İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                 

"Hər zaman deyirəm ki, məni dövlətim və xalqım sevır"
Tarix: 19-08-2021, 15:37 | Çap et
"Hər zaman deyirəm ki, məni dövlətim və xalqım sevır"
Xalq artisti Səkinə İsmayılova Moderator.az-ın suallarını cavablandırıb.

-Səkinə xanım, yay istirahətiniz necə davam edir?

-Hər bir sənət adamına ruhunun yenilənməsi üçün istirahət vacibdir. Amma istirahətimə xüsusi vaxt ayırmıram. Çünki sənətimlə bağlı elə bir vacib iş ola bilər ki, deyə bilmərəm ki, mən istirahətdəyəm. Təbii ki, ölkə daxilindəyəmsə bu mənim istirahətimə mane ola bilməz. Təbiəti seyr edəndə, dənizə baxanda istirahət edirəm. Ailəmlə, nəvəmlə keçirdiyim hər saat mənim üçün istirahətdir, sevdiyim insanların əhatəsində olmaq, klassiklərdən qəzəl oxuyub öyrənmək mənim üçün istirahətdir. Yenə sağ olsun dövlətimiz istirahət üçün xüsusi ay ayırır, o zaman məzuniyyətdə oluram, istədiyimi reallaşdıra bilirəm.

-Belə başa düşdüm ki, istirahətiniz ölkə daxilində keçir?

-2 ildir ölkə daxilində istirahət edirəm, xarici ölkələrə çıxmıram. Xızını görmək, o təmiz havada nəfəs almaq mənə zövq verir. Vaxt edən kimi Xızıya gedirəm.

-Səkinə xanım maraqlıdır, sənətdə hər bir zirvəyə çatmısız, yüksəlmisiz, bəs indi sizin ən böyük arzunuz nədir?

-Hamımızın bir arzusu var idi, o da Qarabağ problemi idi. Çox şükür Qarabağ dərdinə də son qoyuldu. Sənətkarın zirvəyə qalxması çətindir, amma onu qoruyub saxlamaq ondan da çətindir. İndi elə bir vaxtdır kı, zirvədə olan sənətkar yerə də vurula bilər. Allah bu sevgini, bu hörməti mənə çox görməsin. Hər zaman deyirəm ki, məni dövlətim və xalqım sevır. Bu da hər adama nəsib olmur.

-Səkinə xanım, siz sənət aləmində bir çox yeniliklərə imza atmısız. Qadın xanəndənin qavalın müşayiəti ilə ilk ifasını etmisiz, bundan başqa qadınlardan ibarət musiqi üçlüyünü yaratmısız. Bəs bu gün niyə gənc xanəndələr yenilik edə bilmir? Axı siz bütün bunları gənc yaşlarınızda etmisiniz.

-Biri var yaradıcı, biri də var yaradıcı-ifaçı. Yaradıcı ifaçı odur ki, o tapır, yaradır, yenilik gətirir. Bu sənətin içində olanda, sənəti sevəndə mütləq şəkildə sənət naminə nəsə etmək istəyirsən. Hamıya məlumdur ki, Azərbaycan musiqi tarixində qadınlardan ibarət musiqi üçlüyünü yaratmışam. Oturub fikirləşirdim ki, tar, kamança alətində hər zaman kişilər xanəndəni müşayiət edir, bu xanımlar niyə olmasın? Çünki Üzeyir Hacıbəyovun yaratdığı orkestrdə qadınlar da tar və kamança ifa ediblər. Bunları oturub düşünürsən, daşınırsan. Xanəndənin özündə də bir əzmkarlıq olmalıdır. Qadın bu gün hər şey edə bilir, dövlət xadimi ola bilir, mötəbər məclislərdə otura bilir, bütün sənətlərdə özünü göstərə bilir, qaval ifa edə bilməz ki? Elə bunları düşünüb-daşınıb 1988-ci ildə Amerikaya gedəndə reallaşdırdım. Əlbəttə ki, 3 saat qadının özü-özünü müşayiət etməsi çətindir, amma əsas odur ki, bunu etdim. Fikirləşməmişəm ki, necə qarşılanacaq, əziyyət olacaq. Əsas odur ki, mən bunu edə bildim! Baxıram ki, indiki gənc xanəndələrdə nəsə bu həvəs yoxdur! Muğam müsabiqəsində gözəl səslər tapıb, üzə çıxarırıq. Hətta müsabiqə bitəndən sonra gedib oxuduqları muğamları dəstgah şəkilində yazdırmırlar. Onlar başa düşmürlər ki, indi cavandırlar, bu dəstgahları indi oxuya bilərlər, 10-15 ildən sonra oxuya bilməyəcəklər. Onların o səsləri qalmayacaq ki, çahargah, şur muğamlarını oxusunlar. Bir balaca tanınan kimi maddiyatın arxasınca qaçırlar. Maddiyat hamıya lazımdır, hamı istəyir firavan yaşasın. Amma bizim üçün birinci sənət olub, maddiyat kölgədə qalıb. 80 manat maaşa Opera və Balet teatrının səhnəsində çalışmışam. Mən də toylara gedə bilərdim, demirəm ki, pula ehtiyacım olmayıb, amma aza qane olub sənətimin inkişafına xidmət etmişəm. Toylara getmədim, fikirləşdim ki, mən əgər səhnədə böyük obrazlar yaradıram, 3 saat canlı oxuyuramsa, toya gedib necə gəlib səhnədə yorğun səslə Leyli, Əsli, Şahsənəmi oxuya bilərəm?!

-O vaxt kişi xanəndələrin, sənətkarların qısqanclığını görürdünüz?

-Məni heç bir dövrdə istər kişi, istərsə də qadın qısqanclıqları maraqlandırmır. Nəsə edə bilirsinizsə edin. Hər zaman öz gücümə və istedadıma arxayın olmuşam. Nöqsanı demək, uğura sevinmək lazımdır.

-Səkinə xanım, insan atadan, anadan yetim qalır. Başqa kimdən?

-Heç vaxt kimsəm yoxdur demə. Uca Allahımız var. Yaradan yaratdığına hər zaman sahıb çıxır. Boşalıb dolan dünyadır. Ana da gedir, ata da gedir, ər-arvad ya biri, ya da digəri köçür həyatdan, amma yenə də həyat davam edir.

-Səkinə xanımı bu gün həyata bağlayan nədir?

-Allah sağlamlıq veribsə, sevdiklərin yanındadırsa, sevdiyin sənətlə məşğul olursansa, səni həyat dolu sevgi bu həyata bağlıyır.

-Həyatınızdan silib, atdığınız insanlar olub?
-Heç kimi həyatımdan silmirəm. Dua edirəm ki, Allahım pis insanları məndən uzaq et və yaxşılarla dost et. Həzrəti Əli (ə) deyir ki, dostlarla düşmən, düşmənlə dost ola bilərsən, məsafə hamısından yaxşıdır. Pisdirsə özündən uzaqlaşdır. Biz heç vaxt deyə bilmərik ki, kimisə silək, kimisə yazaq. Yazmaq, silmək Allahın işidir.

-İndiki tələbələrlə öz dövrünüzün tələbələrini necə müqayisə edərdiniz?
-Biz canlı-canlı dərs alırdıq, ustadımız bir dəfə muğamı oxuyurdu, bitirən kimi bilirdik deyəcək ki, oxu görüm nə oxudum? Təkrar et. Elə olur ki, tələbə heç dərsə gəlmir, interneti açıb evdə özü öyrənir. İndi öyrənmək istəyən tələbələr üçün çox gözəl şəraitlər var.

-Əlibaba Məmmədov müsahibələrinin birində demişdi ki, mən onu hamıdan seçirəm, qızımdır Səkinə xanım. İndi xəstədir, görüşürsünüzmü?

-Əlibaba müəllim mənim xətrimi çox istəyir, ümumiyyətlə istedadı olan insanlara o dəyər, qiymət verir. Mənim ifaçılıq dövrüm onun gözünün qabağında olub. Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda o məndən imtahan götürüb. Yadımdadır, mən imtahanda "Orta Mahur" muğamını ifa etmişdim. O vaxt ifamdan təəccüblənən Əlibaba müəllim bildirmişdi ki, hələ indiyə qədər tələbəlik illərində heç bir qadın xanəndə bu muğama müraciət etməyib. Hər zaman da yaradıcılığımı izləyərək, fərqli cəhətlərimi mənə deyib. Bu əlbəttə ki, mənə çox xoş olub. Pandemiyaya görə görüşmürük, özü də məsləhət görmür. Səhhəti də elədir ki, indi artıq iki ayağı üstə də dura bilmir, ya oturur, ya da ki, uzanır. Amma telefonda danışırıq, söhbətləşirik.

-Niyə hələ də Şuşaya və işğaldan azad edilmiş bölgələrə səfər etməmisiniz?

-Dəvət olunmuşdum, amma ailəmdə baş verən məlum hadisə -həyat yoldaşımın dünyasını dəyişməsi ilə əlaqədar olaraq gedə bilmədim. Sağlıq olsun inşallah gedəcəyəm.
-Hansı bölgələrdə olmusunuz və ilk getmək istədiyiniz yer haradır?

-Şuşada görkəmli şairlərimizlə birlikdə "Vaqif poeziya" günlərinin iştirakçısı olmuşam. Çal-çağırlı o günləri yenə görmək istəyirəm. Şuşada Cıdır düzündəki insanların məni necə sevgi ilə qarşıladığı günləri hələ də unutmuram. Kəlbəcərdə, Laçında, Qubadlıda da olmuşam.
Qubadlıda mənim gəlişimlə əlaqədar qurbanlar kəsən o ailənin yenə qonağı olmaq istərdim.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru