni mahnıların sözləri sizi qane edirmi? - Musiqi də teatr kimi kollektiv sənətdir, yəni şair, bəstəkar, aranjimançı, ansabl və nəhayət müğənni... Bu gün bu işi çox vaxt bir nəfər görür. “Moskva göz yaşlarına inanmır” filmində deyildiyi kimi “On je Qoqa, on je Qoşa, on je Jora” (gülür). Ən əsası isə müğənnilərin böyük qismini mahnının ritmi və toy bazarı maraqlandırır. - Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes... - Yox yazmıram. Heç vaxt da fikrim olmayıb. İstedad elə bir şeydir ki, mənim fikrim olmasaydı belə, hər necə olur-olsun özünü büruzə verəcəkdi. Məcbur mümkün olan şey deyil. Mən indi baxıram nəvəmə, uşaq əlinə nə keçdi, lap balaca bir kağız parçası, evin divarı, stolun üstündəki salfetka qırığı, bu uşaq hər yerdə şəkil çəkir. Bu artıq istedaddır. Yəni özü də bilmədən bizi yönləndirdi ki, ona bir müəllim tutaq. - Şeir əzbərləyirsiniz heç? - Şeir əzbərləməyi heç vaxt sevməmişəm, heç yadımda da qalmır. Təbii ki, işimdən dolayı, lazım olub, əzbərləmişəm. Amma indi heç birini belə yadıma sala bilmərəm. Dəftər-dəftər rol əzbərləyim, heç bir çətinliyim olmaz, di gəl bir misra şeir yadımda qalmır (gülür). - Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə. - Əsərlərini, şeirlərini sevə-sevə oxuduqlarım çoxdur. Hüseyn Cavid, Vaqif Səmədoğlu, Ramiz Rövşən və s. - Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız? - Kulisdə çap olunanlardan bəzilərini ara-sıra oxuyuram. Müasir yazarlarımızdan, özümün aldığım, mənə bağışlanan kitablar var, oxuyuram. Əslinə qalsa, mən xarici yazarları, dünya klassikasından daha çox oxumuşam. Gərək səhvimi düzəldəm (gülür). - Svetalan Aleksieviçi tanıyırsız? - Svetlala Aleksieviçin yaradıcılığına bələd deyiləm, yalnız keçən ilin Nobel mükafatçıları sırasında olduğunu bilirəm. - Səmavi kitablardan hansıları oxumusunuz? - Səmavi kitablardan yalnız Quranı oxumuşam... Amma, deyəsən təkrar oxuyacam. - Son olaraq oxuculara nə deyırdiniz? - Baxmaq, görmək demək deyil. Mütaliə edin ki, "görə" biləsiz. Bu qədər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|