"Məhərrəmlikdən sonra ayda 10-15 sifariş almışam"
Tarix: 12-10-2021, 08:31 | Çap et
İyulun 1-də toyların keçirilməsi ilə bağlı qadağa aradan qaldırıldı. Hər masada maksimum 6 stul olmaqla, maksimum 150 qonaq qəbul etmək və ən əsası COVİD pasportunun olması şərtilə toy məclislərinin keçirilməsinə icazə verildi. Avqust ayında Məhərrəm ayının başlanması ilə Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salındı. Bir neçə gün öncə isə Səfər ayı başa çatdı. Bu o deməkdir ki, artıq toy şənliklərinin keçirilməsinə başlanıb.
Mövcud məhdudiyyətləri nəzərə alaraq, statistikaya nəzər salaq. Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakıda və respublikanın digər ərazilərində şənbə və bazar günləri 167 toy şənliyində monitorinqlər keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər 133 şadlıq sarayında, 34 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 45 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.COVİD-19 pasportu olmadığına görə isə 444 nəfər toy şənliklərinə buraxılmayıb.
Pandemiyadan sonrakı toy mövsümü qiymətlərin olduqca yüksəlməsi ilə yadda qalmışdı. Menyu qiymətləri, sənətçilərin toy qonorarları xeyli yüksəlmişdi. Bəs görəsən, bir neçə gündür bərpa olunan toy sektorunda durum necədir?
İş adamı Mürvət Həsənli “Yeni Müsavat”a bildirdi ki, Məhərrəm ayının başlaması ilə toylar müvəqqəti dayandırıldı. Peyvəndləmə tam bitəndən sonra bütün məhdudiyyətlərin aradan qaldırılması gözlənilir: “Təhsil müəssisələri, iş yerləri fəaliyyətini bərpa edib. Ölkə əhalisinin yarıdan çoxu ikinci doza peyvənd olunub. Hazırkı qaydalara görə, toyda maksimum 150 nəfər qonağın iştirakına icazə verilir, sosial məsafə qorunmalıdır, ayda bir neçə dəfə dezinfeksiya işləri aparılmalıdır. Vaksin pasportu olmayan şəxslərin toyda iştirakına icazə verilmir. Xüsusilə, buna ciddi nəzarət olunur. İşçilərin hamısı peyvənd olunub”.
Məhərrəm ayı bitəndən toyların sayında azalma müşahidə olunur. M.Həsənli bildirdi ki, bu, şadlıq saraylarının fəaliyyətinə ciddi təsir edir: “Əgər əvvəl hər gün toy olurdusa, indi yalnız 5-ci gün və həftə sonları keçirilir. Məhdudiyyətlərin aradan qaldırılması ilə təxirə salınan toyların keçirilməsi müəyyən mənada yükü azaltdı. Bazarda hərəkətlilik yarandı. Azərbaycanda toyların keçirilməsi ilə bağlı formatın dəyişib-dəyişməyəcəyi zamanla bilinəcək. Məsələn, İsraildə toy məclisində 1000 qonaq olur, toy axşam 18:00-da başlayır, təxminən 12 saat davam edir”.
Bazarda tələbatın artması qiymətlərə təsirsiz ötüşməyəcək. Təklif azalıb, üstəlik, son günlər ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Bu amillər təbii ki, toy bazarına təsir edəcək: “Azərbaycanda toy qiymətlərinin qalxma ehtimalı var. Son bir ildə ərzaq qiymətlərində 50 faizdən çox artım olub. Məsələn, 1600 manatlıq günəbaxan yağı 2000 AZN-dir. 280 AZN-ə alınan buğda 519 AZN-ə satılır. Təbii ki, bu amillər toy bazarındakı qiymətlərə təsir edir. Bu gün toy bazarında menyunun orta qiyməti 35-55 AZN arasında dəyişir”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli toy bazarının iqtisadiyyata müsbət təsir edən amillərdən olduğunu bildirdi: “Sadəcə, müəyyən qadağaların olması bu sahənin hələ də tam gücü ilə işləmədiyini göstərir. Qonaqların sayında məhdudiyyətin tətbiq olunması, peyvənd pasportunun tələb olunması toy bazarına ciddi təsir göstərir. Amma istər-istəməz şadlıq evlərinin, restoranların yenidən fəaliyyətə başlaması minlərlə yeni iş yeri deməkdir. Foto-video çəkilişlər, paltarların kirayəsi, gözəllik salonları və s. toyun nə qədər böyük biznes sahəsi olduğunu göstərir. Azərbaycanda bütün məhdudiyyətlər aradan qalxdıqdan sonra iqtisadiyyatda ciddi müsbət dəyişikliklər müşahidə olunacaq”.
Fotoqraf Ramin Aslanovnın sözlərinə görə, əvvəlki illərlə müqayisədə çəkilişlərin sayı azalıb: “Sifarişlər azalıb. Qonaqların sayının az olması ev sahiblərini çətin duruma salıb. Toya dəvət olunanların sayının az olması şadlıq saraylarıını menyuda dəyişiklik etməyə vadar edib. Əgər əvvəl foto və videoçəkiliş menyuya daxil idisə, indi bu, ev sahibindən asılıdır. 50 AZN-ə təklif olunan masa ev sahibinə 70 AZN-ə başa gəlir. Artıma həm çəkiliş, həm də ansambllar daxildir. İnsanlar buna hazır deyillər. Fərdi foto və videoçəkilişlərin qiymətində dəyişiklik yoxdur”.
Bu gün restoranda fotoçəkiliş ev sahibinə 350-500 AZN-ə, videoçəkiliş isə 800-1200 AZN-ə başa gəlir.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Yeni Müsavata” açıqlamasında təsdiq etdi ki, Məhərrəm ayından sonra toyların sayında azalma müşahidə olunur. Lakin tək səbəb məhərrəmlik deyil: “Bilirsiniz ki, bu günlər həm də şəhidlərimizin ildönümüdür. Sifarişlərin azalmasının səbəblərindən biri də budur. Pandemiya dövründə çox böyük sıxıntılarımız oldu. Bütün musiqiçilər maddi baxımdan əziyyət çəkdi. Amma vəziyyət yavaş-yavaş düzəlir. Bu gün ansamblla toyda iştirak üçün orta qiymət 3 min manatdır. Musiqiçilər toyda fərdi şəkildə iştirak üçün 300-500 AZN tələb edirlər”.
Müğənni Afət Fərmanqızı isə pandemiyadan sonra toy sifarişlərinin çox olduğunu, hər gün bir neçə məclisə dəvət aldığını bildirdi. Məhərrəmlikdən sonra isə durum nisbətən normaldır: “Məhərrəmlikdən sonra ayda 10-15 sifariş almışam. Pandemiyadan öncə behini aldığım sifarişlər var. Restoranlarda proqramlara tələbat azalıb. Əvvəl gündəlik 5 məclisə dəvət olunanlara indi gündə cəmi bir sifariş gəlir. Şadlıq evləri 150 nəfərə görə bir neçə müğənni çağırmaq istəmir. Məsələn, menyunun qiyməti 40 AZN-dirsə, 45 AZN yazılır ki, müğənninin də qonorarı ödənsin. Elə restoranlar da var ki, müğənniyə görə menyuya 20% əlavə ödəniş tələb edir”.
Məhərrəmlikdən sonra qiymətlərin artacağı ilə bağlı səslənən fikirləri şərh edən A.Fərmanqızı bildirib ki, bu, real görünmür. Əksinə, əhalinin vəziyyətini nəzərə alıb qiymətlərdə güzəşt olunmalıdır. A.Fərmanqızı toyda ansamblla birgə çıxış üçün 5-6 min AZN qonorar tələb edir.
İnfeksionistlər isə toylar başlayandan sonra COVİD-ə yoluxmaların artacağından narahatdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|