"Ağdam teatrının qalıqları qorunub saxlanılsın"
Tarix: 9-06-2021, 09:00 | Çap et
Zəngin mədəniyyətimizin keşməkeşli yollarına Ermənistanın ərazilərimizi işğal etməsi və cürbəcür vəhşiliklər törətməsi də ciddi maneələrdən biri sayılır. Buna baxmayaraq, hər savaşdan üzüağ çıxan Azərbaycan keçmişini gələcəyinə ilmə-ilmə işləməyə nail olub. Elə indi də prosesin davamı olaraq azad edilən torpaqlarımız bərpa edilir. Qədim mədəniyyətimizin inciləri isə öz evinə qayıtmaq üçün gün sayır. Belə mərkəzlərdən biri də viran qoyulmuş hazırkı halı ilə dünyaya səs salan Ağdam Dövlət Dram Teatrıdır. Hafta.az-ın əməkdaşı teatrın drektoru Məhəmməd Hüseynov ilə həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik:
- Məhəmməd bəy, zəhmət olmasa, əvvəlcə teatrın tarixi haqqında bizləri bilgiləndirərdiniz...
- Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə Qarabağ ziyalıları və Ə.Haqverdiyevin köməkliyi ilə yaradılmışdır. 1910-cu ildə teatr ilk tamaşasını - Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərini səhnələşdirib. Bura 1923-cü ilə qədər ictimai əsaslarla dram dərnəyi kimi fəaliyyət göstərsə də, həmin ildən etibarən rəsmi olaraq teatr kimi öz işinə davam edib.
1923-1948-ci illər ərzində Ağdam Dövlət Dram Teatrı çox aktiv fəaliyyət göstərib. Həmin illərdə bir sıra xarici əsərlərin tamaşaları səhnələşdirilib. Eyni zamanda dram əsərləri ilə yanaşı, "Leyli və Məcnun", "Əsli və Kərəm" operaları da hazırlanıb. O zamanlar dövrün bir sıra görkəmli ziyalıları bu teatrda cəmləşib. Təsəvvür edin ki, İkinci dünya müharibəsində xanımların ön cəbhəyə aparıldığı bir dönəmdə Ağdam teatrının maarifçilik fəaliyyətinin əhəmiyyəti nəzərə alınaraq, qapıçısından tutmuş, baş rejissoruna qədər hər bir əməkdaşını arxa cəbhədə saxlayıblar. Daha sonra - 1948-ci ildə isə bir çox bölgə teatrları kimi, Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılıb. O dövrlərdə xalq teatrı səviyyəsində işini davam etdirən teatrda 1948-1968-ci illər ərzində klassik dram əsərləri ilə yanaşı, opera nümunələri də göstərilib. Bu gün məşhur olan bir çox xanəndələr də elə Ağdam Teatrı ilə tanınıb. Misal olaraq Arif Babayev kimi sənətkarımızı göstərə bilərəm ki, o da "Əsli və Kərəm"də Kərəm rolunu yaradıb.
1968-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə Mingəçevir və Sumqayıt şəhərlərində Dövlət Dram teatrlarının yaradılması, Ağdam Dövlət Dram Teatrının isə fəaliyyətinin bərpa edilməsi haqqında qərar verilir. 1 ildən sonra İlyas Əfəndiyevin "Boy çiçəyi" və Bəxtiyar Vahabzadənin "Vicdan" əsərləri ilə teatr işini davam etdirməyə başlayıb. Yetmişinci illər isə mədəniyyət ocağının bütün tarixinin ən qızıl dövrü hesab olunur. O vaxtlar həm də zəngin kadr potensialı var idi. Demək olar ki, aktyor heyətinin 90%-i ali təhsilli olub. Rafiq Atakişiyev, Heydər Şəmsizadə kimi görkəmli xadimlər burada çalışıblar. Həmin vaxtlar Ağdam əhalisi də tamaşalara olduqca maraqlı idi, hər zaman bu tamaşalar böyük anşlaqla keçib. Mən özüm bu hadisələrin canlı şahidiyəm.
- Bəs işğaldan sonra Ağdam Dövlət Dram Teatrının fəaliyyəti nə cür tənzimləndi? Yəqin ki, bu, təkcə inzibati binaya deyil, aktyor və digər texniki heyətin də dəyişilməsinə səbəb olub?
- 1993-cü ildə torpaqlarımız işğal edildikdən sonra, zəngin kadr ehtiyatımızın tərkib hissəsi olan insanların hər biri fərqli-fərqli rayonlarda, kəndlərdə yaşamağa məcbur oldu. Bir neçəsi ümumiyyətlə bu sənəti tərk etdi. Beləliklə, teatrın əsas kadr kontingenti darmadağın oldu. Doxsanıncı illərdə isə bizə istedadlı gənclər gəlməyə başladılar. Həmin illərdə teatrımız Bərdə şəhərində çox çətin şəraitli, dağıdılmış binada fəaliyyət göstərib. Teatrımız 2011-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsinə köçürüldü. Əsaslı təmir edilmiş Quzanlı qəsəbəsinin Mədəniyyət Sarayı teatrın balansına verildi. Həmin ildən çoxlu əsər tamaşaya qoyulub. Mənim rəhbərlik etdiyim dövrdən isə ilin repertuar planı minimum 4 tamaşanın səhnələşdirilməsidir. Həmçinin biz hər ayın iki gününü “Hərbçilər günü” elan etmişik. Müdafiə naziri Zakir Həsənovun icazəsi ilə müharibə dövrünə qədər müntəzəm ayın iki günü hərbçilərə həsr edilib.
- Xeyli zamandır ki, azad edilən ərazilərimizin bərpasına başlanılıb. Sizdə yeni Ağdamın planı və teatr binanızın forması haqqında məlumat var?
- Yeni bina ilə bağlı heç bir məlumatım yoxdur. Onu deyə bilərəm ki, bu gün erməni vandallığının bariz nümunəsi elə Ağdam Dövlət Dram Teatrının qalıqları olan tağlarıdır. Bura hazırda dünyanı heyrətə salan əsas görüntülərdən biri hesab edilir. Düşünürəm, tarixboyu müharibələr hər zaman olub və bu normal haldır. Dünyanın ən humanist təşkilatı olan teatrı o hala salmaq insanlığa yaraşmayan hərəkətdir. Məndən olsa, Ağdam teatrının qalıqları hadisələrin gələcək nəsillərə çatdırılması üçün tarixi abidə kimi qorunub saxlanılsın.
- Pandemiya dövrünün sizin fəaliyyətinizə hansı təsirləri oldu? Ötən müddət ərzində hansı işlər görülüb?
- Fəaliyyətimizi 2 mart 2020-ci ildən etibarən dayandırmışıq. Sonuncu tamaşamız 26 fevral tarixində səhnələşdirilən Nadir Qədimlinin "Günahsızlar" əsəri olub. Repertuar planı tərtib edilən zaman çalışırıq ki, hərbi-vətənpərvərlik mövzusuna üstünlük verilsin. Elə son əsərin premyerası da Xocalı faciəsinin ildönümü günü oldu. Teatrşünasların açıqlamasına görə, ötən ilin ən aktiv onlayn tamaşa verən 3 teatrından biri elə Ağdam Dövlət Dram Teatrıdır. Bu il Xocalı hadisələri ilə bağlı olaraq Zəlimxan Yaqubun "O qızın göz yaşları" əsəri əsasında film-kompozisiya hazırladıq.
- Məhəmməd müəllim, yəqin ki, pandemiyadan sonrakı fəaliyyət üçün şanlı zəfər tariximizlə bağlı tamaşalar da səhnələşdirməyi düşünürsünüz. Hazırda bununla bağlı işlərə başlanılıbmı?
- Deyərdim ki, indi ən vacib sualı verdiniz. Hazırda o qədər çox mövzu bolluğu var ki… Bu həm dövlət və ordumuzun şücaəti, həm də erməni ideologiyasının məhv olunmasıdır. Qismətimizə böyük tarixi hadisələrin yaşandığı dövrə şahidlik etmək yazılıb. Bu baxımdan yazıçılarımız üçün zəngin mövzu var. Hazırda aktiv fəaliyyətə keçməmişik deyə, hələ ki, bununla bağlı dəqiq bir addım atmamışıq. Mövzu seçilib, bədii şuranın müzakirəsinə verilməlidir. Buna görə də aktiv fəaliyyətin olması əsas şərtdir.
- Bu müddət ərzində dövlətdən nə kimi dəstək görmüsünüz?
- Hazırda dövlət içi mən qarışıq bütün işçilərimizin maaşlarını ödəyir. Bu özü ən böyük dəstəkdir.
- Elə işçilər demişkən, Ağdam Dövlət Dram Teatrının nə qədər əməkdaşı var?
- Teatrın ümumi heyətinin sayı 79 nəfərdir. Onların da hər biri rəsmi qeydiyyatlı işçilərdir. Aralarından işininin peşəkarı və teatrımızın fəaliyyətində böyük rol oynayan baş rejissor Kərim Həsənlinin, quruluşçu rejissor Səbuhi Əhmədovun, baş rəssam Qönçə Həzizadənin, aktyorlardan Nizami Əsgəroğlunun, Fəridə Sabir qızının, Elşən Cavadovun, Cəfər Bayramovun adlarını çəkə bilərəm.
- Teatr olaraq paytaxtın, yaxud digər rayonların teatrları ilə əməkdaşlığınız varmı? Qarşılıqlı qastrol səfərləri təşkil edilirmi?
- Bəli, var. Ən sıx əməkdaşlığımız Mingəçevir teatrı ilədir. Tez-tez qarşılıqlı əlaqələr çərçivəsində qastrol səfərləri təşkil edilib, tamaşalar səhnələşdirilir. Şuşa teatrı gəlib burada tamaşa göstərib. Həmçinin Qazax və Gəncə teatrları ilə də əməkdaşlıq edirik. Paytaxt teatrları ilə belə bir əməkdaşlığımız yoxdur. Təbii ki, bu hal müəyyən təcrübələr qazanmaq üçün bölgə teatrlarının xeyrinə olardı. Maddi imkanlarımızın yaxşı olduğu vaxtlarda Bakıdan rejissor dəvət edib tamaşa hazırlatdığımız olub. Məsələn, Gənc Tamaşaçılar Teatrının baş rejissoru olan çox hörmətli sənətkarımız Bəhram Osmanov Ə.Haqverdiyevin "Kimdir müqəssir" əsərinin tamaşasını hazırlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|