Şamaxıda da anım mərasimi keçirildi .....                     Aynişanın adından dələduzluq .....                     Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib .....                     Fərid Səfərli Azərbaycana qaytarıldı .....                     Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir .....                     İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir .....                     AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? .....                     Meymunçiçəyi yayılır .....                     Ararat Mirzoyan sabah Moskvaya gedəcək .....                     Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub .....                     Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı .....                     Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” .....                     Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir .....                     Uzun, problemli və mürəkkəb proses .....                     Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb .....                     "Tanınmış insanların adından istifadə edirlər" .....                     İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. .....                     İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı .....                     Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib .....                     Ermənistan dövləti başını qaldırmamış payını almalıdır .....                     “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? .....                     Bakıda gənc ana .....                     Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                 

“Hamı məni əzizləyərək sakitləşdirməyə başladı”
Tarix: 23-06-2021, 10:00 | Çap et
“Hamı məni əzizləyərək sakitləşdirməyə başladı”
Megi Kejeradze. Bu ad və soyad oxucuya bəlkə də heç nə demir, lakin bu gürcü xanım Azərbaycan kinosunun incisi olan “Uşaqlığın son gecəsi” bədii filmində (1968) yaddaqalan, işvə-nazlı, gözəl “Elya” obrazı ilə kino tariximizə düşüb.

"Report"un Gürcüstan bürosu olaraq, Megi xanımı xeyli müddətdir axtarırdıq, amma tapa bilmirdik. Hətta Gürcüstanın Mədəniyyət Nazirliyi belə onun hazırkı həyatı haqqında hər hansı bir məlumat təqdim edə bilmədi. Bəzi şəxslər isə M.Kejeradzenin artıq həyatda olmadığı və 2019-cu ildə vəfat etdiyini iddia edirdilər.

Buna baxmayaraq axtarışlarımızı dayandırmadıq və cəhdlərimiz sonda müsbət nəticə verdi. Megi xanımı tapdıq, müsahibə üçün onunla əlaqə saxladıq. Onu müsahibəyə razı salmaq asan olmadı. Azərbaycan mediası üçün onunla görüşmək istədiyimizi bilən kimi “Bakıda çəkildiyim filmlə bağlı olacaq müsahibə, elə deyilmi?” şərti ilə razılaşdı.

Müsahibəyə yollanarkən “Uşaqlığın son gecəsi” filmində Murad rolunun ifaçısı, Xalq artisti, “Elya”nı uzun illərdir axtaran Ənvər Həsənovla əlaqə saxlayıb Megi xanımı tapdığımızı bildiririk. O, bu xəbərdən çox sevindiyini qeyd edərək, “Elya”ya salam və ən xoş arzularını çatdırmağımızı xahiş edir. Aktyorun sözlərinə görə, Megi Kejeradzeni çox axtarsa da, tapa bilməyib və buna görə də onun artıq həyatda olmadığını düşünüb. Ə.Həsənov film barədə danışanda hər zaman Megi xanımı da yad etdiyini vurğulayıb. Ənvər müəllimi məşğul olduğundan onu Megi xanımla müsahibə zamanı danışdırmaq istəyimiz baş tutmur.

“Elya”nın yaşadığı ünvanı tapmağımız da asan olmur. Onun dediyi ünvana çatırıq, amma yaşadığı bloku tapa bilmirik. Tərslikdən Megi xanım ardıcıl zənglərimizə cavab vermir. Bir saata yaxın vaxt keçir. Nəhayət özü telefon açır, zənglərimizə cavab vermədiyi və ünvanı düzgün izah etmədiyinə görə üzrxahlığını bildirir. Həyətə daxil oluruq, 2 nömrəli bloku axtarırıq. İki blokun girişində 2 nömrəsinin yazıldığı lövhəni görürük. Eyvanların birindən həyətə baxan bir kişi bizi görüb kimi axtardığımızla maraqlanır. “Megi Kejeradze bu binada yaşayır?” sualımıza “Gəlinciklər gülümsəyir” filmində çəkilən?” deyib bloku işarə edir. Liftin işlək vəziyyətdə olmasını desələr də, qapıları bizim üçün açılmır. VII mərtəbəyə ayaqla qalxmalı oluruq. Megi xanım bizi mənzilinin qapısında gözləyirdi. Mənzilə daxil oluruq, “Elya”nı tapdığımıza sevinirik. Ondan müsahibə üçün foto və video çəkiliş üçün icazə alırıq, o isə bunun üçün uyğun geyimdə və formada olmadığını əsas gətirərək razılaşmır. Megi xanımı dilə tutub çəkilişə razı sala bilirik.

Megi Kejeradzenin “Report”un Gürcüstan bürosuna müsahibəsini təqdim edirik.

- Megi xanım, 53 il bundan öncə “Uşaqlığın son gecəsi” filminə dəvət olunduğunuzu necə xatırlayırsınız?

- Həmin dövrdə mən “Gürcüstan filmi”nin istehsalı olan “Gəlinciklər gülümsəyir” (1963) filmində çəkilmişdim. Kinorejissor Arif Babayev məni o filmdə görüb bəyənmişdi. Daha sonra məni Bakıya çağırdılar. Elya rolu üçün çox gözəl və yaxşı xanım olan Tamillanı sınaqdan keçirmişdilər. (müsahibim Tamilla xanımın soyadını Əsədullayeva kimi xatırlayır. Lakin bu ad-soyadlı aktrisa barədə hər hansı bir məlumat yoxdur. Bəlkə də həmin aktrisa “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya rollarının ifaçısı Tamilla Rüstəmovadır). Həmin rolda o çəkilməli idi. Mən bunu sonradan bildim. Tamilla rola artıq hazırlaşmışdı. Lakin elə alındı ki, onun yerinə məni təsdiqlədilər. Arif Babayev “Elya rolunda Megidən başqa heç kəsi istəmirəm” demişdi. Tamilla çox incimişdi, lakin buna baxmayaraq, biz çox dostlaşdıq və uzun illər rəfiqəlik etdik. Sonralar təəssüf ki, əlaqəmiz kəsildi.

- Çəkiliş meydançasında Sizə münasibət necə idi?

- Çəkilişlər haradasa yarım il davam etdi. Mən bununla bağlı Bakıya gedib gəlirdim. Hamı məni çox əzizləyirdi. Ətrafdakılardan yalnız xoş münasibət görürdüm. Özümü çox xoşbəxt hiss edirdim. Mənə dost və doğma insan kimi münasibət bəsləyirdilər. Çox razı idim. O qədər doğmalaşdıq, hətta Azərbaycan dilində bir neçə söz öyrəndim. İndi yalnız “necəsən” sözü yadımda qalıb.

Elə bu arada Megi xanıma Ənvər Həsənovun salamını və xoş arzularını çatdırırıq. Azərbaycanlı aktyorun tərəf müqabili - “Elya”nı axtardığını qeyd edirik. Megi xanım “doğrudan?” deyib təəccüblənir, kövrəlir, susaraq xatirələrə dalır... “Çox sağ olsun! Məndən də salam yetirin” deyib gülümsəyir.

- Peşəkar aktrisa olmamısınız, elə deyilmi?

- Bəli, mən aktrisa deyiləm. İngilis dili pedaqoquyam. “Uşaqlığın son gecəsi” filmindən öncə bir neçə ekran əsərində yer almışam. Ötən əsrin 60-c illərində gənc idim. Aktrisalığa uyğun deyiləm. Gənclik illərimdə yəqin xarici görkəmim filmlərə çəkilməyimə imkan verib. Arif Babayevin filmində çəkiləndə 24 yaşım var idi, çox utancaq idim.

- Arif Babayevi xatırladınız. Onu necə yadda saxlamısınız?

- O, çox koloritli, tələbkar və eyni zamanda çox şən insan idi. Yaxşı zövqü ilə seçilirdi. Mən deyərdim ki, o, özünü lazımı qədər qiymətləndirmirdi. Onun lentə aldığı bütün filmlər qeyri-adidir.

- Filmin çəkilişləri dövründən ən çox nə yadınızda qalıb?

- Hansısa epizodun çəkilişində Arif Babayev üstümə qışqırdı və mən ağlamağa başladım. Artıq çəkilmək istəmədiyimi və çəkilişlərə gəlməyəcəyimi bildirdim. Hamı məni əzizləyərək sakitləşdirməyə başladı. Dedilər ki, rejissor mənə görə hirslənməyib.

- Filmə ekrana çıxmasından sonra baxmısınızmı?

- Bəli, izlədim və çox bəyəndim. Filmdə çəkilənlərin hamısı mənə çox əziz və xeyirxah insanlar idilər. Bakı dövrü deyərdim ki, həyatımın ən yaxşı dövrlərindən biridir. Çünki hamı məni böyük sevinclə qarşılamışdı. Axşamlar məni rejissordan tutmuş hamı qonaq dəvət edirdi. O qədər dəvət alırdım ki, bilmirdim birinci hansını qəbul edim (gülür).

- Sonralar Azərbaycandan filmlərə dəvət aldınızmı?

- Bəli. Zənglər oldu. İki dəfə dəvət etmək istədilər, lakin baş tutmadı.

- Bakıda daha sonralar olmusunuzmu?

- Bəli. Bakıda olduğum vaxtda çoxlu dost və rəfiqə qazandım. Azərbaycanlıların hamısı məni çox sevirdi. Dostlarım çox idi, dəvətlər alırdım. Zaqulbada dəniz sahilində dincəlmişəm. Ora çox gözəl idi. Bakılı dostlarım da Tbilisidə tez-tez qonağım olurdular. Azərbaycanda həm dostlarım, həm də pərəstişkarlarım vardı. Çox xoş vaxt keçirirdim. Məni tanıyanlar çox idi.

Deyərdim ki, Bakı həyatımın sevincidir. Kədərli olanda, əhvalımın pis vaxtında Bakı dövrümü, oradakı dostlarımı yadıma salıram və yüngülləşirəm. Orada heç kəs mənim xətrimə dəyməyib. Həmin günlər həyatımın ən xoşbəxt və yaddaqalan dövrüdür. Elə gün olmur ki, o günləri yada salmayım. Sonuncu dəfə Azərbaycanda nə vaxt olduğumu xatırlamıram. Dəvət olsa, böyük məmnuniyyətlə Bakıya gedərəm. Bunu çox arzulayıram.

Bakıdan özümə boyunbağı və qolbaq almışdım. Təəssüflər olsun ki, onları sonra itirdim.

- İndi həyatınız necə keçir? Harada işləyirsiniz?

- Bakıda çəkiləndə həyat yoldaşımdan ayrılmışdım. İkinci dəfə ailə qurdum. Həyat yoldaşım artıq vəfat edib. Bir qızım var, o da kino sahəsində özünü sınayıb. İki nəvəm var. Əvəllər Xarici Dillər İnstitutunda müəllimlik etmişəm, hazırda isə Texniki Universitetdə ingilis dilli müəllimi kimi çalışıram. Yəqin bu il ali məktəbdə son ilimdir, çünki pedaqoji fəaliyyət üçün artıq çox qocalmışam. Mənsub olduğum nəsil artıq gedir...

- Gürcüstan mətbuatında barənizdə çox az məlumata rast gəlinir. Sizin ictimaiyyətə qapalı olduğunuzu deyirlər.

- Bilirsiniz, bu, mənim çox məşğul olmağımla bağlıdır. Vaxt tapa bilmirəm. Nəvələrimə baxıram. Tələbələrim var və vaxtımın böyük hissəsini onlara ayırıram.

- Sonda azərbaycanlı kinosevərlərə və Azərbaycandakı pərəstişkarlarınıza nə demək istəyərdiniz?

- Sizinlə söhbət edərkən yenidən Bakıda keçirdiyim xoş günlərə qayıtdım, rəfiqələrimi və yaxın tanışlarımı yada saldım. Azərbaycanlılar mənə çox doğma və əzizdirlər. Onlar qeyri-adi yaxşı, mehriban insanlardır və bu, yalnız mənim fikrim deyil. Tələbələrim arasında Gürcüstanda yaşayan azərbaycanlılar da var. Onların bəziləri məni Azərbaycan filminə çəkilən aktrisa kimi tanıyır. Azərbaycanlılardan həmişə böyük minnətdarlıq və razılıq hissi ilə danışıram. Çox şadam ki, Azərbaycanda məni unutmayıblar. Azərbaycanlı jurnalistin məni tapıb müsahibə alması da bunu təsdiqləyir.

- Megi xanım, müsahibəyə görə çox təşəkkür edirik.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02
Aynişanın adından dələduzluq
Dünən, 18:59
Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56
Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00
İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58
AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08
Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00
Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59
Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33
Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31
Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24
Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22
Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01
"Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46
Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00
“Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58
Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru