Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                 

"Almaniyada bağladığım müqaviləyə görə bir müddət toya getməyə icazəm yox idi, hətta..."
Tarix: 15-10-2021, 09:27 | Çap et
"Almaniyada bağladığım müqaviləyə görə bir müddət toya getməyə icazəm yox idi, hətta..."
Tanınmış müğənni İlhamə Qasımova Moderator.az-ın suallarını cavablandırıb.

- İlhamə xanım, xoş gördük sizi. Necəsiniz?

- Çox sağ olun, yaxşı olasınız! Şükür Allaha mən yaxşıyam.

- Siz həqiqətən də zövqlə geyinən ifaçı, sevilən müğənni və zəngin repertuar seçiminə malik sənətçisiniz. Kimlərinsə köməyindən istifadə edirsiniz mahnı yaxud geyim seçimində?

- Xeyr, modelyer baxımından heç kimlə işləmirəm, işləyənlərə də pis baxmıram. Əslində professionallarla çalışmaq daha yaxşıdır. Bu işlərlə özüm məşğul oluram. Moda, dəb, brend geyim arxasınca qaçan biri də deyiləm. Bədən ölçülərimə hansı geyim uyğundursa onu geyinirəm. Şou-biznesə yeni gələndə deyirdilər ki, zövqsüzdür. Biz konsertlərdən pul qazana bilmirik, gəlir yeri ancaq toylardır. Gedib borc-xərc edib, görüntü xətrinə bahalı geyimlər alıb, kiməsə xoş gələcək deyə geyinə bilmərəm. Mən mahnılarımla sevilmək istəmişəm. Pulum olsaydı o qədər ətrafımda kasıb insanlar var ki, onlara kömək edərdim. Bunlar mənim üçün boş-boş şeylərdir. Təbii ki, pulum olsaydı hamısından da dəbli geyinərdim. O ki, qaldı repertuar seçiminə. Bu mahnılar dostlarım tərəfindən mənə təqdim olunur, oxuyuram. Sağ olsunlar təmənnasız hər zaman kömək olublar. Bəzən görürsən ki, mənə uyğun olmayan janrda mahnılar göndərirlər, mədəni şəkildə izah edirəm ki, bu mənim oxu tərzim, mənə aid mahnı deyil. Sabahdan yeni “Gizlicə görüşək” adlı mahnım da işıq üzü görəcək. Bu mahnım gizlin bir-biri ilə görüşən gənclərə aiddir.

- Uzun illər xaricdə yaşadınız. Neçə ildir Azərbaycana qayıtmısınız?

- 2 ilə yaxındır ki, Azərbaycana qayıtmışam. Əslində qayıtmalı idim, sadəcə olaraq valideynlərim tək qalmışdı. Çünki mənim ailə üzvlərim orda-burda idi. Pandemiyaya görə onlar dönə bilmədilər deyə mən çox narahat olurdum. Ürəyim partlayırdı. Biləndə ki, onlar qayıda bilmirlər, 2 gün ərzində qərara aldım ki, Azərbaycana qayıdacağam. İndi də vaxtımın çoxunu Lənkəran rayonunda onlarla birlikdə keçirirəm.

- İlhamə xanım, toylara getmirsiniz?

- Bir müddət mənim toya getməyə icazəm yox idi. Bu da mənim Almaniyada bağladığım müqavilə ilə bağlı idi. Müqaviləyə görə heç bir yerdə pul qazana bilməzdim. Buna görə də Azərbaycandakı pul biznesindən uzaqlaşdım. Çünki ixtiyarım yox idi harasa gedim. Hətta mən bir dəfə pulsuz tədbirdə iştirak etdim. Necə oldusa ordakı görüntüləri yutub sosial şəbəkəsində paylaşmışdılar. Şirkətdən görüb mənə öz narazılıqlarını bildirdilər. Dəfələrlə onlara izah etdim ki, bu tədbir pullu tədbir deyil. Həm də toylara ona görə getmirəm ki, bizim estrada ifaçıları öz mahnılarını ifa edəndən sonra xalq mahnıları oxumağa başlayırlar. Mən demirəm ki, xalq mahnıları ifa edə bilmərəm, sadəcə bu mənim tərzi deyil. O vaxt toya gedərəm ki, yalnız öz repertuarımla məni dəvət etsinlər.

- Bir müddət əvvəl xalq artisti Brilliant Dadaşova ilə aranızda anlaşılmazlıq olduğu deyilirdi. İndi münasibətləriniz nə yerdədir?

- Brilliant Dadaşova ilə bizim heç vaxt münasibətimiz olmayıb, o ki, qalsın tet-a tet qalmaqalımız olsun. Dostum status yazmışdı və mən də rəy yazıb fikrimi bildirmişdim. Əslində bu mövzunu qızışdıran jurnalistlər oldu. Ona görə də heç bir reaksiya vermədim. Mən öz fikrimi qalmaqal yaradım deyə bildirməmişdim.

- Bu günlərdə “O səs Azərbaycan” yarışmasında qazinin ifasından sonra bütün münsiflər ayağa qalxıb alqışlamışdılar, təkcə Brilliant xanımdan başqa. Buna necə münasibət bildirə bilərsiniz?

- Mən bu məsələyə heç bir münasibət bildirə bilmərəm, çünki həmin görüntüləri görməmişəm. Mənim evdə televizorum yoxdur, əslində var, amma 10 il əvvəlindir. İndi müasir televizorlar var, amma mən hələ də almamışam. Çünki mən evdə televizora baxmıram. Ona görə də bundan xəbərim yoxdur. Bütün xəbərləri sosial şəbəkələr vasitəsilə oxuyuram. Amma gözəl ifadırsa ayağa qalxıb, ifaçıya stimul vermək lazımdır. Mən özüm də bir neçə yarışmada münsif olmuşam. Gözəl səs, istedad qarşısında ayaqüstə alqışlayaraq xoş sözlər də deyirəm. Çünki o xoş sözlər ömür boyu həmin ifaçı ilə qalacaq. Çalışmalıyıq ki, onlara qarşı hər zaman mehriban olaq.

- Qadın kimi xoşbəxtsiniz?

- Xoşbəxtlik insanın həyatında bütün ömrü boyu ola bilmir, bir an olur. Məndə elə anlar çox olub. Bir çox insanların tez bir zamanda əldə etdiklərini mən illər sonra əldə etmişəm. Çünki qarşımı çox alıblar. Ən sonda hər şeyi əldə etmişəm, onun nəticəsi də gözəl olub. Özümü xoşbəxt hiss edə bilərəm.

- Bir müddət əvvəl həyat yoldaşınızın dünyasını dəyişməsi xəbərini vermişdiniz. Şəxsi həyatınız nə yerdədir?

- Şəxsi həyatım haqda ümumiyyətlə danışmaq istəmirəm. Çünki həyat yoldaşımın ölümü ilə bağlı faktı açıqlayanda özümə söz verdim ki, sonuncu dəfə olsun ki, şəxsi həyat haqda suala cavab verirəm. Təbii ki, həyat davam edir. Bilmirik ki, başımıza nə gələcək. Həyat yoldaşımdan sonra iki əmim və bibim də dünyasını dəyişdi. Həyatda hər şey müvəqqətidir. Biz görün nə qədər sənətkarlarımızı itirdik! Bütün bunları görəndən sonra düşünürəm ki, sən yoluna davam etməlisən. Həyatı verən Allahdır, istədiyi vaxt əlindən ala bilər. Bu fani dünyada çalışmalıyıq ki, heç kimi incitmədən, xətrinə dəymədən normal yaşayaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru