Muğamdan qorxanlar üçün... antidepressant - replika
Tarix: 11-10-2023, 16:17 | Çap et
Əslində muğam - geniş anlayışdır. Necə deyərlər, orqanik olaraq, bütöv, harmonik bir sistemdir. Muğamın depressiya yaratması fikri ilə razı deyiləm. Bu cür fikirlər xeyli yayğın olduğuna görə ayrıca bir yazı ilə öz mülahizələrimi bölüşmək istədim.
Əvvəla, baxır ifaya. Soruşuram: hansı Azərbaycanlı Seyid Şuşinskinin "Arazbarı"sını dinləyən kimi dərhal gedib, özünü Xəzər dənizində boğub?! Alim Qasımovun "Rahab"ından sonra kim özünü "Alov qüllələri"dən yerə atıb?! Kim Yaqub Məmmədovun "Rast" dəstgahına qulaq asanda o qədər əfkara qapılıb ki, otağa çəkilib, qapını bağlayıb və... balışa ağlayıb?! Arif Babayevin "Segah"ından təsirlənib xarakiri edən çoxmudur?!
İkincisi, muğamın içində müxtəlif ritmlər, çalarlar - təsniflər, rənglər, diringələr var. Ayrıca zərb muğamları da var axı. Ağzımızda "zərb muğamı" deyirik!
Amma əsas muğamların - Segah, Bayatı-Şiraz, Rast, Çahargah, Hümayun, Şur, Şüştər dəstgahlarının içində də ritmik hissələr var. Bayaq sadaladım. Ona qalsa, gərək aşıq musiqisinə də qulaq asmayaq. İndi neyləyək?! "Ruhani" havasını qadağan edək?!
Muğam başqa klassik sənət örnəklərimiz kimi bizi birləşdirən dəyərlərdəndir. Ana dilimiz, Vətən torpağı, istiqlalçılıq təfəkkürü, "Dədə Qorqud" dastanı, Qobustan rəsmləri... bizi necə bir nöqtədə birləşdirir, identikləşdirirsə, muğamın Azərbaycan versiyası da eləcə. Bizi birləşdirən dəyərlərə niyə hücum edirik?! Anlamıram.
Bir zamanlar postmodernist yazarlar bu fənddən erkən məşhurluq üçün çox istifadə edirdi. İndi yenə də dirçəlir bu "ənənə". Belə görünür.
Azərbaycanın dünyaya səs salmış alimləri, şairləri, filosofları, sənətçiləri muğamın xiridarları, vurğunları olub. Nəsimini, Füzulini, Nəbatini, Seyid Əzimi, Sabiri, Vahidi... daha çox muğamla tanımamışıqmı?! Muğamda tapmamışıqmı?!
Biri yazır ki, muğam milləti yatızdırır?! Muğam milləti yatızdırsaydı, intonasiya yaddaşı muğamata köklənmiş Qarabağdan Rafiq Əliyev, Xudu Məmmədov, Məmməd Xələfov kimi alimlər çıxmazdı. Onları şəxsən tanıdığım üçün adlarını çəkdim və bilirəm ki, muğamı sevən, dinləyən insanlardır. Muğam bizi yuxuya versəydi, onlar da yatardı. Belə böyük elm xadimləri yetişməzdi. Şirvanda da yetişməzdi, Gəncədə də, Bakıda da, Şəkidə də...
Deyirsən ki, muğam yatızdırır.
Adama deyərlər: sən muğam dinləmirsən, bəs niyə yatmısan?! Ətrafında baş verən taleyüklü hadisələrə, ölkədəki, dünyadakı vəziyyətə dair bir dişə dəyən paylaşımı olmayanlar - fil qulağında istirahət edənlər də deyir ki, muğam milləti yuxuya verib?!
Hamıya aid deyil, təbii ki.
Muğam millətə zərərli olsaydı, Üzeyir bəy Hacıbəyli kimi milli qeyrətli düha gözünün nurunu töküb, o boyda musiqi xəzinəsini nota köçürməzdi?! Üzeyir bəyin operaları muğam üstündə deyilmi?! Niyə sevilib bu qədər?! Sevilməzdi də.
Yaxud meydanlarda yüzminlərlə insan "Koroğlu" operasının üvertürası ilə bir yumruğa dönürdü. Muğam üstündə deyilmi bu?! Milli-azadlıq hərəkatı zamanı insanları ayağa qaldırıb nümayişlərə çıxaran, ruhunu bədənində cövlan etdirən marşı "Heyratı" zərb muğamının melodiyası ilə hayqıran biz deyildikmi?! Qarabağı unutdurmayan və bizi torpaqlarımızın azad olunmasına onillər boyu çağıran "Qarabağ şikəstəsi" deyildi ki?! Ən ümidsiz - Şuşasız günlərimizdə belə konsertlərin lap sonunda "Qarabağ şikəstəsi" oxunanda hamı ayağa qalxıb alqışlamırdı?! Yaxud "Qarabağ bülbülləri"nin ifasında - uşaq səsində "Bayatı-Şiraz" səslənəndə, itirdiyimiz torpaqlar, arxada buraxıb gəldiyimiz xatirələr üçün ürəyimiz titrəmirdimi?! Göz yaşı axıtmırdıqmı?! İşğalçıya qəzəbimiz körüklənmirdimi?! Qanımız damarımızda oynamırdımı?! 44 günlük müharibənin melodik rəmzinə çevrilən "Xudayar" təsnifinə nə deyirsiniz?! Bu ki caz, rok, pop... deyil.
Caz demişkən, Vaqif Mustafazadə cazı muğamla sintez edib, bizi dünyaya mədəni millətlərdən biri kimi tanıtmamışdımı?!
Adama deyərlər, muğamı sevmirsən, dinləmirsən, onda niyə yuxulayırsan?! Niyə depressiyadan əziyyət çəkirsən?!
Kimsə yuxulamaq üçün muğamı bəhanə edirsə, o başqa. Yaxud öz depressiv ruh halına səbəb göstərmək üçün muğamı seçirsə...
Dələduzluğa görə yatıb çıxmış və... TV kanalına çıxmış falabaxan aparıcını dinləyəndə, bəstəkar-müğənni "şairə"sinin başındakı çalağan yuvasını görəndə, efirlərdən sosial ağlaşma proqramlarını izləyəndə, hərşeyşünasların və vətənşüvənlərin meydan suladığına baxanda, adını "politoloq" qoymuş və milləti loxlayan politoloxları seyr edəndə... depressiyaya düşmürüksə, narahat olmayın, muğam eşidəndə də düşmərik. Tüğyan edən korrupsiyadan, pozulan hüquqlardan, yeyilən haqlardan, məmur özbaşınalığından, ceyran belinə qalxmış dükan-bazar qiymətlərindən... depressiyaya düşüb ölməmişiksə, deməli, muğamatdan heç qorxmağa dəyməz!
Ayrıca muğamdan çox qorxanlar istəsələr, bu mətni antidepressant kimi də qəbul edə bilərlər.
...Mən musiqiçi deyiləm. Muğam bilicisi heç deyiləm. Sadəcə, Qarabağda muğamın sədaları altında böyümüşəm. Milliyyətcə Azərbaycan türkü, coğrafiyaca Azərbaycanlıyam. Bu yazdıqlarım mənim şəxsi düşüncələrimdir. Yanlış şərh etmiş ola bilərəm; fikirlərim mübahisəyə, təbqidə, təbii ki, açıqdır. Ancaq bir fikrimi təkrarlayaraq bu yazını yekunlaşdırıram: muğam da bizi birləşdirən dəyərlərdən biridir. Bizi birləşdirən dəyərləri zədələməyək. Əgər biz... bizdən qopmaq istəmiriksə.
Məncə, bunu istəmirik və istəmərik də.
Elə deyilmi?!
Bahəddin Həzi, Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|