“Dedim ki, ölsəm də o uşağı dünyaya gətirəcəm, elə oldu ki, 15 dəqiqə ürəyim dayandı”
Tarix: 7-10-2021, 09:09 | Çap et
“Səhhətim bu aralar heç də yaxşı deyil. Təzyiqim ya qalxır, ya da düşür, heç bir dərman kömək etmir. Payız ayıdır da, böyrəklərim ağrıyır yenə də. Məndə böyrək çatışmazlığı cavan yaşlarımdan var idi” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani səhhəti haqda danışarkən deyib. Tanınmış diktor daha sonra illərdir ürəyində saxladığı ağrı-acıları bizimlə bölüşüb. “Qızım bətnimdə olanda 19 yaşın içində idim. Yoxlanışdan keçəndən sonra məlum oldu ki, böyrəyimin vəziyyəti heç də yaxşı deyil. Həkim dedi ki, uşağı tələf et, onu dünyaya gətirsən öləcəksən. Həyat yoldaşım Valid də israr edirdi ki, mənə sən lazımsan, uşaq yox. Dedim ki, yox ölsəm də o uşağı dünyaya gətirəcəyəm, məndən sənə yadigar qalsın heç olmasa. Çətinliklə də olsa həkimlərin köməyi ilə övladımı dünyaya gətirdim. Ayılanda gördüm ki, həkimlərin hər biri yerə oturub ağlayırlar. Sonradan bilmişəm ki, sən demə 15 dəqiqə ürəyim dayanıb. Həkim dedi ki, sənin və övladının sağ qalması möcüzədir. İnanın Allaha, o müddətdə mən o biri dünyanı görüb gəldim. Hətta məni sorğu-sual da edirdilər. Allaha qurban olum, almadı canımı, bu günlər üçün yaşatdı məni” deyə diktor bildirib.
Ofeliya Sənani müasir aparıcılardan da danışıb. “Dövlət televiziyasında bəzi qayda-qanunlara riayyət olunur. Aparıcıların geyimləri, özlərini aparmaqları, “haha-hihi” etməməkləri hələ də qalıb. Digər kanalların heç birində səviyyəli verilişlər görmürəm. Müğənniləri də başlı-başına buraxıblar. Çöldə yağış, qar amma müğənni efirə yay geyimində, açıq-saçıq geyimdə gəlir. Bizim vaxtımızda həmin müğənniləri geri qaytarardılar, efirə qoymazdılar. Adətən valideynlərinə hörmət etməyənlər belə geyinir, küçədə belə gəzirlər. Mən o vaxt heç bir sənətçini qısaqol geyimdə görməmişəm, hətta yayda belə olsun. İndi nəinki müğənni, efirə çıxan aparıcı da elə bil ki, podyuma çıxıb, savadını yox, geyimini nümayiş etdirir. Nə olar ki, 90 faiz geyimə fikir verəndə 10 faiz də tamaşaçıları maarifləndirməyi düşünsünlər də. Düzdü, biz müharibədən yeni çıxmışıq, verilişlərin keyfiyyətinə o qədər də varmırıq, daha çox şəhid və qazilərin problemləri ilə maraqlanırıq. Bu bizim ən öndə duran vəzifəmizdir. Amma bununla belə efiri yaddan çıxartmaq olmaz” deyə diktor bildirib. Ofeliya Sənani bir zamanlar ailəli olan məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun dostluq münasibətlərindən də danışıb. “Biz bütün diktorlar kollektivdə çox mehriban olmuşuq. Rafiqlə Roza ayrılandan sonra da bir-biri ilə dostluq münasibətlərini qoruyub saxlamışdılar. Rafiqin elə yuxa ürəyi var idi ki. Yalnız hamıya yaxşılıq etməyi düşünürdü. Biz onların arasında heç bir mübahisə, bir-birlərinə səslərini yüksəltməyi görmədik. Çünki ikisi də mədəni insan idi. Heç vaxt ailə problemlərini otaqda müzakirə etməyiblər. Kimin nə ixtiyarı var idi onların ailə işlərinə qarışsın? Ancaq onu bilirdik ki, aralarında nəsə olub və ayrılıblar. Biz onların yalnız dostluqlarına şahid etmişik. Ümumiyyətlə o vaxt televiziyalarda intriqalar, qalmaqallar yox idi. Amma indi görürsən ki, aparıcı efirə çıxır, hansısa həmkarına söz atır. Mən onlara bir ana kimi deyirəm ki, heç vaxt kiminləsə mübahisə etməsinlər, bir masanın ətrafında oturublarsa demək ki, bir ailədirlər. Biz vallah belə görmüşük” deyə diktor bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|