Kino ittifaqları birləşəcəkmi? - MÜZAKİRƏ
Tarix: 3-01-2023, 10:59 | Çap et
2022-ci ildə ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşəsi oldu. Aylardır ki, kinematoqrafçılarımız arasında olan mübahisələr bitmək bilmir ki, bilmir. Bəs görəsən, bu il hər iki qrum daşı ətəyindən töküb birləşəcəkmi? Öncə hər iki qurumla bağlı məlumatı sizə təqdim edirik. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963- cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb. AKİ Azərbaycanın peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir. Hazırda həmin qruma Xalq artisti Rasim Balayev rəhbərlik edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı isə 2012-ci il iyunun 21-də "Nİzami" Kino Mərkəzində "Kino və konseptual problemlər" mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunmuş və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçilmişdi. Bu ilin dekabrın 20-də isə Xalq artisti Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilib. Şəfiqə xanımın yenidən katib seçilməsi sükutu yenidən pozdu. Sosial mediada geniş müzakirələrə səbəb oldu. Bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşanıb. Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev Kino ittifaqlarının Azərbaycan filminə heç bir töhfəsi yoxdur. O bildirib ki, kinomuz pis vəziyyətdədir: "Bu, ortadadır və kino ittifaqlarının Azərbaycan kinosuna heç bir faydası yoxdur. İttifaqların birləşməsi fikri də tez-tez səslənir. Belə bir şey olarsa, mən üzvlükdən imtina edəcəyəm".
ARKİ-nin katibi bildirib ki, ola bilsin ki, irəliləyən günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) qurultayı keçirilsin. O, səsləndirilən iradlarla tanış olmadığını qeyd edib: "Mən ARKİ-nın son iclası ilə bağlı səsləndirilən fikirlərlə tam tanış deyiləm. Amma deyim ki, bu, seçki deyildi, sadəcə iclas idi. Və məqsəd, bir növ, Şəfiqə Məmmədovanın namizədliyini dəstəkləmək idi. Ola bilsin ki, irəliləyən günlərdə qurultay keçirilsin. Bir daha təkrar edirəm, bu, seçki deyildi, sadəcə dəstək məqsədli iclas idi". Bununla bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov açıqlama verib. O, məsələdən hiddətləndiyini qeyd edib: "Biz qurultayın keçirilməsini gözləyirdik. Çünki sədr seçki yolu ilə qurultayda seçilir. Bunun üçün bütün kino ittifaqının nümayəndələri yığılır, bülletenlər paylanılır, sonra sədrin hesabatı dinlənilir və nəhayət sonuncu mərhələdə seçkilər keçirilir. Həmçinin, qurultay üzvləri sədrin hesabatına münasibət də bildirməlidilər. Mənə dedilər ki, qurultay olub və Şəfiqə Məmmədova sədr seçilib. Cavab olaraq bildirdim ki, bu hadisədən mənim xəbərim yoxdur. Dünyanın hər yerində kino ittifaqlarının sədri kino rejissoru olur. Çünki bu, rejissor sənətidir. Aktyor isə gəlib çəkilir və gedir, onun yeri teatrdır. Aktyor necə ittifaqa rəhbərlik edə bilər ki? Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi?" Xalq artisti bildirib ki, iclasda idarə heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi. Həmçinin, qurultayda sədr seçmək üçün bir neçə namizəd olmalıdır. Nə qurultay baş tutub, nə də Şəfiqə Məmmədovaya alternativ namizəd olub: "Şəfiqə xanım da deyib ki, "Şeyx gəlsə, aləmi qatar bir-birinə". Kinoya xidmət edən və ittifaqın yadacısı olanlardan biri mənəm. 50 ildir ki, bu sahədəyəm, Şəfiqənin o zaman harada olduğunu heç kim bilmir. Şəfiqə Məmmədova hazırda bilmir ki, ittifaqda kim nə ilə məşğuldur. Mən 10 ildir ki, kinoda yoxam, onun isə bu sahəyə heç bir aidiyyatı yoxdur". O, əlavə edib ki, bu yalançı qurultaydır və dövlətin adından istifadədir: "Şəfiqə Məmmədova dövlətin adı ilə yalandan alver edib və katiblərin hesabat məruzəsini dinləyib. Həmçinin, onu qurultay kimi təqdim edərək mətbuata da informasiya verib ki, guya yekdilliklə sədr seçilib. Bu, yalandır, belə bir qurultay və seçki olmayıb. Bu, çox gülməli vəziyyətdir. 10 ildir ki, qurulay keçirilmir, amma onun 5 ildən bir keçirilməsi lazımdır. Dövlət buraya pul ayırıb. Şəfiqə Məmmədovanın 80 yaşı var, onun sədr kimi orada nə işi var? Bu ittifaq heç nəyi həll etmir. İttifaq 2-3 nəfərin şəxsi butqası və sexinə çevrilib. Onlar da öz qohumlarını oraya yığıblar. Orada nə işlə məşğuldurlar, heç kim bilmir. Dövlət ittifaqa o qədər pul ayırır, lakin kinonun özünə pul ayırmaq lazımdır. O puldan səmərəli istifadə edərək yaxşı filmlər çəkmək olar". Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev isə mətbuata açıqlamasında Azərbaycanda iki kino ittifaqına ehtiyac olmadığını bildirmiş, onların birləşdirilməsini təklif etmişdi. Həmin ittifaqın katibi Əli İsa Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında birləşməyə hər zaman hazır olduqlarını bildirib: "Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq hər zaman birləşməyə hazırıq. Düşünürəm ki, bir olsaq, əl-ələ versək, daha faydalı işlər görə bilərik".
Məsələ ilə bağlı sabiq Mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ictimai birliklərdir. Bu qərarı onlar verməlidirlər: "Biz onların fəaliyyətinə qarışmaq istəmirik, sadəcə dəstək göstəririk. Bu ictimai birliklərin birləşməsi məsələsi onların özündən asılıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
• Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35 |
|
|
|
|