“Vado, nə vaxtdan belə qazlanmısan ki, verilişimi efirdən çıxarırsan?” - “Space”-də nə baş verir...
Tarix: 8-04-2023, 17:55 | Çap et
“Space” telekanalına Vado Korovin rəhbər təyin olunandan sonra kanalda bir çox ixtisarlar başlayıb. Ötən gün saytımıza açıqlama verən əməkdar artist Çingiz Əhmədov telekanaldan ayrıldığını və baxımlı verilişlərin ya başqası ilə əvəz olunduğunu, ya da ümumiyyətlə yayımdan qaldırıldığını bildirmişdi. Bundan əlavə yeni sədr kanalda uzun illər fəaliyyət göstərmiş bədii rəhbər İman Məcidovu da vəzifəsindən uzaqlaşdırıb. “Space” kanalının tanınmış aparıcısı Zamira Dadaşovanın facebook statusu da diqqət çəkib: “Birinci gün “Space” kanalından ayrılmağı düşünürəm. İlk iş yerim “Aztv”-10 il, ikinci iş yerim “Space”-17 il olub. Heç vaxt iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə, başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. “Düzələr” deyib yola davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim yoxsa üzülüm?! Yeganə üzüldüyüm məqam müəllifi və aparıcısı olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Əlbəttə, məni üzən həm də əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır. Təəssüf ki, pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar”, - deyə o bildirib. Zamira Dadaşova ilə əlaqə saxlayıb sosial şəbəkədə yazdığı statusa münasibət bildirməyini istədik. Xanım aparıcı uzun-uzadı danışmaq istəməsə də, sualımızı cavabsız da qoymadı. “Bu tək mənə qarşı hörmətsizlik deyil. Birinci gündən rəhbər gələndə deyərdi ki, verilişi bağlamışıq. Məni bu insanlarla çəkilişə göndərərək, üz-üzə qoydular. Onlar mənim çox hörmət etdiyim şəxsiyyətlərdir. Mən necə çəkib, onları efirə verməyə bilərəm? Mən özümə qarşı hörmətsizlik etmiş olaram. Bu sözü onlara da dedim. Mart ayının 30-da mənə zəng edib dedilər ki, verilişin sponsor olmadığına görə bağlanır. Sponsor yoxdur, veriliş bağlanır nə deməkdir? Zəng də etməyiblər, mesaj yazıblar. Bu sözü üz-üzə görüşüb də, mənə demək olardı. Bu cür verilişi necə bağlaya bilərsiniz ki, bütün ziyalılar bunu izləyir? Dedilər ki, gəlin ərizəni yazıb. Hələ ki, ərizə yazmamışam. 1-ci gün gedib yazmağı düşünürəm. Mənə təsir edən ərizəni yazmağım deyil, işdən gedə bilərəm. Sadəcə olaraq insanlara qarşı hörmətsizlik edirlər. Efirə çıxardığı adamlar da, verilişlər də göz qabağındadır, bəllidir. Mənə təsir edən budur. Hansı verilişin sponsoru var? Heç bir verilişin sponsor yoxdur. Bir veriliş mənə göstərsinlər ki, sponsorla efirə gedir. Bağlanmaq elə mənim verilişimə qalmışdı? Hansı ki, mənəviyyata, əxlaqa, mədəniyyətə, vicdana, şərəfə qulluq edirdi. Dəyərli ziyalılar cəmiyyətə mesajlarını mənim verilişim vasitəsilə çatdırırdılar”, - deyə Zamira Dadaşova deyib. Aparıcı onu da bildirib ki, “Açıq söhbət” verilişinə çəkdiyi 102 yaşlı veteran Fatma Səttarova, professor İlham Rəhimli və ilahiyyatçı-yazıçı Hacı Soltan Əlizadənin verilişləri yayımdan qaldırılıb. Fatma Səttarova Moderator.az-a açıqlamasında bunu təsdiq edib. “Verilişin anonsu Space telekanalında yayımlanan kimi hamı mənə zəng edib dedi ki, “Ay Fatma xanım, nə gözəl danışırsınız?”. Çünki hamı məni sevir, çox istəyir. Bilmirəm ki, niyə veriliş efirə getmədi?! Kanalın yeni rəhbəri Vadoya zəng edib dedim ki, “Vado, nə vaxtdan belə qazlanmısan ki, verilişimi efirdən çıxarırsan?” O qıza da töhmət vermisiz? Dedi ki, “yox, narahat olma Fatma ana, göstərəcəyik”. Bilmirəm daha göstərəcəklər ya yox? O haçandan rəhbər olub? Gəlib kanala niyə çaxnaşma salır? Bütün hamı mənə zəng edir! Siz kimsiniz ki, verilişi yayımdan qaldırırsınız? Mən zəng edib onunla bir də danışaram. Bu cür mənəviyyata xidmət edən verilişləri və aparıcıları televiziyadan uzaqlaşdırmaq düzgün hal deyil. Hətta deyərdim ki, ayıbdır”, - deyə veteran xanım bildirib. İlahiyyatçı-yazıçı Hacı Soltan Əlizadə bildirib ki, “Açıq söhbət” verilişinə Ramazan ərəfəsində çəkilib. “Milli-mənəvi, əxlaqi dəyərləri təmsil edən, onu insanlara çatdıran, böyük kütlə və tamaşaçı sevgisi qazanan “Açıq söhbət” verilişinin yayımdan qaldırılması xəbərini sizdən eşidirəm. Getməzdən öncə də o verilişin Rasim Balayev, Qəzənfər Paşayev və s. ziyalılar olan buraxılışını izləmişdim. Hörmət edib dəvət etdilər, mən də sözlərini yerə salmayıb gəldim. Gözəl, səmimi söhbətimiz də baş tutdu. Zamira xanım zəhmət, əziyyət çəkib, ona görə pis oldum. Özü də bizim söhbətimiz Ramazan ayına təsadüf etmişdi. Orada insanın mənəviyyatından, bir-birlərinə olan hörmətindən danışmışıq. Əlbəttə ki, çox narahat oldum. Çox təqdirəlayiq bir veriliş idi”, - deyə Hacı Soltan Əlizadə deyib. //Moderator.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Dünən, 15:36 |
|
|
|
|