"Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır"
Tarix: 24-09-2021, 08:43 | Çap et
“2 ilə yaxındır ki, biz aktiv fəaliyyət göstərmirik. 1 il ümumiyyətlə passiv fəaliyyət göstərdik, hətta heç bir yerdə nə şou-proqramlar, nə də tədbirlər keçirilmirdi. Həmin vaxtda mən zənn edirdim ki, artıq dünyanın sonudur. Toylara və restoranların fəaliyyətinə icazə veriləndə mən həyat yoldaşım, aktyor Hüseyn Əlili ilə başladıq fəaliyyətimizi davam etdirməyə. Siz bilirsiniz ki, biz birlikdə şou proqramlarda çıxış edirik. İnanın ki, uzun fasilədən sonra ilk dəfə səhnəyə çıxanda o qədər həyəcanlı idik ki, bilmirdik səhnədə necə dayanaq?! Əlimizi-ayağımızı hərəkət etdirə bilmirdik. Amma az da olsa, səhnə eşqimizi bu tədbirlərdə, şou proqramlarda ortaya qoya bilirik. Şou-proqramların fəaliyyətinin bərpası da vəziyyətimizin bir balaca düzəlməsinə səbəb olub”. Bunu Moderator.az-a açıqlamasında Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili deyib. O daha sonra əlavə edib. “Pandemiya vaxtında yeni-yeni evdə məşq etmirdim. Heç bir obrazımı yadıma salmırdım. Elə bilirdim ki, bu ay bitəcək, gələn aydan işləyəcəyik. 2 ay, 2 ay baxdım ki, vəziyyət uzanır. Amma məndən fərqli olaraq, Hüseyn bütün obrazlarını yadına salır, hətta rol dəftərini gözünün qabağına qoyub oxuyurdu da. Bəzən mətbəxdə görürdüm ki, öz-özünə danışır. Soruşurdum ki, ay Hüseyn, nə edirsən? Deyirdi ki, tamaşaları təkrarlayıram görüm yadımda qalıb, yoxsa yox?! 18 sentyabr bilirsiniz ki, Üzeyir Hacıbəylinin doğum günüdür və Milli Musiqi Günü kimi qeyd olunur. Aztv-də çıxışımız olacaqdı. Bu münasibətlə teatrda kiçik bir heyətlə yığışıb məşq etdik. İnanın ki, elə bilirdim mən illərdir acam! O qədər gözəl məşq etdik ki. Bu gün artıq evdə məşq edirəm. Yuxudan qəfil dursam da, əzbər biləcəyim Gülnaz (O olmasın, bu olsun) obrazının sözlərini unutmuşdum. Məşq vasitəsilə onları yoluna qoyuram”, - dyə aktrisa bildirib. Gültac Əlili daha sonra “ailə ilə sənət bir arada tutmur” deyən həmkarlarına səslənib.
"Bunlar hamısı filosofiyadır! Nəinki bu sənət, hansı sənətdə olursansa ol, əgər bir insan nəyisə istəyirsə, onun yüksək səviyyədə olması üçün çalışırsa, demək ki, ona nail olur. Əlbəttə ki, həyat yoldaşının səni dəstəkləməsi daha böyük uğurlara gətirib çıxarır. Bu istər qadının kişini dəstəkləməyi, istərsə də kişinin qadını dəstəkləməyinə aiddir. Mən deyim ki, tək Hüseyn məni dəstəkləyir, xeyr. Mən də Hüseynin yanındayam, onu dəstəkləyirəm. Hüseyn evə gələndə heç vaxt ona pis sifət göstərmirəm, “dur yeməyi özün isit ye” demirəm. Əgər bunları etsəm, əlbəttə ki, həyat yoldaşım evə gecənin bir aləmi gələr və yaxud da gəlmək istəməz. Bu da onun işinin ziyanına gətirib çıxarar. Bunlar xırda detallar olsa da, ailədə uğurlu və uğursuz nüansların səbəbləridir. Maddi vəziyyətim yaxşı olsaydı, daha 2 övladımın olmasını istəyərdim. Çünki həyat yoldaşımdan razıyam, oğlanlarım da ataları kimi tərbiyəli, ağıllıdırlar. Niyə də soyadımız çoxalmasın, nəslimiz böyüməsin?! Sadəcə olaraq maddi durumuma görə düşünürəm ki, bu gün uşaqlarımı ancaq bir yerə çıxara bilərəm, xalqa, vətənə layiq övlad kimi formalaşdıra bilərəm. Ailə ilə sənəti bir arada çox gözəl çatdırıram. Könlü balıq istəyənin quyruğu suda olar. “Çatdırmıram”, “sənətlə ailə tutmur” deyə bir şey yoxdur. İstəyirsənsə, hər şeyi edə bilərsən”, - deyə sənətçi bildirib.
Aktrisa sənət rəqabətlərindən də danışıb. “Əgər sağlam rəqabətdirsə, əlbəttə ki, çox gözəl qəbul edirəm. Mən özüm də sağlam rəqabət aparmağı sevirəm. Amma vay o gündən ki, bu həsədə çevrilsin. O zaman sən hamıdan geridə qalacaqsan, sənin heç nəyin olmayacaq, aktyor kimi də yaradıcılıq və mənəviyyat baxımından pas atmış olacaqsan. O vaxta kimi ki, “Niyə onda bu var, məndə yoxdur?” deməyənə qədər. Bəlkə “Mən də bir az çalışım, məndə də olsun” desən, əlbəttə ki, sən uğur qazanacaqsan. Bəzən rəqabəti paxıllıqla səhv salırlar. Mən görəndə ki, paxıllar, pisniyyətli insanlar var, daha da güclü olmaq istəyirəm. Hər dəfə əzildikcə elə bil ki, mənə bir dənə də can verirlər. Deyirəm ki, dayan, indi gör necə güclü olacağam?! Paxıllar olmasa yəqin ki, daha çox çalışmaq istəyimiz az olur”, - deyə aktrisa bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
|