Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                     Azərbaycanda mənzillər 10 % bahalaşıb .....                     Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi .....                     Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? .....                 

"Mən generalın tapançası altında işləmiş adamam..." - Orxan Fikrətoğlu
Tarix: 26-12-2022, 10:48 | Çap et
"Mən generalın tapançası altında işləmiş adamam..."
Yazıçı, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Orxan bəy, müxtəlif sahələrdə özünüzü sınayarısız: yazıçı, ssenarist, rejissor, jurnalist, idman sahəsi, biznes, Milli Kulinariya Mərkəzinin, AYB şirvan filialının rəhbəri... Bu müxtəlifliyin səbəbi nədir?

- Ədəbiyyat bu gün yazıçını yaşatmır. Azərbaycanda naşirlə yazıçı arasında qanunla tənzimlənən hüquqi zəmin yoxdur.Ədəbi mətnlə ailə saxlamaq mümkün deyil. Əgər mən menecer kimi hər hansı bir sahəyə yenilik gətirirəmsə, burada işləməklə ədəbiyyata və jurnalistikaya xəyanət etmirsə, niyə də olmasın? Sabah tutalım,yanğınsönüdürən də işləyə bilərəm.Bundan kimə nə? Əgər işin öhdəsindən gələ bilirmsə niyə də olmasın.

Bu mənim və məni bu vəziəfələrə təyin edənlərin azad seçimidir.Onlar bunun müqavilində məndən iş də tələb edirlər. Bacarmasam bu ayrı məsələ! Mən niyə bir yerdə oturmalı və bütə çevrilməliyəm ki? Nə qədər ki, gücüm var,əlaqələrim var,iş qura bilirəm. Özümü sınayıram da…

- Kulinariya sahəsi sizin üçün çətin deyilmi?

- Kulinariya nənələrimizin qalib ərləri üçün yaratdığı süfrə mədəniyyətinin bir parçasıdır. Milli irsimizdir. Mən Çexiyada böyüməmişəm ki.Mən də bu süfrənin artığı ilə böyümüşəm.Bu gün isə mən bu sahənin təkmilləşməsi ilə məşğulam. Kulinariya sahəsində uzun illər boyu çalışan işlək komandaya sahibəm və altı ay ərzində bu komandanın dəstəyi və Turizm agentlyinin dəstəyi ilə xeyli iş görmüşük. İlk öncə milli mətbəximizin reyestri üzərində iş intensivləşib. Milli Kulinariya Mərkəzinin saytını yaratmışıq. Burada Azərbaycan milli irsi ilə bağlı ingilis və digər dillərdə nəşr olunan materialların toplanır. Artıq bir neçə süjet çəkilib və dövriyyəy buraxılıb.

Eləcə də Milli Kulinariya Mərkəzinin loqosu dəyişdirildi.İtaliya ilə saziş imzalamışıq.Müştərək təbliğ barədə.Bu sahədə ən mühüm iş təhsil sisteminin yenidən və daha təkmil şəkildə formalaşmasıdır.Almaniyada təhsli almaq üçün qida mühəndisliyi, qida texnoloqu, aşbaz və digər sahələr üzrə təhsil alacaq gəncləri toplayıb formalaşdırımışıq.

Gələn ildən tədris başlayacaq. İqtisad Universiteti və Türkiyənin Ege Universiteti ilə bərabər yeni təhsil sistem üzərində işləyirik. Birgə memorandum imzalamaq ərəfəsindəyik. Azərbaycanda kulinariya ilə bağlı tədrisdə tamam yeni elmi-metodoloji yanaşmanın əsasını qoyuruq. Son illərdə dünyada qidanın hazırlanması ilə bağlı yeni avadanlıqlar ixtira edilib.

Biz bu yeni texnoloji ilə işləyən aşpazların hazırlanması, o texnologiyanın Azərbaycana gətirilməsi, geniş spektrdə Azərbaycana təqdim edilməsi, bunun təhsilinin proqramlaşdırılması və yaradılması üzərində də işləyirik.Autizm xəstəsi uşaqları,uşaq evində böyüyən vətəndaşlarımızla bağlı xüsusi proqramlarımız var.İşğaldan azad edilmiş ərazilərdə kulinariya sahəsini yenidən təşkilatlandırılmasını,bu ərazilərdə yeni iş yerlərinin aşılamasının təmin olunması mexanizmlərini düşünürük.Bəhrə,Nübar,Qış festivallaırnı yaratmışıq.Yeni nəşrlər,elektron arxiv üzərində işləyirik.Unudulmuş dadları bərpa edirik.

Artıq nanotexnologiya dövrüdür, bütün dünyada yeni hədəflər və yanaşmalar dəbdir. Bu zəmində sertifikatlaşmış aşpazların formalaşması, ciddi təlim keçə bilən münsiflərin, müəllimlərin hazırlanmasına çalışırıq. Yeni Milli Kulinariya Assosiasiyası da yaradılıb. Bir daha oxucuların diqqətinə çatdırıram ki, Milli Kulinariya Mərkəzi ancaq aşpazlarla işləmir və qida anlamı ilə məhdudlaşmır.

Milli Kulinariya Mərkəzi elmi-metodoloji bazadır, qida istehsalçıları,dağıtımçılar və digərləri ilə işləyən və bu sahənin qanunvericilik bazasını təmin edən dövlət qurumudur. Burda qoğal bişirmirlər.Qoğalın tarixini və dəyərini yazırlar. Milli Kulinariya Mərkəzi dövlətin yumuşaq siyasətini müəyyən edən dövlət qurumudur. Bizim Xarici İşlər Nazirliyi ilə içbiiliyimiz var və gələn ildən birlikdə fəaliyyət göstərəcəyik. Azərbaycanın xarici ölkələrdə təmsil olunanan bütün səfirliklərində milli mətbəx günləri təşkil olunacaq. Gələn ildən bu işlərə strat veriləcək. Prioritet ölkələr, Azərbaycan siyasətinə lazım olan ölkələr artıq müəyyən olunub.

- Bütün bu qayğılar Orxan Fikrətoğlunun yazı masasının dəyişməsinə səbəb olmayacaq ki?..

- Orxan Fikrətoğlu o qədər zəif adam deyil ki, masa ilə dəyişsin. Əgər söhbət mənim ədəbiyyatdan kənarlaşmağımdan gedirsə, ANS kimi döyüşkən jurnlastika belə məni ədəbiyyatdan ayıra bilməmişdi.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, kinematoqrafiya sahəsinə getməklə romanlarınızı kənara qoymusunuz. Yadımıza düşmüşkən, siz "Şamaxı" futbol klubunun idarə heyətinin də üzvüsüz.

- Futbol da mənə yad sahə deyil. Vaxtilə peşəkar futbolla məşğul olmuşam. Azərbaycanın yeniyetmələr üzrə milli futbol takımında, “Dinamo”nun dublyorunda oynamışam. Futbol mühiti mənə çox doğmadır. Bu günə qədər də səhərlər futbol oynayıram, hər səhər bir saat qaçıram, həftədə beş dəfə üzürəm.Bu da ədəbiyyata mane olmur. Adam bütövdürsə mənə inanın ki, ona heç nə mane olmur. Əksinə iş onu daha da gücləndirir.

- Azərbyacan Yazıçılar Birliyinin sonuncu qurultayı ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Qurultaya Azərbaycanda olan ənənəvi münasibət, qurultay öncəsi təşkilatlanmalar, kiminsə ürəyindən Anarın kreslosuna yiyələnmək istəyinin keçməsi, Anarın özünün kresloya münasibəti, bundan başqa, yeni yaranmış jurnalistikada hay küy elementləri - bütün bunlar qurultay qabağı vəziyyətin hisi pasıydı..

Onu da deyim ki, Azərbaycanda jurnalistika sahəsi çoxdandı yoxdur, bu, yaşanan post-jurnalistika dövrüdür. Bü müstəvidə daha çox qərəzlər, nəfsdən və böyük cibli əmrdən gələn fərqli paradiqmalar, baxış bucaqları və maliyyə xərcləyən tərəflərin maraqları dominantdır. Jurnalsitikamızın ədəbiyyata, Azərbaycan Yazıçılar Birliyinə, xüsusilə də onun struktur dəyişikliyinə aşırı marağı, mənə inanın ki,gerçək hekayənin bir cümləsinə əsil şerin bircə misrasına belə dəyməz.

Düşünürəm ki, ciddi şair və yazıçılar belə reallıqdan və qarşıdurmadan uzaq olmalıdırlar, necə ki, mən uzağam.

AYB-nin son qurultayı ilə bağlı düşüncələrimə, müşahidələrimə gəlincə, məsələyə çox real baxıram. AYB-nin strukturu SSRİ-dən qalmadır. Əgər Anar və Anarın ətrafında olan o dövrün yazıçları, atama (mərhum Fikrət Sadıq nəzərdə tutulur-red.) çox yaxın olan insanlar həmin strukturu və orada formalaşmış, sovet dövrünə və ondan öncəki dövrə aid, bu gün də yaşanan müəyyən dəyərləri qorumasaydılar, onlar orada olmasaydılar, Azərbaycan yazıçılar təşkilatının özü də, nüfuzu da tamamilə başqa sifətə düşəcəkdi. İnandırım, elə bir sifətə düşəcəkdi ki… O sifətə düşmüş təşkilatları da siz məndən çox görmüsünüz.

Bu o demək deyil ki, yazıçı Anarın və yaxud gənclərdən kiminsə, tutaq ki, başqa gənc bir Anarın orada olması Azərbaycan ədəbiyyatına təsir edə bilər və yaxud əksinə... Azərbaycan dövlətinin, dövlətçiliyinin bugünkü reallığında AYB müəyyən mənada Anarın varlığıyla şəkillənib. Sabah necə olacaq, bunu hər halda yazıçı Anara müxalif olanlar müəyyən etmir.

Kresloya iddiallılar AYB-ni olduğu kimi idarə etməyi düşünürlərsə, çox yanılırlar. Artıq dövr başqadır. Azərbaycan Yazıçılar Birliyinə ehtiyac yoxdur, amma yazıçı Anara ehtiyac var. Çünki yazıçı Anar və Anarın ətrafında pis yaxşı bir oturaq ənənə formalaşıb. Həmin ənənə artıq 30 ildir ki, real, yoxsa qeyri-real güc olsa da var. Və bu danılmaz faktdır. Yenisi necə olacaq? Bax bu sualdır. Çünkü hələ ki yaranan bütün yeniliklər köhnələrdən təəssüf ki, yaxşı olmur.

Mən bütlərin ilahiləşdirilməsinin tərəfdarı deyiləm. Amma Allahsız peyğəmbərlərin olmadığını da çox yaxşı bilirəm. Məsələ keyfiyyətdə deyil, məsələ heç istedadda da deyil. Məsələ mühütün özündədir. Gələn də olan kimi ancaq özünü düşünücəksə nə dəyişəcək ki?

Amma yeni yaranmış iddiallılar da fərqli və daha istedadlı deyillər. Onların Azərbaycan ədəbiyyatına nəsə gətirəcəyi şübhəlidir. Nəyi nə ilə dəyişmək istəyirsiniz?! Artıq 30 ildir bütləşmiş reallığı nəyə dəyişəcəksiz?! Anarın yerinə gələcək qüvvə hələ bütə çevrilməyib. Belələrinin istedadı, Azərbaycana xeyri və təmənnasız xidməti hələ sual altındadır.

Azərbaycanda xoşagəlməz bir tendensiya yaranıb, hamı özündə güc tapıb nəyəsə münasibət bildirir. Amma özünə sual vermir ki, mən nə etmişəm?! Orxan Fikrətoğlu 1983-cü ildə SSRİ Yazıçılar Birliyinin ən gənc üzvü olub. Onda gərək Azərbaycan Yazıçılar İttifaqının katibi İmran Qasımova mən onda deməliydim ki, gənc yazıçıyam, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışam, sən kreslodan dur, mən oturum?

Bir misal çəkim. Türkiyədə az qala hər tanınmış yazıçı özünə bir yaradıcı təşkilat qurub. Bu isə özünü doğrultmur. İstanbulda kitabımla bağlı bir görüş keçirilirdi. Orada yazıçıların 80 faizi Nobel mükafatına layiq görülmüş Orxan Pamuku tanımırdı. Düşünürəm ki, belə xaotik mühitdənsə, SSRİ-nin dövründə yaranmış mərkəzləşmiş ədəbi qurum daha yaxşıdır.

- AYB-nin filial sədrisiz. Belə bir məsələni soruşmaq istərdik. Azərbaycan paytaxtdan ibarət olan ölkə səviyyəsindədir. Sizcə, bölgələri paytaxt səviyyəsinə gətirmək, yaxınlaşdırmaq üçün hansı addımları atmaq lazımdır?

- Siz çox böyük məsələyə toxundunuz. Sizə bir əhvalat danışacam. Məni bir ölkənin səfiri qəbul eləmişdi. Sual verdi ki, “sən Azərbaycanı necə hiss edirsən? Bakını ayrı, bölgələrini ayrı?” O dəqiqə anladım ki, adam nədən danışır. Vladimir İliç Leninin, ingilis kəşfiyyatının və digər ölkələrin arzu planından. Mən təbii ki, ona Orxan Fikrətoğlu kimi cavab verdim. Dedim ki, "mən nəinki bölgələrin Bakı ilə bir olacağını,hətta bütün Turanın bir olacağını düşünən bir adamam! ”

Bölgələr mütləq inkişaf etməlidir. Bakı Azərbaycanın paytaxtıdır, amma bu gün bütün bölgələrin Bakıya axışması anormaldır, ən azı bizi işə gecikdirən tıxaclara səbəbdir. Azərbaycan təkcə Bakıdan ibarət deyil və Bakıda, Sumqayıt tərəfdə sənayeləşmənin formalaşması, bütün dövlət strukturlarının yerləşdirilməsi, təhsil ocaqlarının bölüşdürülməsi düzgün deyil.

Bölgələrin iqtisadi inkişafı Azərbaycanın gələcəyinin təminatıdır. Düşünürəm ki, işğaldan azad olunmuş Qarabağ torpaqları 20 faiz ərazimizdir. Qarabağda aparılacaq quruculuq işləri birmənalı olaraq Azərbaycan dövlətçiliyinin prioritetidir. Hər bir insan öz beyni, əqidəsi və vicdanı ilə bölgəyə qayıtmalıdır.

Mən ANS-dən müəyyən problemlərə görə ayrıldım. Türkiyəyə köçdüm və iki il orada yaşadım. Sonra yenidən Azərbaycana dəvət aldım. ARB kanalında mənə iş verdilər. Orada iki veriliş hazırladım: “Kəndinə dön”, “Köməyə gəl!”

“Kəndinə dön ” verilişində uzun müddət xaricdə yaşamış və Azərbaycana qayıtmış şəxslərin kəndinə dönmələri və öz kəndlərində iş qurmaqları barədə süjetlər təqdim edirdim. Maarifçi bir xətt idi. Niyə mən Şamaxıya qayıtmışam? Bakıda doğulub, Moskvada yaşamış adamam. İlk dəfə Şamaxıya gedəndə mənim 30 yaşım var idi. Düzdü, Şamaxını ora getmədən də həmişə vətənim bilmişəm. Atam Fikrət Sadığın qanı, geni və mühiti bütün ailəmizi Şamaxı sevgisi ilə formalaşdırmışdı.

Özümü örnək çəkməkdə məqsədim budur ki, bir çoxları bunu etsin. Sizin sualınıza cavabı pis, yaxud da yaxşı mənada qəbul etsinlər, Bakıda nüfuzu olan adamlar bölgələrə qayıtmalıdırlar və bölgələri dirçəltməlidirlər. Azərbaycanın işğaldan azad olunmuş 20 faiz ərazisini dirçəldəcək dövləti bu qədər yükləmək olmaz. Kimin nəyə gücü çatır, öz bölgəsində etsin.

Milli burjuaziya formalaşmasa, ədəbiyyat da,kina da formalaşmayacaq. Siz ilk sualınızda ünvanladınız ki, niyə ədəbiyyatda, kino sahəsində yox, kulinariya sahəsindəsiniz. Ona görə ki, milli burjuaziya Azərbaycan ziyalı institutunu yetişdirmək marağında deyil. Hacı Zeynalabdin Tağıyev olmasaydı, Azərbaycan mətbuatı olardı? Zeynalabdin Tağıyev olmasaydı, Azərbaycan siyasəti belə olmazdı. Çünki milli burjuaziya psevdoelitadan yaranmır. Yalançı elita, yalançı burjuaziya formalaşırsa, onun istəkləri də yalançı, saxta və süni olur.Əyalət qoxulu olar.Milli burjuaziya heç vaxt alver etməz,dükan açmaz. Qazet açar.Film sifariş verər.Ziyalını yaşadar.

AzTV-də 1990-cı ilin 20 Yanvarından sonra Azərbaycanı işğal etmiş generalların tapançası altında verilişlər hazırlamış adamam. Mənim o generallarla işləməyim daha asan idi, çünki onların konkret sifarişləri var idi. Onlar deyirdilər ki, bunu etmə, mən isə edirdim. Amma bazaar mənə diktə edir ki, bunu etsən yaşayacaqsan, etməsən yaşamayacaqsan. Ədəbiyyatı, kinonu, jurnalistika sahəsini bazardan qoruyacaq milli burjuaziya yetişməlidir. Əyalətin sənayeləşməsi və tamamilə yeni sferada təşkilatlanması nəticəsində dövlətlə bərabət milli burjuaziya da yaratmalıdır.

- İndi Azərbaycanda yaxşı əsər üçün meyar xaricdə nəşr olunmaq sayılır. Sizcə, ümumiyyətlə, yaxşı əsərin kriteriyası nə olmalıdır?

- Ədəbiyyatın missiyası, ədəbiyyatın təqdimatı əyalət əhvalı ilə mütləq mərkəzə daşınmaq deyil. Nəyə görə azərbaycanlı yazıçılar düşünürlər ki, kitabları Rusiyada və yaxud Avropada çap olunsa onlar böyük yazıçı sayırlacaqlar?

Lev Nikolayeviç Tolstoyla qraf Tolstoyun eyni məsələlərə münasibətdə fərqləri bilirsinizmi nədir ? Lev Tolstoy kəndlidir, qraf Tolstoy isə qrafdır.Və onlar fərqli düşünürlər. Lev Tolstoy Qafqazda müsəlmanları öldürmüş bir şəxsdir, döyüşçüdür, əsgərdir, kəndlidir. Onu bizə mülkədar kimi təqdim edirlər, amma daxilində bir bic kəndli gizlənib. O, böyük yazıçıdır və mən ondan böyük yazıçı tanımıram. Amma qraf Tolstoy Lev Tolstoydan fərqlidir. Onun paradiqması, baxış bucağı qraf baxış bucağıdır və Rusiyada az təbliğ olunan bir təbəqənin yazıçısıdır. Mənim fikrimcə, qraf Tolstoy daha zadəgan, daha real və daha adekvatdır. Başqa xalqlara münasibətdə də daha tolerantdır. Söhbət ədəbiyyatdan yox ha paradiqmadan gedir.

Niyə azərbaycanlı yazıçı düşünməlidir ki, əsəri mütləq Almaniyada çap olunmalıdır? Mənim son kitabım Almaniyada nəşr edilib.İndi bu nə deməkdir ki ? ! Bu sadəcə o deməkdir ki mənim kitabım Alniyada çap olunub. Türkiyədə də kitablarım nəşr edilib. Bu o demək deyil ki, mənim yazdıqlarım məhz buna görə yaxşı ədəbiyyatdır. Sadəcə əsərdi də, hardasa nəşr edilib.

Bilirsiniz, yaxşı ədəbiyyat kriteriyası Azərbaycanda nə vaxt formalaşacaq? Təəssüf ki, SSRİ dağılandan ədəbi zövq və onu idarə edən müstəvi də yoxa çıxıb. Azərbaycanda ədəbiyyatı müəyyən edəcək real ciddi ədəbi tənqid institutu olmalıdır. Azərbaycanda ədəbiyyatı təbliğ, təhqir, hətta təyin edəcək ədəbi senz yaranmalıdır.Bunları yazıçı yarada bilməz.O buna qadir deyil. Gerçək ədəbi tənqid sizin düşünə bilmədiyinizi bir mövzu kimi gündəmə gətirib, onu sizə mövzu olaraq hədiyyə edən sehrkardır. Ədəbiyyatı ədəbi tənqid müəyyən edir. Bu gün Azərbaycan ədəbiyyatını müəyyən edən beyin mərkəzləri yoxdur. Bu gün Azərbaycan ədəbiyyatını idarə edəcək senzura, münsif də yoxdur.Hərə özünü təbliğ edir.Və özünü dahi elan edib.

Bu gün Orxan Fikrətoğlunun necə bir yazıçı olduğunu müəyyən edən, onun yaxşı və yaxud pis yazıçı olduğunu deyə bilən avtoritet bir mərkəz varmı?! Yoxdur.Hər şeyi əlaqələr həll edir. Ədəbiyyatı ilk növbədə müəyyən edən onun ədəbi tənqidi və avtoritetləridir.

Fikrət Sadığın bir şeiri yadıma düşdü:

Yerindən duran hər tip,
Eliyir kitab tərtib.
Alimin də yönsüzü,
Yazır ona önsözü.


Belə bir reallıqdayıq. Ona görə düşünmürəm ki, inqilabi dəyişikliklər bu zəmini formalaşdıracaq.

- Çar Rusiyası dövründə Qori Müəllimlər Seminariyası fəaliyyət göstərirdi. Onun məzunlarının gördüyü iş hamımıza məlumdu. Sovet dövründə Maksim Qorki adına Ədəbiyyat İnsitutunun Azərbaycandakı yetirmələri və fəaliyyətləri haqqında nə düşünürsünüz?

- Çox ənənəvi sualdır. Qori Seminasiyasını ona görə yaratdılar ki, Azərbaycanı İrandan ayırsınlar. Mən bundan film etmişəm. Yəni Azərbaycanı idarə etmək üçün yeni idarəçilər yetişdirsinlər və Azərbaycanda rus imperiyası təfəkkürünə xidmət edəcək sinif formalaşsın. Amma nəticədə elə bir sinif formalaşdı ki, onlar Azərbaycan Cümhuriyyətini qurdular.

Maksim Qorki adına Ədəbiyyat İnsitututunda da yəqin ki, bizi sovet ittifaqına xidmət edəcək yazıçı kimi görrmək istəyənlər var idi. Amma belə olmadı. Bununla belə biz müəkəmməl təhsil aldıq. O zaman Bakıda belə bir təhsil almaq mümkün deyildi. Burada rüşvət dəb idi. Bir də yerlibazlıq...

Eyni zamanda Maksim Qorki adına Ədəbiyyat İnsitutunun şair-yazıçı yetişdirdiyini də desələr, inanmayın. Çünki institutut yazıçı, şair yetişdirmir, sadəcə mühit imkanı yaradır ki, oradan çox şey görüb-götürəsən.

Rusiya mühitindən çox şey götürmüşəm. Məsələn, mənim bu gün də bir çox ölkələrdə yaxın dostlarım var. Abxaziyanın prezidenti Ardzinba, İçkeriyanın prezidenti Yandarbiyev, Rusiaynın məşhir iş adamı Gena Luşko və bir çoxları tələbə yoldaşlarım olub. Bu gün də mənim Rusiyada yaşayan və məşhur " Kolyada" teatrının qurucusu Nikolay Kolyada ilə yaxın dostluq münasibətim var. Bu mənim üstünlüyümdür. Rus ədəbiyyatını Kolyadanın vasitəsiylə bəlkə Azərbaycan ədəbiyyatından da yaxşı bilirəm. Eləcə də müasir qazax, qırğız, tuva ədəbiyyatını.

Amma hərdən ədəbiyyat üçün yaman darıxıram. Ölkədə ədəbiyyat fondları olsaydı əlbətdə ki, ancaq yazı yazardım. Nəsr çox ciddi sahədir. Heç vaxt maddi azadlığım olmayıb ki, oturum ürəyim istədiyi romanımı yazım. Yazı yazmağa vaxtım həmişə az olub. Düşünürəm ki, Allah ancaq yazı yazım deyə bundan sonra da mənə bir qədər ömür verəcək.

Demişdim ki, 50 yaşıma qədər televiziyada qalacam. 50 yaşımda isə yazılarıma qayıdacam. Alınmır. Yarımçıq qalmış 10 romanım var, üzərində xalça toxuyurmuş kimi işləməliyəm. Bu müasir yazıçının taleyidir. Hər halda bu Orxan Fikrətoğlunun taleyidir. Yenə Atam Fikrət Sadığın bir şeiri yadıma düşür:

İnsanın ürəyində həm qurd, həm şeir ola bilməz.

Çünki qurd şeiri yeyir.

Bu gün şair ürəyində şeiri qoruyub, qurd kimi yaşamalıdır. Başqa yolu yoxdur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23
Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19
Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17
ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru