Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                     Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər .....                     Rusiya Ermənistana qarşı hərəkətə keçdi .....                     "Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" .....                     Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                 

“Şəmistan Əlizamanlı ilə yollarımız bu cür ayrıldı” – Bəstəkarla MÜSAHİBƏ
Tarix: 4-07-2023, 17:55 | Çap et
“Şəmistan Əlizamanlı ilə yollarımız bu cür ayrıldı”
Şair, bəstəkar, həkim Şahin Musaoğlu Lent.az-a müsahibə verib. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Soyadınız Əbilovdur, bəs, Musaoğlu təxəllüsü nə zaman yarandı?

- “İgid əsgər, möhkəm dayan” mahnısı yaranan vaxtlar idi. Elə o vaxta qədər daim şeirlər yazırdım. Yazdığım şeirlər müxtəlif jurnallarda, qəzetlərdə çıxırdı. Amma heç fikirləşmirdim ki, nə vaxtsa bir yazar, bəstəkar olaram. Çünki mən həkim olacağımı düşünürdüm. “İgid əsgər, möhkəm dayan” mahnısı yaradıcılığımın fundamenti oldu. Bir sözlə, bu böyük sənətə, musiqiyə ədəbiyyata bu mahnıyla gəldim və özümə Musaoğlu təxəllüsünü götürdüm.

- Demək, istiqamət yazı-pozu imiş, amma böyüyəndə həkimliyi seçmisiniz, valideynlərin iradəsi ilə?

- Gözümü açandan evdə həkim görmüşəm. Ana tərəfdən babam, dayım, xalam, anam hamısı həkimdi. Atam isə müəllim olub. Amma atam musiqini sevərdi, hərdən bir şeirlər də yazardı. Hər kəsə məlumdur ki, SRRİ hakimiyyəti dövründə musiqi təhsili almaq prestij sayılırdı. Kəndimizdə mədəniyyət evi var idi. Həmin mədəniyyət evində tar dərslərinə gedirdim. Bu atamın çox xoşuna gəlirdi.

- Bəs, “İgid əsgər, möhkəm dayan” mahnısı kimə həsr edilib?

- “İgid əsgər, möhkəm dayan” mahnısı yazılanda kiməsə həsr edilməmişdi. Milli Qəhrəman Yusif Mirzəyev nəzərdə tutulmamışdı. Sadəcə Yusif bu mahnını çox sevirdi. Yusif Mirzəyev briqada komandirinin müavini idi. O, öz əsgərlərinə bu mahnını öyrədib. Arxa cəbhədə əsgərlər “İgid əsgər, möhkəm dayan” mahnısının sədaları altında marş gedirdilər. Yusif şəhid olandan sonra isə bu mahnı onun ruhuna ithaf olundu. Yusiflə müharibədən əvvəl dostumun sayəsində tanış olmuşdum. Sabir bağında çay içmişdik. Həmin vaxtlarda Yusif heç müharibəyə getməmişdi. Xalq Təsərrüfatı Universitetini bitirmişdi. Mağaza müdiri işləyirdi.

- Müdafiə Nazirliyi ilə əməkdaşlığınız necə baş tutmuşdu?

- 1991-1994-cü illər ərzində mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq etmişəm. İlk əməkdaşlıq etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən çoxlu yaralılar gəlirdi. Onların hansı xəstəxanada və ya hospitalda yerləşdirilməsi ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi. Yaralıların valideynləri, yaxınları Müdafiə Nazirliyinin, baş qərargahın, tibb idarəsinin, respublikanın şəhər, rayon xəstəxanalarının qapısı qarşısında saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər. Məhz o zaman bu məqsədlə operativ qərargah yaradıldı. Mən həmin qərargaha rəhbərlik etdim. Biz o dönəm ilk hərbi tibbi arxivi yaratdıq...

Sonralar yaradıcılıq əlaqələri məni Müdafiə Nazirliyinin “Hərbi sənədli filmlər kino – tele studiyası”- na gətirib çıxardıb. Mən orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan Əlizamanlı, Nəriman Əbdülrəhmanlı, Nizami Abbas, Rahib Qərib, Nadir Diridağlı və sairləri ilə birlikdə çalışdım. Bununla yanaşı həm də Müdafiə Nazirliyi HET (Hərbi Elmi Tədqiqatlar) idarəsi ilə əməkdaşlıq edirdim. “Hərbi bilik” jurnalı, “Azərbaycan ordusu” qəzetlərində yazılarla, reportajlarla çıxış edirdim.

- Konkret olaraq hər hansı bir müğənniyə mahnı yazmaq istəmisinizmi?

- Bu, yaradıcılıq prosesidir. Mahnı yazılmamışdan öncə bu barədə heç fikir formalaşmır. Mahnı yazılıb bitdikdən sonra mahnını kimin daha yaxşı oxuması ilə bağlı bu sahənin mütəxəssisi ilə məsləhətləşmək lazımdır. Bir sözlə, mahnı yazılana qədər heç özün də bilmirsən ki, bu necə mahnı olacaq? Amma konkret hər hansı bir səsə uyğun heç bir mahnı yazmamışam.

- Bəs, Şəmistan Əlizamanlı ilə əməkdaşlığa niyə son qoydunuz?

- Sadəcə yollarımız ayrıldı. Müdafiə Nazirliyindəki işimdən ayrıldım. Bir müddət sonra isə Şəmistan da ayrıldı. Mən özüm kənara çəkildim. Düşünürdüm ki, yəqin ki, artıq mənə ehtiyac yoxdur. Çünki konkret olaraq Müdafiə Nazirliyinin öz rəqs ansamblı, öz musiqi kollektivləri var. Artıq mən musiqidən çox uzaqlaşmışdım. Ta ki, 2015-2016-cı illərə qədər. Azərbaycan Yazıçılar Birliyi Hərbi Vətənpərvərlik Komissiyasına rəhbərlik etməyə başladım. Həmin zamanlarda yenidən yazmağa başladım.

- İndiyə kimi yazdığınız mahnılardan qonorar almısınızmı?

- Hərbi təyyarəçilərimiz üçün mahnı yazmışdım. Müdafiə Nazirliyinin ərsəyə gətirdiyi filmdə səsləndrilmişdi. Buna görə qonorar almışdım. Milli Təhlükəsizlik Nazirliyimizin 80 illik yubileyinə həsr olunmuş himn hazırlamağımı istəyirdilər. Amma vaxt çox az idi. Bu öhdəliyi öz üzərimə götürmədim. Amma onlar elə hesab elədilər ki, mən qonorara görə imtina etdim. Halbuki əvvəlcədən mənə qonorar təklif eləmişdilər.

- “Musiqi ruhun qidasıdır” deyirlər. Sizcə, bu ifadə sadəcə pafosdan ibarətdir?

- Sözsüz, hər şeyin başında ruh dayanır. Bəli, tamamilə doğru məsələ belədir, ruh məsələsidir. Musiqi elə bir sənət növüdür ki, onun dili, dini və irqi yoxdur. Bəşəriyyətin ortaq dili, musiqidir. Musiqi səsin şəklidir. Mənə elə gəlir mənə sanki mesaj var.

- Orqanların içərisində ən həssası ürəkdir. Bəs, siz bu barədə nə düşünürsünüz?

- Elm adamları hələ də bu günə qədər ürəyi sona qədər tədqiq eləyə bilməyiblər. Ürək sanki bir motor kimi saçımızın ucundan tutmuş barmaqlarımızın ucuna qədər qanı ötürür. Bir gün alimlər ən təmiz qanın hansı orqana getməsi ilə bağlı tədqiqatlar aparırlar. Nəticələrə görə, orqanizmin ən təmiz qanı beyinə və ən çirkli qanı isə dalağa gedir. Daha sonralar tədqiqatları bir qədər də artırıblar. Hamilə qadınlarda ən təmiz qan isə uşaqlığa gedir. Elm hələ də bunun səbəbini açıqlaya bilmir. Yəni ürək təkcə motor deyilmiş, ürək həm də eyni zamanda elə beyin imiş.

- İxtisasca həkimsiniz, amma bəstəkarlıqla da məşğul olursunuz. Bəs, bu iki işi bir yerdə görmək sizə hansı çətinlikləri yaşadıb?

- Mənim ən böyük problemim budur. Mən həkiməm və başqa sahədə də fəaliyyət göstərəndə digər insanlarda da qısqanclıq yaranır. Çoxu deyirdi “sən həkimsən, get həkimliyini elə”. Ümumiyyətlə fərqlənmək rahat bir iş deyil.

- 60 yaş sizin üçün nə ifadə edir?

- Sanki içimdə bir qeyri müəyyənlik var. Ruhən də, cismən də 60 yaşı qəbul edə bilmirəm. Hələ də elə bilirəm ki, 50-li yaşlardayam. Yəni həyat doğrudan da bir dağa bənzəyir. İnsan o dağa dırmaşdıqca, təngnəfəs olur, dizləri taqətdən düşür. Hətta bununla bağlı sırf 60 yaşım üçün olmasa da bir şeir yazmışam.

Mən bu günə dünənimdən başladım
Ümidimlə güvənimlə başladım.
Hər yeni il bir yaş qoydu çiynimə,
Uzun yola öz özümdən başladım.

Davam deyib yolu yoldan öyrəndim,
Gülü güldən, kolu koldan öyrəndim
Yaranışım bir ilahi kəlmədən,
Yaradanın hökmü ondan öyrəndim,

Həyat ki, var dağa bənzər, əzizim
Dırmandıqca səni üzər, əzizim.
Yorularsan amma gözün dincələr
Seyr etdikcə ruhun süzər, əzizim.

Kim deyir ki, yaşa dolan, qocalır?
Arzusundan yoxsul olan qocalır.
Qəlbi sevən, gözəllikdən zövq alan
Arif insan yaşlandıqca ucalır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru