“Zurna elə bir adətdir ki, hər an musiqiçini utandıra bilər”
Tarix: 21-10-2021, 10:33 | Çap et
Musiqi ruhun qidasıdır. Ruhumuzu xoş əhval-ruhiyyəyə kökləmək üçün çox vaxt musiqiyə qulas asırıq. Azərbaycan musiqisinin incəliyi, zənginliyi xanəndə və müğənnilərin ifası ilə yanaşı, instrumental ifaçılarımız tərəfindən də hər zaman təmsil olunub. İstedadlar diyarı olan Azərbaycanda bir yox, bir neçə musiqi alətində ifa etməyi bacaran musiqiçilər var. Elə müsahibimiz Məhərrəm Nəcəfzadə kimi. Həyatının nə az, nə çox düz 40 ilini musiqi sənətinə həsr edən sənətçi Moderator.az-a müsahibə verib.
- Musiqiyə marağınız neçə yaşınızdan başlayıb və ilk dəfə hansı musiqi alətində ifa etmisiniz? - Valideynlərim 1976-cı ildə məni ilk dəfə tar sinfinə yazdırdılar. Əslində məni nağaraya qoymaq istəyirdilər, sadəcə arıq, çəlimsiz bir uşaq idim, nağaranın da qabaritləri böyükdür. Fikirləşdilər ki, bəlkə də nağaranı daşıya bilmərəm. Amma müəllimlər də sonradan tar sinfində qalmağı məsləhət gördülər. Elə gün olurdu ki, durmadan 8-10-15 saat tar ifa edirdim. - Sizin nəsil-Nəcəfzadələr həqiqətən də Azərbaycan incəsənətində, ələxsus da musiqi sənətində iz qoyublar. İstərdim bundan danışaq. - Mənim qardaşlarım Abasqulu, İlham və Mehdi Nəcəfzadələr də bu sənətlə uzun illərdir məşğul olurlar. Mən də elə onlardan baxıb öyrənmişəm. Professor Abasqulu Nəcəfzadə və İlham Nəcəfzadə Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğuldurlar. Bizim evdə 300-dən çox musiqi aləti var, təvazökarlıqdan uzaq olsa da deyim ki, kamanlı alətləri çıxsaq hamısında ifa edə bilirəm. Mənə bəzən dost-tanış orkestr adam deyirlər. Bəzən sual verirlər ki, bir neçə alətdə övladım necə ifa edə bilər? Bunun üçün uşaqda fitri istedad olmalıdır. - Qardaşlarınızla eyni sənəti bölüşürsünüz, aranızda bəzən qısqanclıq olur?
- Xeyr, bizim ailədə bu cür qısqanclıqlar olmayıb. Mən onlardan gizlin ifa etmişəm, bu istedadımı biləndə çox seviniblər. Bizim aramızda həmişə mehribanlıq olub. İndi də bəzən elə şənliklərində yaxud hansısa tədbirlərdə bir-birimizi əvəz edirik. - 20-yə yaxın musiqi alətində ifa edirsiniz. Bu fitri istedaddır yoxsa qarşınıza məqsəd qoymuşdunuz? - Buna həm fitri istedad demək olar, həm də məqsəd. Mən bizim virtuoz sənətkarımız Həsənağa Sadıqovu gördüm ki, bir neçə musiqi alətində ifa edir. Fikirləşdim ki, o ifa edirsə, mən niyə ifa edə bilməyim? Alətləri götürüb yavaş-yavaş ifa etməyə başladım. Ondan sonra sənətimdə dönüş yarandı. 1979-cu ildə Baba Mahmudoğlunun rəhbərliyi ilə “Dastan” foklor ansamblı yarandı. Mən də ora dəvət olundum. 1983-cü ildə ansamblımızın üzləri həri xidmətə yollandılar. Dedim ki, Baba müəllim mən sizə kömək edərəm. O illər biz bu ansambl ilə bir çox səfərlərdə olduq, konsert proqramlarında çıxış etdik. - Bir neçə alətdə ifa etməyə can atanlar çoxdur? - Bu alətlərin hər birinin ifasını hansısa tələbəyə öyrətmək çox çətindir, yenə deyirəm bu fitri istedaddır. Bunlara meyl olmalıdır. Hal-hazırda İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəriyəm, orada maraqlananlar çox olur, gənclər gəlib soruşurlar ki, biz necə bu qədər alətdə ifa edə bilərik? Mən də deyirəm ki, siz bu alətləri ən azından tanımalısınız. - Bu musiqi alətlərindən hansında ifa etmək daha çətindir? - Ümumiyyətlə asan musiqi aləti yoxdur. Amma daha çətinləri zurna və sitarda ifa etməkdir. Zurna elə bir alətdir ki, hər an musiqiçini utandıra bilər. Çünki qamışı elədir ki, çatlasa səs dəyişir. Bir də sitar alətində ifa etmək daha çətindir. Bu qədim Hindistan tarıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|