“Bundan sonra saxtalaşdırma, yalanlar arxa plana keçəcək” - Qulu Məhərrəmli
Tarix: 8-10-2021, 08:20 | Çap et
Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə Azərbaycanda televiziya kanallarının reytinqlərinin ölçülməsi sisteminin tətbiqinə həsr olunan təqdimat keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ümumölkə və peyk televiziya kanallarının, habelə reklam agentliklərinin rəhbərləri, həm yerli, həm də əcnəbi reklamverən şirkətlərin səlahiyyətli nümayəndələri, beynəlxalq ekspertlər iştirak edib.
Tədbir çərçivəsində teleölçmələr sahəsində beynəlxalq ekspertlər olan Renata Uhlarikova və Puşkar Kulkarni (“Pure X Media” şirkəti) tərəfindən yeni ölçmə şirkətinin seçimi üzrə Milli Televiziya və Radio Şurası və “Pure X Media” şirkətinin birgə fəaliyyətinin nəticələrinə həsr olunan videotəqdimat göstərilib, layihənin reallaşdırılması prosesi və müddətləri barədə ətraflı məlumat verilib, həmçinin beynəlxalq televiziya ölçmələri şirkəti olan “Kantar”ın 2022-ci ilin noyabrından etibarən Azərbaycanda televiziya ölçmələrində istifadə olunacaq texnoloji imkanları nümayiş olunub. Bu sistem dünyanın bir çox ölkələrində illərdir tətbiq edilir, bizdə xeyli gecikib. Bu sistem dünyada əslində televiziyalar arasında sağlam rəqabəti artırmaq, yalançı reytinq oyunlarına, saxtakarlıqlara imkan verməmək və verlişlərin keyfiyyətini artırmaq üçün tətbiq edilir. Azərbaycanda nə dəyişəcək, ucuz reytinqli verilişlər artacaq, yoxsa azalacaq?
Mövzu ilə bağlı tanınmış media ekspertlərinin mövqeyini öyrəndik. Bizimlə söhbətdə Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli bildirdi ki, uzun müddət televiziya məkanında reytinqlərin ölçülməsi, bununla bağlı ortaya çıxan problemlər daim mediada müzakirə olunub: “Televiziyaları da narazı salan məqamlar var. Reytinq məsələsi bütün dünyada mövcuddur. Bu, daha çox kommersiya düşüncəsinə xidmət edir. Məsələn, fransız sosioloqları reytinqi birbaşa yaradıcılığa müdaxilə hesab edirlər. Amma bu bir reallıqdır, biz bunu nəzərə almalıyıq ki, televiziya həm də kommersiya vasitəsidir. Xüsusilə özəl televiziyalar pulu reklamdan, başqa qanunla müəyyən olunmuş gəlirlərdən əldə edirlər. Amma həm də reytinqi normal istifadə edə bilmək, auditoriyanı öyrənmək, düşüncələri üzə çıxarmaq, insanların hansı proqrama baxdıqlarını aydınlaşdırmaq televiziyalara proqram strategiyasını qurmaqda kömək edir. İndi Milli Teleradio Şurasının son 12 ildə atdığı addımlar o mənada rəğbət doğurur ki, bu dəqiqə bizim televiziya məkanının tam inventarizasiyası başa çatdırılıb. Audiovizual bazarda kimlər var, reytinqlər necə ölçülür, kommersiya layihələri haradan qaynaqlanır, kimlər daha çox reklam alır, yəni bütün bu rəqəmlərin hamısı ortada var. Keçən il MTRŞ bunu bəyan etmişdi. Bu, yaxşı cəhətdir. İndi reytinqlərin dəqiq, saxtakarlıq olmadan ölçülməsi də hesab edirəm ki, bu sahədə atılan çox təqdirəlayiq addımlardan biridir. Dünyada hələlik ən nüfuzlu və mübahisə doğurmayan sistem Amerikada ”Nilsen" şirkətinin qurduğu sistemdir. O, ən müasir avadanlıqlardan istifadə edir, auditoriyanı, rəyi öyrənənlərın sayı tez-tez dəyişir, say artır. Bu, müsbət qarşılanır. Bu gün, məsələn, Avropa ölkələrinin bir çox televiziyaları ona uyğun siyasətini yeridir. Qardaş Türkiyədə reytinq öndədir. Məsələn, seriallar başlayır, amma reytinq qazanmadığına görə bəzən o serialın nümayişi dayandırılır. Yəni reytinqin rolu çox böyükdür ki, auditoriyanı biz necə tənzimləyək, proqram siyasətini necə idarə edək və tamaşaçıya hansı məhsul daha önəmlidir. O baxımdan, Azərbaycanda da gerçək, doğrulara əsaslanan reytinqin ortaya çıxması çox önəmlidir. Çünki bizdə gah bir televiziya deyir “mən birinciyəm”, ya da o birisi televiziya deyir ki, “ən çox baxılan bizim telekanaldır”. Bu cür belə reklam xarakterli çağırışları tez-tez eşidirik".
Q.Məhərrəmli təqdim olunan reytinqölçmə sistemləri ilə bağlı fikrini də əlavə edib: “Bununla bağlı təqdimatda iştirak edən ”Pure X Media" şirkəti yeni addımlarını atan, yeni nüfuz qazanan şirkətlərdən biridir. Amma tutaq ki, indi o avadanlıqlarından istifadə olunacaq “Kantar” şirkətinin isə texnoloji sistemləri Avropada və digər yerlərdə yerlərdə tətbiq olunur və xeyli də rəğbət qazanır. Bizdə də nə qədər gecikmiş olsa belə, o texnologiyadan istifadə olunması hesab edirəm ki, müsbət addımdır. Nəhayət, biz televiziya məkanında gerçək reytinqin, ölçmənin, doğru-dürüst nəticələrin şahidi olacağıq. Ümid edirik ki, bundan sonra saxtalaşdırma, yalanlar arxa plana keçəcək. Onda biz yəni tamaşaçı auditoriyasının həm zövqünü, həm dəqiq sosial tərkibini, həm də onun hansı verilişlərə baxmaq niyyətini öyrənə biləcəyik. Hesab edirəm ki, bu televiziyalara həm də ciddi sosioloji araşdırmalar aparmağa imkan verəcək və öz proqramlarını tamaşaçı marağı üzərində kökləyə biləcəklər".
Media eksperti Zeynal Məmmədli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Reytinqi ölçən reklam agentliyinin nüfuzlu olması önəmlidir, onun etibarlı maliyyə qaynaqlarının olması və tanınması önəmlidir. Adətən beynəlxalq reytinq agentliklərindən faydalanırlar. Bunların metodologiyası da aydındır, nə ilə ölçürlər, hamıya anlaşıqlıdır. İndi bu adıçəkilən qurumun adını eşitməmişəm. Bu nə dərəcədə etibarlıdır? Çox məşhur qurumlar nüfuzunun aşağı düşməsindən qorxurlar. Çünki onlar maliyyə qaynaqlarından məhrum qalırlar. Ona görə onlar doğru məlumat verirlər. ”Pure X Media" şikətinin də hansı telekanallara reytinq verdiyini bilmədən qiymət verə bilməyəcəyik. Niyə məhz o seçilib? MTRŞ bu addımı atırsa, bu müsbətdir. Burada başqa bir məsələ də var, Azərbaycanda reklam bazarı nə dərəcədə sərbəstdir. Azərbaycanda nə dərəcədə sərbəst bazar var. Media reklam bazarı ilə bağlı əlimizdə şəffaf məlumatlar yoxdur. Bu məlumatların olmaması da belə bir sual olunur ki, sərbəst bazar yoxdursa, o reytinqlər nə verəcək. Press-mediada görürdüm də, bir qəzetin tirajı 2500 idi, hökumət ona reklam verirdi, qəzet özü 15 min nüsxə satılırdı, reklam artıq verilmirdi. Televiziya da belədir. Amma addımın özü müsbət qiymətləndirmək olar, nə isə durumu dəyişmək istəyirlər. Amma reklam bazarından söz açmadan bu durumu necə dəyişmək olar?! Niyə bilinmir ki, hansı televiziyanın reklam gəliri nə qədərdir? Hətta dövlətdən maliyyələşən AzTV, İTV-nin ildə reklamdan nə qədər qazandığını bilmirik. Özəl telekanalların da nə qədər vergi ödədiyini bilmirik. Bunu bilsək, özümüz də hesablaya bilərik. Bu məlumatlar şəffaf deyil. MTRŞ ilk növbədə bunlardan başlamalıdır. Bütün problemin həlli reytinqölçmə qurumunda deyil ki. Əsas məsələ media reklam bazarında nə qədər pul var, onu bilməkdir".
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Dünən, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Dünən, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Dünən, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Dünən, 01:43 |
|
|
|
|