"Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki..." - QALMAQAL
Tarix: 6-07-2023, 09:04 | Çap et
Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə üzv olub. Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev E.Seyidcahana üzvlük vəsiqəsini təqdim edib. Ara-sıra bayağı şeirlər yazan müğənninin AYB-yə üzv olması həm onu, həm də qurumu hədəfə gətirib. Bəzi qələm adamları Elzanın AYB-yə üzv olmasını Yazıçılar Birliyinə həqarət kimi də qiymətləndirirlər. Hətta buna görə AYB üzvlüyündən istefa verənlər də oldu. Belə ki, tanınmşı şair, publisist, 1994-cü ildən AYB-nin üzvü olan Mürvət Qədimoğlu Həkəri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə istefa ərizəsi ilə müraciət edib.
“Sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağımı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz”, - deyə ərizədə qeyd olunub.
Bununla belə, Elza Seyidcahanın üzvlüyünü dəstəkləyən yazıçı və şairlər də oldu.
Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Pravda.az-a deyib: “Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsi var. Yaradıcılıqla məşğul olan hər bir kəs bu nizamnamənin tələblərini yerinə yetirirsə, AYB-yə üzv ola bilər. Ərizə yazır, anket doldurur, çap olunmuş kitabını, ona verilən üç zəmanəti, hətta üç-dörd ölkədə çəkilmiş fotolarını təqdim edir, AYB-nin Komissiyası baxır, səs çoxluğu ilə layiq bilirlər, onu AYB-nin sıralarına götürürlər. Burada qeyri-adi heç nə yoxdur. Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki, AYB-nin üzvü olub də. Şeir yazır. Elza Seyidcahanın şeirləri kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Bu, normal bir şeydir.
Elza xanımın yazdığı şeirlər kimisə güldürürsə, deməli, yaradıcılıq var. Şeir budur ki, ya güldürməli, ya da ağlatmalıdır. Düşündürməli, kədərləndirməli, sevindirməlidir. Ən böyük dəhşət o olar ki, hamı o şeirə biganə qalar. Bu, faciədir. Onda həmin insan qələmi yerə qoymalı, ayrı işlə məşğul olmaldır. Amma bir insanın yazdığı bədii parçalar, şeirlər kimisə müxtəlif ovqatlara sala bilirsə, deməli, nəsə var. Elza Seyidcahanın şeirlərinə bəziləri qəzəblənir, əksəriyyəti gülür. Olsun də gülüş. Mirzə Ələkbər Sabirin şeirlərini oxuyub necə gülürdük?"
Şair Murada Köhnəqala isə qeyd edib: “Elza Seyidcahan AYB-yə üzv olub, hamı biri-birinə dəyib.
Niyə, a balam, nə olub? Elza xanım gözəl müğənni, talantlı bəstəkar olmaqla yanaşı, həm də yenilikçi şairdir. Şəxsən mən Elza xanımın şeirlərini çox sevirəm. Yazdıqları həmişə orijinal, maraqlı və pozitivdir. Onun avanqard imici isə həmişə mənə inqilabçı sənətkar təsiri bağışlayıb. Bu qədər bozluğun içində və bir belə tənənin qarşısında bir sənət bağçası yaratdığına görə Elza xanıma böyük hörmətim var. Elza xanımı bir novator kimi çox sevirəm".
Bəs Elza Seyidcahan hansı meyarlarla, hansı yaradıcılığına görə AYB-yə üzv olub? Onu qınayanlara cavabı nədir? Əməkdar artist Elza Seyidcahan Musavat.com-un bu və digər suallarını cavablandırıb:
- Elza xanım, hələ bir neçə il əvvəl AYB-yə üzv olmaq istəyirdiniz və nəhayət ki, bu arzunuza çatdınız...
- İstəyirdim deyəndə ki, mən sanki elə bil AYB-nin ağuşunda idim. Mən bəstəkar adamam, kimsə şairliyimə dəyər vermək istəyirsə, bəstələdiyim mahnılara baxsınlar, görsünlər ki, mən hansı şairlərin sözlərinə mahnılar bəstələmişəm. Mən Nəsiminin, Füzulinin, Əliağa Vahidin sözlərinə mahnılar bəstələmişəm. Mahnılarıma baxıb şairliyimə dəyər vermək olar.
İnsanlar mənə zəng edib deyirdilər ki, Elza xanım, siz ki bu cür gözəl şeirlər yazırsınız, niyə AYB-yə üzv olmursunuz? Hətta bu sualı yazıçı Anara da vermişdilər. Sualı o qədər vermişdilər ki, axırda Anar müəllim də demişdi ki, “Elza xanım bizə müraciət etməyib, edərsə, bu məsələyə baxarıq”. Rəhmətlik xalq şairi Fikrət Qoca da demişdi ki, “hələ pandemiyadır, sonra bu məsələyə baxacağıq”.
Beləliklə, kitabımı AYB-yə təqdim etdim, sənədlərimi hazırladım, təqdim etdim. Əlbəttə ki, tənqidlərlə də üzləşdim. Tənqid edənlərin arasında bizim əfsanəvi aktyorumuz Rasim Balayev də var idi. Amma bir çox ziyalılar onun qarşısında məni müdafiə etdilər, o cümlədən deputat, akademik, filologiya elmləri doktoru Nizami Cəfərov, Aqil Abbas və sair. Onlar özləri də poeziya aləminin insanıdır və bilirlər ki, kimi müdafiə etmək lazımdır, kimi yox.
Onu da qeyd edim ki, mən uşaqlıqdan şairliyə başlamışam, yəni bəstəkarlıqdan öncə. Artıq bundan sonra özümə həm də şairə deyəcəm və bu məsuliyyəti layiqincə daşıyacam. Yəni bəzilərindən fərqli olaraq bir ad alıb, arxayınlaşan deyiləm.
İlk zəng edib, təbrik edən Anar müəllim oldu. Daha sonra müşavirləri zəng edib, təbrik etdilər.
İki gün öncə zəlzələ oldu və mənim AYB vəsiqəsi almağım sanki bu zəlzələni insanlara unutdurdu.
- Sosial şəbəkədə yayılan fotolardan da görünür ki, Çingiz Abdullayev sizi çox xoş qarşılayıb.
- Çingiz Abdullayev kimi əfsanənin məni necə qəbul etməsini ömür boyu yadımdan çıxarmayacam. Görüş zamanı Çingiz Abdullayev mənə öz məsləhət və tövsiyələrini verdi. Səməd Vurğun haqqında xatirələrini bölüşdü. O, mənə “Çox xoşbəxt adamsınız ki, Səməd Vurğun kimi şairin iş otağında vəsiqəni qəbul edirsiniz, vaxtilə Heydər Əliyev də bu otaqda olub” dedi. Mən Çingiz müəllimin heyranıyam. O, İkinci Qarabağ müharibəsi zamanı bizi dünyada, Rusiyada dəfələrlə təbliğ etdi, bədnamların cavablarını verdi. Biz belə ziyalılarımızla hər zaman fəxr edirik.
- AYB-yə üzv olmaq üçün 15, yoxsa 150 manat ödədiniz?
- Xeyr, üzvlük haqqı nə qədərdirsə, o qədər ödədim və mənə dedilər ki, bir də gələn il ödəyəcəm.
- Sizi tənqid edənlərə cavabınız nədir?
- Tənqidlərə çox açığam, amma baxır kim tənqid edir. Mən o tənqidlərdən çox gözəl nəticələr çıxardıram. Hər kəsə təşəkkür edirəm ki, ötən gündən mənim telefonum susmur, hamı məni təbrik edir, sosial şəbəkələrdə də müzakirələr, hətta mübahisələr edilir.
Ümumiyyətlə, qeyd edim ki, məni hər zaman AYB-dəkilər çox sevib, hər zaman da deyirdilər ki, “biz Anar müəllimin qərarını gözləyirik, o, rəy verərsə, səni mütləq üzv qəbul edəcəyik”. Mənə rəy verənlər arasında Nizami Cəfərov, Cığatel də var. Həmçinin Seyran Səxavət, Sayman Aruz, Səlim Babullaoğlu, Rəşad Məcid, Qəşəm Nəcəfzadə məni təbrik etdilər. Mənə dedilər ki, “ailəmizə xoş gəldin”. Sağ olsun, Baba Vəziroğlu da mətbuata açıqlamasında barəmdə xoş sözlər deyib.
Hətta Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də məni təbrik etdi. Mən artıq önə baxıram, mənim işlərim var. Məni anlayanlara təşəkkür edirəm, inanıram ki, anlamayanlar da sonra anlayacaqlar.
Xatırlayırsınızsa, zamanında şair Şəhriyar Del Gelani məni studiyada görəndə salam vermədi və məni onun haqqında “Bığ” şeiri yazmağa məcbur etdi. İndi də məni müzakirə edənlər məni məcbur edir ki, onlara şeir yazım. Artıq onlar barəsində “Məni yazın, məndən yazın” adlı şeir yazmaq üçün mənə ilham gəlir. Yəni bu ilhamı mənə onlar verir... //musavat.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41 |
|
|
|
• "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36 |
|
|
|
• Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33 |
|
|
|
• Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26 |
|
|
|
• Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16 |
|
|
|
• Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10 |
|
|
|
• İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06 |
|
|
|
• Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00 |
|
|
|
• ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55 |
|
|
|
• Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44 |
|
|
|
• `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37 |
|
|
|
• Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30 |
|
|
|
• Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28 |
|
|
|
• Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25 |
|
|
|
• Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20 |
|
|
|
• ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12 |
|
|
|
• İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10 |
|
|
|
• "Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06 |
|
|
|
• İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02 |
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
|