Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                 

Baba Vəziroğlu “Poz, qazan”a ÜSYAN ETDİ - “Lotereya qadağan deyil, amma belə yox, “ağ eləməyin””
Tarix: 29-09-2022, 09:25 | Çap et
Baba Vəziroğlu “Poz, qazan”a ÜSYAN ETDİ
“Təbii ki, “Poz, qazan” kimi lotereyalar insanı yoluxduran oyunlar sayılır. Aydındır ki, həmişə möcüzələrə atlanan kasıblar olur. Möcüzə gözləyən kasıbdır ki, bəlkə, göydən bir torba pul düşər, problemimi həll edərəm. Zənginlərə göydən düşən pul lazım deyil ki. Onların yerdə pulları çoxdur. Lotereyaya pis baxmıram. Reklamlarda da verirlər, kiminsə bəxti gətirir, gedib evini təmir etdirir. Lotereyanı ona görə icad ediblər ki, oyunu təşkil edənlər daha çox qazansınlar, nəinki millət. Bəxtəbəxt bir şeydir. Yüzü uduzur, biri-ikisi qazanır. Amma ən çox qazanan, təbii ki, lotereyanı təşkil edən şirkətdir. Dövlətə də müəyyən faiz gedir, aydındır. Əleyhinə deyiləm. Amma belə lotereyaların bilavasitə məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında satılması məni də narahat edir. Şagirdi təhsildən heç nə ayırmamalıdır. Belə şirnikləndirici oyunlar məktəbləri elmdən, təhsildən yayındıra bilir. Bakı Şəhər İcra Hakimiyyətinin başına yer qəhət deyil ki…”

DİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, “Poz, qazan” kimi lotereyaların satışı üçün məktəblərdən, mədəniyyət ocaqlarından daha əlverişli yerlər var: “O lotereya masalarını düzməyə Bakıda yer çoxdur. Restoranların, kafelərin qabağında satsınlar. Lotereyaya meyillilik daha çox belə yerlərə girən insanlardadır. Belə insanların vaxtları daha çoxdur. Buna ictimaiyyət öz səsini qaldırmalıdır. Amma məktəblərin, mədəniyyət ocaqlarının yaxınlığında belə satışların həyata keçirilməsi ilə bağlı məsələni əsas Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi qaldırmalıdır. Belə yerlərdə lotereyaların satışı ürəkaçan deyil. Uşaqlarımız belə oyunlara, telefonla göndərilən əxlaq pozucu videolara çox meyillidirlər. Hansısa qüvvələr çalışırlar ki, uşaqlarımız savadsız, təhsilsiz, mədəniyyətsiz qalsınlar. Bunu istəyən qüvvələr çoxdur. Onlar, təbii ki, dost yox, düşməndirlər. Bunu biz anlayırıq. Onlardan qorunmağa çalışırıq. Bir də var, öz doğma qurumlarımız, yaxud sapı özümüzdən olan baltalar buna şərait yaradanda, əlbəttə, bizə toxunur. Bizim yüz dəfə bunu deməyimizlə əmələ gəlmir. Azərbaycanda əsas işləyən dövlət rıçaqlarıdır. Hətta dinin də rıçaqları işləmir. Din deyəndə ki, bunu edən cəhənnəmə gedəcək, deyəcəklər “əşi, cənnəti elə mən burda gördüm, cəhənnəm bilmirik var, ya yoxdur”. Amma dövlətin rıçaqları möhkəmdir, onlar hərəkətə keçməlidir. Dövlətin həbsxanası, təhdidləri, cəzası var. Dövlət deyir “cəhənnəmdə yox, elə indi cəzalandıracağam”. Dövlətin üstünlüyü də bundadır. Mən təsadüfən Elm və Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin adını çəkmədim. Onlar mütləq etiraz səslərini rəsmi şəkildə qaldırmalıdırlar. Bakı Şəhər İcra Hakimiyyətinə gücləri çatmırsa, daha böyük yuxarı instansiyalara müraciət etməlidirlər. “Lotereya satırsınız, çox sağ olun, amma bizdən bunu uzaq edin” deməlidirlər. Lotereya oyunu bizdə qadağan deyil ki. Edin, amma belə yox, loru dildə desək, “ağ eləməyin””.

Baba Vəziroğlu Bakının mərkəzi yerlərində qumar xarakterli lotereyaların satışına icazə verildiyi halda, kitab satışının, sərgisinin təşkilinə icazə verilməməsinə də münasibət bildirib: “Kitab satışına heç bir məhdudiyyət olmamalıdır. Hətta yazıçı Kəramət Böyükçöl kitablarını satır. Mən alqışlayıram ki, ona maneə olan yoxdur. Küçə musiqiçiləri kimi hər bir müəllif öz kitablarını qarşısına qoyub sata bilər. Düzdür, mötəbər mənbədən eşitmişəm ki, küçə musiqiçilərindən də “haqq” alırlar. Fərqi yoxdur, kitabımı satıramsa, mən də müəyyən qədər “haqq” verim, razıyam. Təki məhdudiyyət olmasın. İctimai qaydaları pozmamaq şərtilə. Kitab satışı “Quran” satışı kimi bir şeydir. “Quran” da kitab adlanır”.

B.Vəziroğlu oxuduğu kitablardan da söz açıb: “Ən son oxuduğum kitab elə öz kitabımdır. İki gün qabaq çapdan çıxıb. “Qalanı xatirədir” adlı kitabdır. Ona görə oxuyuram ki, görüm nə səhvlər gedib. Bundan əlavə, əlbəttə, hər gün oxuduğum kitablar var. Azərbaycan, rus, dünya ədəbiyyatı… Tez-tez oxuduğum rus klassikasından Çexov, bizdən isə Rafiq Tağıdır. Tez-tez onlara qayıdıram. Əlbəttə, dostum Ramiz Rövşəni oxuyuram. Əslində oxumaq deməyək, tez-tez onlara qayıdıram. Çünki yaxşı təzə kitab artıq möcüzə kimi bir şeyə çevrilib, həmişə yoxdur axı. Ona görə də dəfələrlə, təkrar-təkrar sevdiyim yazıçılara qayıdıram, Dostayevski, Markes, Çexov, Rafiq Tağı, Ramiz Rövşən… Bu gün oxuduğum yazıçılardan biri də Şərif Ağayardır. Mübariz Örən də. Əsasən nəsir daha çox oxuyuram. Kəramətin isə bütün statuslarını oxuyuram. Düzdür, yazılarını oxumuram. Amma Kəramət statusları ilə insanı hər hala sala bilir. Həm ağladır, həm güldürür, düşündürür. Hərdən oxuyanda, ümumiyyətlə, dünyadan bezar olub, çıxıb getmək istəyirsən. Elə olur, az qala getmək ərəfəsində olduğun halda, başqa statusunu oxuyub geri qayıtmaq istəyirsən ki, dünya gözəldir. Hər mənada Kəramət Böyükçölün yazdıqları mənə çox xoşdur, mənim üçün öz yeri var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru