“Palatada həkimlə söhbət edə-edə alnını tutdu, dünyasını dəyişdi”
Tarix: 6-10-2021, 09:52 | Çap et
Xalq artisti Qəndab Quliyevanın həyat yoldaşı Eldar Rufiyev Moderator.az-ın suallarını cavablandırıb. - Eldar müəllim, necəsiniz?
- Belə də, sürünürəm xəstəliklə. Böyrəklərim əziyyət verir mənə. Yenə də min şükür bu günümüzə! - Siz bizim gözəl sənətkarımız Qəndab xanımın ömür-gün yoldaşısınız. Onu daha çox hansı günlərdə xatırlayırsınız? - Elə bir gün yoxdur ki, onu mən xatırlamayım. Hər an, hər snaiyə qəlbimdədir. Allaha and olsun! Kövrəltdiniz məni. Mənim üçün çox çətindir onun haqda ölümündən sonra danışmaq. İnsan yaddan çıxan adamı xatırlayır, Qəndab xanım heç vaxt yaddan çıxmayıb ki, onu xatırlayım da. - Necə tanış olub ailə həyatı qurmuşdunuz? - Qəndab xanıma “Leyli və Məcnun” tamaşasında baxandan sonra vuruldum. O Leylini, Canəli Əkbərov isə Məcnun rolunu oynayırdı. Mən tamaşanı izləməyə getmişdim. Qəlbən onu sevirdim, həm də gözəl xanım idi. Bundan başqa da bir neçə dəfə onun tamaşalarını izlməyə getmişdim. Mənə elə gəlir ki, Qəndab xanım da məni artıq tanıyırdı. Ona sevdiyimi deyəndə razılaşdı, ailə həyatı qurduq. - Qəndab xanımı digər sənətkarlardan ayıran, seçən hansı xüsusiyyət var idi?
- Qəndab xanımda elə xüsusiyyətlər var idi ki, heç kişilərdə elə xüsusiyyət yox idi. Hər mövzuda ürəkli insan idi. Həyat yoldaşım olduğuna görə onu tərifləmirəm. Kişi qeyrətli xanım idi, ona görə də Qədir müəllimlə dostluğu yaxşı tuturdu. - Hansı xanım sənətkara baxanda hiss edirsiniz ki, onda az da olsa Qəndab xanımın müəyyən hərəkəti, oxşarlığı var? - Xalq artisti Səkinə İsmayılova, Mələkxanım Əyyubova, xanəndə Sevinc Sarıyevanı bəzən Qəndab xanıma oxşadıram, ürəyimə salıram. Bəzən elə zəngulə vururlar ki, elə bilirəm ki, Qəndab xanımdır. Onların hamısı da Qəndabı çox istəyənlərdəndir. - İbrahim Tatlısəslə bir toyda çəkilən görüntüləri çox səs-küyə səbəb olmuşdu. Bu görüntülərdən nə danışa bilərsiniz? - Bu görüntülər Nüşabə Ələsgərlinin oğlunun toyunda lentə alınıb. Həmin gün mən onu aparıb toya düşürtdüm, özüm gəldim evə. Sonra mənə dedi ki, toyda Nüşabə xanım məni İbrahim bəyə təqdim etdi. Mən də onun üçün gözəl bir “Qarabağ şikəstəsi” oxudum. Biz ailəvi harasa gedəndə hamı-uşaqlı-böyüklü gəlib onunla görüşürdü. Özünü də, sənətini də sevirdilər. - Neçə ilə birlikdə yaşadınız? - 35 il birlikdə yaşadıq, bir-birimizi sevdik. Mən hələ də onu sevirəm. - Xəstə olduğunu necə bildiniz? - Həkimə yoxlanış üçün getmişdik. Həkim məni kənara çəkib dedi ki, bəs məsələ belədir, yüksək şəkər xəstəsidir. Hər an onu itirə bilərsiniz. Anası da, bacısı da yüksək şəkər xəstəliyindən dünyasını dəyişmişdi. - Xəstə vaxtlarında nə ilə təsəlli tapırdı? - Heç özü də inanmazdı ki, nə vaxtsa bu tezliyində dünyasını dəyişə bilər. Xəstəxanda yanında qalırdım, səhhəti də normal idi. Psixoloq gəldi, başladı onunla söhbət etməyə. Palatada həkimlə söhbət edə-edə bir də gördük ki, alnını tutub keçindi. Adətən insan ölümünü hiss edəndə vəsiyyət edir, kiməsə nəsə deyir. Bunda belə olmadı, hər şey qəfildən oldu. Yatsaydı yuxuma da girməzdi ki, onu bu tezliyində itirəcəyəm. - Oğlunuz müsahibəsində bildirmişdi ki, Qəndab xanım həkim səriştəsizliyinin qurbanı olub. Bu həqiqət idi? - Sözün düzü, məndə bu haqda məlumat yoxdur. Uşaqdır da, anasını itirib, nəsə deməlidir ki, ürəyin soyusun. - Ən böyük arzuları nələr idi? - Ən böyük arzusu doğma yurdu Fizulinin, Dilağarda kəndinin düşməndən azad olunması idi. Kaş o bu günləri görərdi. Təkcə Fizuli üçün yox, Qarabağın bütün bölgələri üçün canını verərdi. Qarabağ şikəstəsini oxuyana qədər gedib o biri dünyanı görüb gəlirdi. Çox ürəklə oxuyurdu. - Tək yaşayırsınız? - Tək yaşamaq o qədər də əzab deyil, amma Qəndabsız yaşamaq olduqca əzabdır. Özü də çox! Ondan sonra heç vaxt ailə həyatı qurmadım, qurmaram da. Bu yüngüllük olardı. Mən dağ boyda insanı, həyatımın yoldaşını heç kimə dəyişmərəm. Kişi gərək özündə də yaxşı qadınına baxsın. Həyat yoldaşım yoxdursa mən də yoxam. İndi o yoxdur, ruhu ilə yaşayıram. İnsan acını yaşayanda hiss edir, dadını bilir. Yaşamayanda hiss etmir, dünya-aləm vecinə olmur. Onu həyatda yenidən heç olmasa bir dəfə görmək üçün canımı verərdim. - Nə vaxtsa xətrinə dəymisiniz? - Xeyr, mən elə insan deyiləm. O qəlbə dəymək deyil ki, bu çay mənim xoşuma gəlmir, çayı yaxşı dəmlə. Burada qəbahət heç nə yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07 |
|
|
|
|