"Əslində özləri adımı yazıb fəxri ad üçün, mükafat üçün göndərməli idilər"
Tarix: 23-09-2021, 08:51 | Çap et
Bu gün tanınmış sənətkar, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Məsumə Babayevanın 70 illik yubileyidir. Sənətkar doğum günündə Moderator.az-ın suallarını cavablandırıb. - Məsumə xanım, öncə sizi doğum gününüz münasibəti ilə ürəkdən təbrik edirəm. O illərdə teatrda yubiley doğum günləriniz təntənəli şəkildə qeyd olunub. Sonuncu dəfə nə vaxt doğum gününüz teatrda keçirilib?
- Xeyr, son illərdə xüsusi tamaşa ilə doğum günüm qeyd olunmayıb. Sonuncu dəfə 50 illik yubileyimi keçirmişəm, daha sonra isə heç bir doğum günümü qeyd etmədim. Çünki ailəmin başına böyük bir hadisə gəldi, nəvəm qəzada dünyasını dəyişdi. O hadisədən sonra mənə heç nə maraqlı deyildi. 65 illik yubileyimdə teatrın o vaxtkı direktoru mənə dedi ki, sən artıq yubandın. Əslində özləri adımı yazıb fəxri ad üçün, mükafat üçün göndərməli idilər. Başqa sənətçilər fəxri adlar da, mükafatlar da aldılar, amma mənə çatanda dedilər ki, gecikmisən! - Siz həqiqətən də teatrın ağır günlərində repertuar yükünü çiyinlərinizdə daşımısınız. Nə vaxtsa teatrdan belə bir münasibət gözləyirdiniz? - Bütün repertuar çiynimdə idi. Həm uşaq, həm oğlan, həm ana, həm də cavan qız rolları oynamışam. O dövrdə rollar başımdan daşırdı, bu tamaşadan çıxıb o birinə gedirdim. Sonralar 10 il teatr bağlı oldu, orda-burda işlədik, qastrollara getdik. Amma buna baxmayaraq, teatrı yaşatdıq. 1978-ci ildə adım fəxri ad üçün siyahıya gedəndə hamısı mənə mane oldu. Teatrda tanınmış aktyorların fəxri adı yox idi, məni gözümçıxdıya saldılar ki, 4-5 ildir işləyirsən, fəxri ad istəyirsən?! Amma daha sonra onlar fəxri ad aldılar, mən elə yerimdə saydım! Onu da deyim ki, mən həm də Akademik Milli Dram Teatrında çalışmışam. Bu sənət ocağında Leyla Bədirbəyli, Hökümə Qurbanova kimi sənətkarlarla tərəf müqabili olmuşam. Hər zaman teatrın o vaxtkı direktoru Əliheydər Ələkbərova rəhmət oxuyuram, çünki o məni bir aktrisa kimi teatra götürüb. - Səhv etmirəmsə, o vaxt teatrınızın binasının təmirə bağlanması da sizin ulu öndər Heydər Əliyevlə görüşünüzdən sonra baş tutub. İstərdim bu dialoqun tarixçəsini bizimlə bölüşəsiniz.
- Mən 1978-ci ildə partiya üzvü idim, bizi seçkiyə qatılmaq üçün aktyorlar evinə çağırmışdılar. Ulu öndər Heydər Əliyev də orada idi. Mən tərəfdə adam az idi, ulu öndər mənə doğru yaxınlaşdı. O vaxtı da bizim Gənc Tamaşaçılar Teatrının bünövrəsi qoyulmasına baxmayaraq, iş getmirdi. Ulu öndərə dedim ki, bir 10 illik gənclər bilməyəcək ki, Gənc Tamaşaçılar Teatrı hardadır? Biz tamaşaçılarımızı itiririk. O da sual verdi ki, bəs indi neynirsiniz? Dedim ki, rayonlara, şəhərlərə qastrol səfərlərinə gedirik, boş qalmırıq. Partiya üzvləri və rəhbərləri mənə ulu öndərlə danışmayım deyə göz-qaş edirdilər. Mən onlara məhəl qoymadım və danışdım. Heydər Əliyev mənim bu sözümdən sonra yanında duran səlahiyyətli insanlara teatrla bağlı göstəriş verdi. Bu görüşdən sonra mənim başım çox ağrıdı, müxtəlif yerlərə çağırıb dedilər ki, biz bu problemi bilirdik, sən niyə açıb Heydər Əliyevə dedin?! Mən də dedim ki, ona pis söz deməmişəm ki! Mənim cavanlığım gedir, sadəcə teatrın tikilməyini istəmişəm. O anda özüm üçün hər şey istəyə bilərdim, yaranmış fürsətdən istifadə edib deyə bilərdim ki, uzaqda yaşayıram, evim yoxdur, əmək haqqım aşağıdır! Mən heç nə istəmədim, demədim. O ildən binanın tikintisini davam etdirdilər. 1988-ci ildə teatrın açılışı oldu. - Hal-hazırda teatrda müqavilə ilə çalışırsınız. Sizcə, teatrda işləyən aktyora yaş həddi qoymaq doğrudur? - Mən o teatra illərimi qoymuşam, gəncliyimi həsr etmişəm. İndi öz doğma teatrıma tamaşa olandan-olana gedirəm. İki ilə yaxın bir müddətdir ki, pandemiyaya görə sənət ocaqları işləmir, teatrlar fəaliyyətsiz qalıb. Əlbəttə ki, sənətkarın yaşı olmur. Teatra yaşlı aktyor da, cavan da lazımdır. Yaş həddi ilə bağlı mən hal-hazırda müqavilə ilə çalışıram. Teatrdan məni müqaviləyə keçirəndə insult keçirdim. Zorla, mənə güc gəldilər ki, ərizəni mütləq yazmalısan! Həkim deyir ki, özünü 3-cü insultdan qoru! - Sənətə görə sağlamlığınızdan belə keçdiniz. Buna dəyərdi?
- Bəli, vallah dəyər! Bilirsiniz niyə?! Çünki bu mənim sevdiyim sənətdir! Sevdiyin sənətlə yaşayırsan, sevdiyin sənətlə məşğul olursan! Yenidən doğulsaydım, yenə də aktrisa olardım, o çətinliklərdən keçərdim. Çətinlikləri keçmək, onlara sinə gərmək özü bir qəhrəmanlıqdır. Onsuz da həyat hamar, asfalt yol deyil ki... Biz yaşamışıq, yollarımız daşlı-kəsəkli olub. Gəlib çıxmışıq bu günə, indi asfalt görürük. - Məsumə xanım, siz həm də Azərbaycanda maşın sürən 3 məşhur qadından birisiniz. İstərdim bu haqda da danışaq. - Bəli, o vaxt Flora Kərimova, Əminə Yusifqızı və mən maşın sürürdüm. Maşın sürməyi özüm öyrənmişdim, həyat yoldaşım da mənə dəstək idi. Maşın əlimdən çox tuturdu, uşaqları dərsə aparıb-gətirirdim, daha sonra teatra gedirdim. Təbii ki, o vaxt yollarda qadın sürücülərə rast gəlmək mümkün deyildi. Məni görəndə təəccüblənirdilər, hətta yarışanlar da olurdu. Polislər bir-birlərinə xəbər edirdilər ki, xanım sürücü gəlir. Bir də görürdüm ki, polis saxlayır məni. Məqsədləri də məni daha yaxından tanımaq idi. Çünki onlara da qəribə gəlirdi ki, xanım necə maşın sürə bilər? 45 il sükan arxasında olmuşam, nəvəm avtomobil qəzasında dünyasını dəyişəndən sonra maşına əzrail gözü ilə baxıram. - Həyatda başınıza çox hadisələr, faciələr gəlib. Həyatınızı yazmaq sizin əlinizdə olsaydı... - Fələyin yazdığını mən poza bilsəydim həmən, onu arzumla, muradımla yazardım təzədən. Yazardım! Amma çətin ki, Allaha qarşı çıxmaq olmur. Hər kəsin bir alın yazısı var. Bu yolu hər bir kəs keçməlidir. Ömür insana nə üçün verilib? Həyatda xoşbəxt anlar, dəqiqələr var. Tamamilə xoşbəxt olmamışam. Yaşadıqlarımı, başıma gələn hadisələri heç kimə arzulamıram. Heç nə yaddan çıxmır, sadəcə yaşayıram da. Bəzən oturub həyatda başıma gələnləri fikirləşirəm, yaram yenidən qanayır. - Ən böyük arzunuz, istəyiniz nədir? - O vaxt böyük arzularım var idi, amma zamanında heç biri həyata keçmədi. İndi isə heç nə arzulamıram. Çünki bu gündən sabaha ümid yoxdur. Ən böyük arzum yalnız ailəmlə - tək qızım, nəvəm və qızımın ailəsi ilə bağlıdır. Evin içində çətinliklə gəzirəm, çəkilişlərə də gedə bilmirəm. Özümə can sağlığı arzulayıram ki, nəvəmin xoş günlərini görə bilim.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
• “Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03 |
|
|
|
• Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02 |
|
|
|
• Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00 |
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Dünən, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25 |
|
|
|
|