"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                     Həbsdə olan idmançıların şikayəti təmin edilməyib .....                     Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi .....                     “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi .....                     London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar .....                 

"Sual verdi ki, Xoşqədəm xanım, belə həyatdan bezmədiniz?"
Tarix: 14-04-2014, 10:04 | Çap et
"Sual verdi ki, Xoşqədəm xanım, belə həyatdan bezmədiniz?"
Televiziya məkanının ən reytinqli proqramlarından olan “Səni axtarıram” verilişinin efirə çıxmasından 3 il ötür. Proqramın aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı ilə söhbətimizdə müsahibimiz layihənin məramından, statistikasından, işin alınması yönündə çəkilən zəhmətdən və alınan uğurlu nəticədən söz açıb.
– Xoşqədəm xanım, öncə, aparıcısı olduğunuz proqramın 3 yaşının tamam olması münasibətilə Sizi təbrik edirik, yeni-yeni uğurlar arzulayırıq. Verilişin yaranma tarixçəsindən söz açmağınızı istərdik.
–Təşəkkür edirəm. Bilirsiniz ki, daha öncə “Sən tək deyilsən” layihəsində aparıcı idim. Bu layihəni apardığım müddətdə çoxlu tamaşaçı məktubları gəlirdi. O məktubların böyük əksəriyyəti axtarışlarla bağlı idi. Belə qərara gəldim ki, bu verilişin içərisində 3 dəqiqəlik “Səni axtarıram” rubrikası açaq, bununla da öz itmiş yaxınlarını axtaranlara şərait yaradaq. Beləcə, bu üç dəqiqəlik rubrika sonradan böyük bir layihəyə çevrildi. Elə bir layihəyə ki, bu, artıq dünya televiziyasında böyük bir yeri olan, “Jdi menya” kimi əfsanəvi bir proqramla işlədi, böyük bir əməkdaşlığa imza atdı. Bu bazar günü Azərbaycan tamaşaçıları bizim ilk telekörpümüzü izləyəcəklər. Fəxrlə deyə bilərəm ki, o üçdəqiqəlik bir rubrika bu dərəcəyə gəlib çatdı.
– Proqramın statistikası barədə nə deyə bilərsiniz?
– Deməli, axtarışları yekunlaşan, görüşən, studiyaya çıxarmadan bir-birini tapmalarına şərait yaratdığımız yüzlərlə insan var. Elələri də var ki, gəliblər, verilişin vasitəsilə, amma bizsiz o görüşlər, o zənglər baş verib.
–Necə düşünürsünüz, 3 il üçün bu statistika böyük rəqəmdir, deyilmi?
– Bəli, təsəvvür edin ki, bu, həftədə bir dəfə yayımlanan verilişin nəticəsidir. Elələri olub ki, biz heç onları efirə çıxarmamışıq. Belələri onlarla, yüzlərlədir. Elələri də var ki, axtarışları yekunlaşıb, gəlib bizə təşəkkür edirlər ki, çox sağ olun, biz sizə müraciət edəndən sonra oğlumuz, qızımız tapıldı, ya da zəng etdi. Yaxud da sizin verilişdə bizim şəklimiz getdikdən sonra xəbər aldıq. Yəni, belə faktlar çoxdur. Bir çoxları hələ açılmayıb, mövsüm sonuna qədər açılacaq. Elə də olur ki, birbaşa studiyadan onlarla insana efirdən xəbər vermişik ki, sizin övladınızın, atanızın, ananızın, qohumunuzun axtarışı yekunlaşıb, bizimlə əlaqə saxlaya bilərsiniz.
– Siz neçə illərdir peşəkar jurnalistikadasınız. Amma teleaparıcı olduğunuz son üç ildə verilişinizin sayəsində həm də ulduz oldunuz. Teleulduz olmaq sizin həyatınızda nələrisə dəyişdimi?
– Əslində mən heç vaxt ulduz olmaq istəməmişəm. Bunu tam səmimi deyirəm. Buna ehtiyacım da yox idi. Çünki mən 18 yaşımdan jurnalistikadaydım. İmzam kifayət qədər tanınırdı. Mən “Üç nöqtə” kimi mətbuata səs salan, yarandığı müddətdən 6 ay sonra ilin debütantı, onlarla mükafatın sahibi olan bir qəzetin əsasını qoymuşam. Yəni, mənim ulduzluğa ehtiyacım yox idi. Ancaq televiziya çağırılmamış qonaqdı də (gülür). Baxmayaraq ki, hər zaman deyirəm, mənim üçün ən böyük xoşbəxtlik, ən böyük uğurum qəzetdi. Mən qəzeti, yazılı mətbuatı akademiya hesab edirəm. Ancaq düz vurğulayırsınız, mənim ehtiyacım olmasa da, bu ulduzluq baş tutdu. Lakin inandırım sizi, bunun müsbət tərəflərindən çox mənfi tərəfləri var. İnsanam, nəsə bir fikir yazmaq istəyəndə, hansısa bir status yazanda yoxlamadan, izləmədən, məndən fikir soruşmadan bunu xəbərə çevirdilər. İstər-istəməz mənim həyatım müzakirə predmeti olmaqla yanaşı, həm də bir çərçivəyə salındı sanki. Bu da hardasa azadlığımın bir az qısıtlanmasına, sərhədlənməsinə gətirib çıxardı. Ona görə də mən bu ulduzluğu istəmirəm (gülür). İllər öncə istədiyim şəkildə, istədiyim geyimdə bulvarda gəzirdim, rahat idmanımı edirdim, tennisimi oynayırdım, kimsə mənə yaxınlaşmırdı, kimsə mənə demirdi ki, səni tanıyıram. Bütün bunlar bəlkə də yaxşıdı, şükürlər olsun Allaha. Sadəcə mən öz azadlığıma hədsiz dərəcədə düşkün insanam. Bu baxımdan mənə görə mənfi tərəfi daha çoxdu.
– Hətta geyiminiz və saç düzümünüz belə bəziləri üçün dartışma mövzusuna, bəziləri üçün bir brendə çevrilib...
– (gülür) Halbuki mən heç vaxt nə geyimlə, nə saç düzümü ilə gündəmdə olmaq istəməmişəm. Sadəcə televiziya ilə onminlərin, yüzminlərin, milyonların evinə daxil olduğumuza görə imicimizə, saç düzümümüzə də fikir verməliyik. Parlaq makiyaj, dəbdəbəli geyim mənim üçün heç vaxt önəm daşımadı, sadəcə çalışdım ki, efirdə səliqəli görünüm. Yəni, tamaşaçı qarşısındakı aparıcının geyiminə yox, onun etdiyi əməllərə, söylədiyi fikirlərə, apadığı müzakirələrə diqqət yönəltsin deyə televiziyada necə geyinmək, tamaşaçı önünə necə çıxmaq lazımdırsa, o şəkildə çıxmağa çalışıram. Nümunəvi olmağa cəhd edirəm. İndi bilmirəm, alınır ya alınmır, bunu tamaşaçı bilir, mən yox.
– İtkin düşmüş insanları tapanda, onların yaxınlarını sevindirəndə hansı hissləri keçirirsiniz?
– Bilirsiniz ki, bizim ailəmizdə də axtarılan biri var. Bu gün həyatda olmayan, erkən – 42 yaşında dünyasını dəyişən, bizə atalıq, böyüklük etmiş, bizi bu səviyyəyə çatdırmış böyük qardaşımı itirmişəm. Onun ailəsi olsa da , övladı yox idi (kövrəlir). İllər sonra bizim üçün bir sirr açıldı ki, onun bir qız övladı var. Hər dəfə kiminsə övladını gətirəndə, kiminsə nəvəsini, yaxınını gətirəndə sanki öz qardaşımın övladını tapdım. Sanki illər sonra qardaşımıza qovuşduq. Hələ ki onun axtarışları gedir, bu yaxınlarda yekunlaşacaq inşallah. Bilirsiniz, bəzən atdığımız hansısa bir addım, daha doğrusu, bu verilişdə baş verənlər bəziləri tərəfindən düzgün qarşılanmır. Bu verilişdə sünilik, saxtalıq alınmır, sən nə qədər eləsən də o verilişdə hisslərini cilovlaya bilmirsən. Yəni, demək istəyirəm, hamı bizi tərifləmir ki, tənqid edənlər də var...
–Tənqid demişkən, Xoşqədəm xanım, verilişin çox pafoslu olduğunu da deyirlər hərdən ...
– O tənqidləri mən də oxumuşam. Biri yazır ki, “Səni axtarıram”da göz yaşı çoxdur. Sual verirəm: ata 30 ildən sonra öz övladını tapıbsa, nə etməlidir? Öz uşağımızı bir yerə göndərəndə, bir həftə sonra övladımız qarşımıza çıxanda az qala ürəyimiz dayanır...İnsan 30-50 ildən sonra əzizini tapırsa, reaksiyası necə olmalıdır ki? Biz yaşlı bir atayla 60 ildən sonra qızını qovuşdurduq. Sizcə, həmin an o göz yaşlarına boğulmazmı?
– Həyatınızı riskə atıb qaynar bölgələrdə də olursunuz. Çətin şəraitdə çəkiliş aparırsınız. Bəzən ölümlə burun-buruna dayanmaq, bu çətinliklər sizi usandırmır?
– Azad Azərbaycan Televiziyasının vitse-prezidenti Məqsəd Nura dünən başqa bir ölkədən aeroportdan zəng eləmişdim. İki saatdan sonra zəng elədm ki, Bakıdayam (gülür). Məqsəd müəllim mənə sual verdi ki, sən bu enerjini hardan alırsan? Deyirəm ki, bu enerji deyil, sadəcə işimə olan sevgimdi. Mən sevgi ilə, ruhla yaşayan bir insanam. Sevmədiyim yerdə, sevmədiyim insanın yanında, sevmədiyim işdə ola bilmirəm. Televiziya mənim uşaqlıq arzum idi. Televiziya xəyallarımda hər zaman “bir gün orda olacam” dediyim bir məkan idi. İllər sonra mən bu arzuma çatdım. Digər bir arzum da bu idi ki, hüquqşünas, prokuror, hakim olum, araşdırmalar aparım. “Səni axtarıram” layihəsi ilə iki arzuma birdən çatmışam. Bir tərəfdən çox sevdiyim televiziyadı, digər bir tərəfdə hər zaman arzuladığım araşdırma işidi. Bu layihə konkret araşdırmadı. Hər iki işimdə çox böyük həvəslə, çox böyük sevgiylə işləyirəm. Həmin sevgi məni hər bir yerə qaynar nöqtəyə də, ən gözəl bir məkana da apara bilər. Rusiyada elə qəsəbələrə, elə kəndlərə yolumuz düşür ki...bəlkə də inanılmazdı, amma orda bir qəsəbədə üç gün heç nə yemədim. Ac qaldım, yalnız su içirdim. Bir dəfə daim mənimlə birlikdə səfərlərə gedən operator sual verdi ki, Xoşqədəm xanım, siz artıq belə həyatdan bezmədiniz? (gülür) Dedim nə qədər ki, bu işə sevgiylə yanaşıram, necə ki sevgim bitməyib, bu iş davam edəcək. Sevgi vacib şərtdir. Digər tərəfdən bu verilişlə biz həm də cəmiyyətə mesaj ötürmək istəyirik ki, heç bir insan səhvdən sığortalanmayıb. Əsas odur ki, insan öz səhvlərini dərk edir, anlayır. İstər “Səni axtarıram”da olsun, istər başqa bir yerdə, çıxıb deyirlərsə ki, səhv etmişəm, 30 il əvvəl itirdiyim, baxmadığım, nə bilim, aliment vermədiyim, qayğısına qalmadığım qızımı, oğlumu axtarıram, yaxud da imtina etdiyim ata-anamın arxasınca gəlmişəm-sizcə, bunun nəyi pisdir? Biri səhv edibsə, hamımız onu baltalamalı, uçuruma aparmalıyıq? Bəzən qadına yönələn mənfi münasibəti dəyişmək istəyirik bu proqramla. Harda olurlarsa olsun, bütün qadınlar xoşbəxt olmaq istəyir. Ən güclü qadın da axşam evə gedərkən, tək qalarkən sığınmaq istədiyi bir insanı axtarır. Bu mütləqdir. Necə ki, deyirlər hər bir güclü kişinin arxasında güclü qadın dayanıb, onun əksini də demək olar. Hər bir güclü qadının yanında onu sevən, dəstək duran, dayaq olan güclü bir kişinin olması vacibdir. Şəxsən mən çox xoşbəxtəm ki, hər zaman çətin anlarımda atam-anam, qardaşım, bacılarım- bir sözlə, mənə dəstək olan ailəm var.
– Son sualım: Proqramın birincilik reytinqini qoruyub saxlamaq üçün daha hansı yeniliklərə, dəyişikliklərə imza atmağı düşünürsünüz?
– Üç il reytinqdə birinci olmaq asan deyil. Üç ildə hər ay, hər mövsümdə dəyişdik. Yeni-yeni nələrsə etdik. “Səni axtarıram” mübaliğəsiz, yalansız-filansız üç ildi ki, reytinq cədvəllərində birinci yerdədi. “Səni axtarıram” ailəsi reytinq birinciliyini böyük zəhmət bahasına qazanıb. Biz heç boş oturmuruq, dünən gəlmişəm xaricdən, bir gün sonra təkrar gedirəm. Bir çəkiliş qrupumuz bir az sonra Vladiqafqazdan gəlir, başqa bir çəkiliş qrupu Tümenə yola düşür. Burada çalışan insanların ailəyə, şəxsi həyatına sərf edəcək vaxtı belə yoxdu. Reytinqimizin arxasında belə bir güc, qüvvə var, çalışan, zəhmət çəkən “Səni axtarıram” ailəsi var. Mənim fikrimcə, reytinqdən daha üstün bir məqam var burda, illərdir gözü yollarda qalan insanları bir araya gətirmək, onların həsrətinə son qoymaqla neçə-neçə ailəni sevindirmək, qurmaq, birləşdirmək. Məncə, reytinq budur. Daha bir möhtəşəm dəyişikliyimiz bu bazar “Jdi menya” ilə ilk telekörpümüzdü, biz burda 5 ölkəyə bağlandıq. Bu həftə Şabrandan olan bir kişinin həyat hekayəsini təqdim edəcəyik, ikinci telekörpümüz hazırlanır, bu dəfə daha çox ölkələrlə telebağlantı quracağıq. Yekun nəticə də möhtəşəmdi. İzləməyə dəyər!

"525-ci qəzet"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10
"Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02
“Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru