“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                     Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... .....                     AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü .....                     "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? .....                     Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: .....                     Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər .....                     AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... .....                     Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                     Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? .....                     Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün .....                 

“Heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər...”
Tarix: 16-07-2022, 08:45 | Çap et
“Heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər...”
Xalq artisti Afaq Bəşirqızı sağlamlığı ilə bağlı son vəziyyəti, şəxsi həyatı, gələcək yaradıcılıq işləri haqda “Yeni Müsavat”a danışıb. DİA.AZ müsahibəni təqdim edir:

- Afaq xanım, artıq teatrlar mövsümlərini bağlamaq üzrədir. Yeni mövsümdə sizi yenidən səhnədə, hansı tamaşalarla görə biləcəyik?

- Bəli, yeni mövsümdə iki tamaşada oynayacam. Həmin tamaşaların məşqləri də gedirdi, lakin mövsümə görə artıq məşqlər dayandırılıb və sentyabrdan artıq son məşqlərimizi edəcəyik.

- Bildiyim qədər, 1989-cu ildən bu teatrda fəaliyyət göstərirsiniz. Hansı obraz hələ də arzu olaraq qalır?

- Artıq elə yaşdayam ki, mənim hansısa obrazı oynamaq istəməyimin vaxtı keçib. İndi mən öz fikri gücüm və xarici görünüşümə uyğun olaraq hansısa obraz istəyə bilərəm və deyim ki, elə bu cür obraz da götürmüşəm. Bu, qayınananın müasir forması olacaq. Əsəri Şərif Qurbanəliyevlə birgə işləyirik. Tamaşaçılar əsərdə olmayan bir neçə obrazları da görə biləcəklər.

Yəni bu öyrəşdiyiniz qayınana deyil, indiki müasir, gəlini ilə bəhsə girən, dəbdən geri qalmayan qayınana olacaq. Daim öz ata-anasını, nəslini tərifləyir, gah deyir filan nəslin, gah da deyir başqa nəslin davamçısıyam və sairə, di gəl ki, heç kimi bəyənmir.

- Qayınanadan söz düşmüşkən, siz özünüz də qayınanasınız. Bəs özünüzü necə bir qaynana qismində görürsünüz?

- Bunu gərək Könüldən (gəlini - X.G.) soruşasınız. Ümumiyyətlə, mən Könülü gəlin deyil, qızım kimi görürəm. Onu həmişə öz qızım kimi sevmişəm, istəmişəm. Həqiqətən xasiyyəti də mənə oxşayır, mənim yolumu gedir. Yəni bilir ki, nəyi sevirəm, nəyi sevmirəm, nə olar, nə olmaz.

- Sağlamlığınız nə yerdədir? Özünüzü necə hiss edirsiniz?

- Mənim indi 18-25 yaşım yoxdur ki, deyim bir xəstəlik idi, oldu, keçdi. Elə bir xəstəlikdir ki, daim öz qeydinə qalmaq lazımdır. Yaş da az deyil, artıq 67 yaşım olacaq. Ümumiyyətlə, hər şeyin öz cərəyanı var, ona da uyğun yaşayıram. İnşallah, hər şey yaxşı olacaq.

- Teatr fəaliyyətinizdən danışdıq, amma biz sizi əvvəllər “Mozalan” satirik kinojurnalında, televiziya tamaşa və filmlərində, “Afaq gülür, güldürür” kimi şoularda görürdük. Yenidən bu cür layihələrdə işləmək və yaxud hansısa filmdə çəkilmək istərdiniz?

- Gərək ssenari məni maraqlandırsın, mənim üçün qeyri-adi olsun ki, o filmə çəkilim. Lakin sözün düzü, hazırda hansısa filmə çəkilmək istəyim də yoxdur... İstərdim ki, bu mövzuda film çəkilsin: hazırda bir çox qızlarımız əcnəbi vətəndaşlarla evlənir və yaxud oğlanlarımız xarici ölkələrə üz tuturlar.

- Ümumiyyətlə, qızlarımızın əcnəbilərlə ailə qurmasını necə qarşılayırsız?

- Heç də yaxşı qarşılamıram. İstərdim ki, hər kəs öz millətindən olan biri ilə evlənsin, öz dilini, dinini davam etdirsin. Əlbəttə ki, yaşamaq, işləmək üçün hara istəsən gedə bilərsən, bunu normal qarşılayıram. Lakin vətənin yerini heç bir ölkə vermir. Mən özüm çox ölkə gəzmişəm, amma müqayisə edəndə görürsən öz yaşadığın ölkə, insanlar, ünsiyyət, iş onların hamısından daha üstündür.

- Bir qədər öncə dediniz ki, o qədər də filmə çəkilmək həvəsiniz yoxdur. Bəs Qarabağ, Azərbaycan həqiqətləri, onun tarixi şəxsiyyətləri haqqında film çəkilərsə, özünüzü orada görmək istərdinizmi?

- Əlbəttə, bəli! Bundan öncəki müsahibələrimdə də demişdim, Vətən müharibəsi mənim istər səhhətimə, istərsə də fikirlərimə çox pis təsir etdi. Ümumiyyətlə, bu müharibə məni çox pis “yıxdı”.

- Xatırlayıram ki, müharibə zamanında siz tez-tez sosial şəbəkə üzərindən əlaqə saxlayıb, son hadisələri öyrənməyə çalışırdınız, hətta göz yaşlarınızı saxlaya bilmirdiniz...

- Bəli... Hamıdan məlumat, son informasiyalar əldə etməyə, öyrənməyə, onları hər kəsə çatdırmağa çalışırdım. Ümumiyyətlə, Polad Həşimov kimi igidlərimizin, oğullarımızın şəhid olması ilə heç cür barışa bilmirdim. Yay vaxtlarında hava bir qədər qaralandan sonra Şəhidlər Xiyabanına gedir, onları yad edirəm. Yəni heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər. Bütün bunlar da mənim əsəblərimə, sağlamlığıma pis təsir edir... Bəlkə də elə bir rol oynayaram, o məni sakitləşdirər.

Deyim ki, Musiqili Teatrda “Bir nəfəs qədər” adlı çox gözəl bir tamaşa qoyulur və şəhid ailələri çox böyük həvəslə o tamaşaya baxmağa gəlir. Özümə gəldikdə isə, nə həkimlər, nə də teatr rəhbərliyi sağlamlığımla əlaqədar hələlik həmin tamaşaya baxmağıma icazə vermir. Lakin deyə bilərəm ki, “Bir nəfəs qədər” tamaşasının əks-sədası çox yayılıb. Onun sədası İrandan gəlir. Tamaşa Təbrizdə səhnəyə qoyulanda soydaşlarımız xahiş ediblər ki, onu yenidən səhnədə nümayiş etdirsinlər. Beləliklə, tamaşa 3 dəfə əvəzinə, 5 dəfə oynanılıb.

- Əslində bir neçə teatrda Qarabağ mövzusunda maraqlı tamaşalara rast gəlirik. Kinoya gəldikdə isə artıq müharibədən az qala 2 il ötsün, bu vaxta qədər hələ də ortaya çıxacaq bir filmimiz yoxdur. Sizcə, səbəb nədir?

- Qızım, kino harada çəkilir? Onun bazası harada olur?

- Kinostudiyada...

- Bəs hanı kinostudiya? Vəssalam. Məsələnin cavabına buradan başlamaq lazımdır. Heç kim səyyar olaraq kameranı götürüb, film çəkə bilməz. Yaxşı ssenari, peşəkar bədii kollektiv lazımdır. Amma bunların heç biri yoxdursa, heç nə etmək olmaz.

- Düz bir ay sonra 67 yaşınız tamam olacaq. Doğum gününüzə hazırlaşırsınızmı? Necə qeyd edəcəksiniz?

- Yox, qətiyyən, bu barədə heç nə fikirləşmirəm. Çünki bir az öncə də qeyd etdiyim kimi, müharibədən qalan o ağır hisslər hələ də mənimlədir və düşünürəm ki, sona qədər də mənimlə olacaq. Nəsə etməyə, hansısa tədbir keçirməyə çalışıram, lakin sanki içəridən hansısa hiss bunun qarşısını alır. Bununla barışmaq çox çətindir...

Xalqıma cansağlığı arzulayıram. Hər biriniz canınızın, səhhətinizin qədrini bilin, özünüzdən muğayat olun!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:46
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru